“Oktay Gülalıyev in avtomobillə vurulması xəbəri hamımızı çaşdırdı” yazmışdım və həmdə bu xəbər Oktay bəyi və bu hakimiyyəti yaxından tanıyanları heçdə çaşdırmamışdı. Özünü ideya mübarizəsinə həsr edənlərin həyatında belə işlər sıradan olan hadisələrdir. Oktay bəy siyası fəaliyyəti və hüquq müdafiəsi ilə daim cəmiyyətimizin diqqət mərkəzində olanlardandır.
Çox gənc olmasına baxmayaraq 1994-cü ildə Əbülfəz Elçibəy onu Azərbaycan Xalq Cəbhəsi (AXC) ən gərgin fəaliyyəti dövründə AXC Gənclər komitəsinin sədri təyin etmişdir. O zaman çox gənc olmasına baxmayaraq çalışqanlğı və təşkilatçılığı çox tez özünü göstərdi. Heydər Əliyev rejiminin bütün basqılarına baxmayaraq AXC Gənclər təşkilatı onun rəhbərliyində demokratik və bütöv Azərbaycan uğrunda mücadiləni kəskinliklə davam etdirirdilər. Oktay bəy hakimiyyət və hətta təşkilatdakı bəzi qruplar tərəfindən basqılara məruz qalmasına baxmayaraq mücadiləsində bir anda olsun dayanmadı. Onun fəaliyyəti ölkənin ictimai-siyasi həyartının bir çox sahələrində görünürdü. Klassık Xalq Cəbhəsi Partiyasının rəhbərliyində çalışmaqla bərabər bir çox siyasi və ictimai birliklərdə təmsil olunur, xüsusiylə ölkədə kütləvi şəklidə pozulan insan haqlarının müdafiəsində fədakarlıq göstərirdi. 2013-14-cü illərdə hakimiyyətin ictimai sektorda fəaliyyət göstərənlərə qarşı amansız represiyaları dahada kəskinləşdi. Bir çox hüquq müdafiəçiləri, mediya mənsubları həbslərə atıldı, ölkədən çıxmaq və ya hakimiyyətin “bığının altından” keçmək məcburiyyətində qaldılar. Hakimiyyət mənsubları üçün insan, cəmiyyət, qanun, dövlət, haqq və hüquq anlayışlarının itirildiyi bir vaxtda Oktay bəy Kür daşqınlarında mülklərini itirmiş vətəndaşların faciəsindən pul qazanan, aprel döyüşlərində qəhrəmanlıq göstərənləri represiyalarla öldürən, iqtidar faciəsini Gəncə əhalisinin faciəsinə çevirən hakimiyyətdəki qudurlara qarşı duraraq haqq və ədalətin müdafisənə qalxdı. Hakimiyyət orqanları Oktay bəyin fəaliyyətini bağışlayardımı? Əlbətdə yox! Oktay bəy haqqında əvvəl qondarma cinayət işi qaldıraraq aylarla həbsdə saxladılar. Beynəlxalq ictimaiyətin təzyiqi ilə həbsdən buraxsalarda haqqındakı qondarma cinayət işini ləğv etmədilər. Sonralar mötəbər sayılması hesab edilən dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu kimi yüksək orqanlar tərəfindən dəfələrlə çağrılaraq sürəkli şəkildə xəbərdarlıq edilməyə başladı. Sonra nə olmalıdır ki… ??? … sadəcə bir “taksi sürücüsü” yol hərəkət qaydalarını “pozdu”…? Mən Oktay bəy haqqında keçmiş zamanda danışmıram. Sadəcə Oktay bəyin bu günə kimi etdiklərinin bir qisminin sadalayıram.
Oktay bəy bu gündə mübarizənin önündədir. Baxmayarq ki, narkoz altında uyuyur. Oktay bəy o vəziyyətində də, insanlarımızı və bəşəriyyəti haqq və ədalət mübarizəsinə səsləyərək deyir: – BİZ QALİB GƏLƏCƏYİK!
Sorğu
Yeni dizaynımız necədir?