Xəbər verdiyimiz kimi, əri tərəfindən vəhşicəsinə döyülən 24 yaşlı Nuranə Əliyeva həkimlərin müdaxilələrinə baxmayaraq, vəfat edib.
Gundemxeber.az “Yeni Sabah”a istinadla xəbər verir ki, həmin hadisə ilə bağlı yeni detallar məlum olub.
Bildirilib ki, cinayəti törədən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Aldadıldığından şübhələnən ərin cinayətə əl atdığı deyilir.
Onu da əlavə edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.
Xatırladaq ki, cinayət dekabrın 26-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 24 yaşlı Nuranə Əliyeva həyat yoldaşı tərəfindən döyülüb və onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb.
Lakin bir müddət sonra geri dönərək N.Əliyevanı 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.
Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. Lakin həkimlərin səyinə baxmayaraq, N.Əliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?