GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “KORONAVİRUS, YOXSA OYUN?

“KORONAVİRUS, YOXSA OYUN?

Tarix: 3-03-2020, 15:41 Bölmə :Cəmiyyət Baxış: 774
“KORONAVİRUS, YOXSA OYUN?


COVİD-19, yəni yayğın adıyla koronavirus adlanan xəstəlik nə anlama gəlir?

Heyvan mənşəli olan və ilk dəfə 2019-cu ilin dekabrında görülən bu virusun yaratdığı psixoloji effekt, özünün effektindən qat-qat irəli getmiş durumdadır. Mənim də bu məqalədə durmaq istədiyim və daha vacib hesab etdiyim aspekt elə budur! Bu barədə bir az sonra. İndilik isə koronavirusun potensial simptomlarına nəzər yetirək:

Nəfəs problemləri və soyuqdəymə

Qızdırma

İştahsızlıq və çəki itkisi

Halsızlıq

Qarın bölgəsinin şişməsi

Görmə problemləri

İmmunitet problemləri

Ümumi psixoloji durumda dəyişiklik və neqativlik

Fikrimcə, sadalanan bu əlamətlərdən sonuncusu, digərlərinin hamsının bir yerdə yarada bildiyi nəticədən daha ciddi və daha önəmli məsələdir! Mövzu ilə bağlı öz izahımı çatdırım.

Koronavirusun yayılması ilə bağlı 2 əsas versiya ortaya çıxmışdır:

1-ci versiya-Çin dövləti və hakimiyyətinin öz oyunu. İnsanların inandığı əsas versiyalardan biri budur ki, sözügedən virus, Çinin özü tərəfindən, həddən çox olan və kontroldan çıxan əhalisini azaltmaq və beləliklə də, potensial xərcləri və problemləri önləmək məqsədilə dövriyyəyə buraxılıbdır.

2-ci versiya-ABŞ-ın oyunu. Sözügedən versiyaya görə, bunların hamsı, Amerika Birləşmiş Ştatlarının (və ya masonların) oyunudur və məqsəd də bütün dünyanı diz üstə qoymaq və çökdürmək, ABŞ-ın (və İsrailin) rəqiblərini sıradan çıxarmaqdır.

Birinci versiyanın ağlabatan və məntiqli olmadığını düşünmək üçün alim olmağa ehtiyac yoxdur. Adicə, elə 1 ay ərzində Çinə dəyən milyardlarca ziyan bunu deməyə əsas verir ki, heç bir dövlət və hakimiyyət, öz altını oymaq istəməz. Əhalisini azaltmaq istəsə belə, bu metoda baş vurması, elə ən əvvəl, iqtisadi cəhətdən effektiv yol deyil.

İkinci versiyaya qayıdaq; virusun yayılması ilə bağlı irəli sürülən komplo teoriyalarından (konspirologiya nəzəriyyəsi) ən "uzaqgedəni" budur ki, məqsəd, çoxqütblü dünya düzənini sıradan çıxarmaq və ABŞ-ın təkhakimiyyətliliyini təmin etməkdir. Baxmayaraq ki, bu, yetərincə inandırıcı versiya kimi görünür, amma, fikrimcə, bu versiyanı irəli sürənlərin əksəriyyəti, əhalini demoqrafik olaraq yoxa çıxartmağı nəzərdə tuturlar. Yəni, onların düşüncəsinə görə, ABŞ-ın əsas maneələrindən olan Çin, İran və s. ölkələrə bu virusu yaymaqla, qısa müddətdə milyonlarca, hətta on milyonlarca əhali qırılacaq və beləliklə də, həmin dövlətlər, avtomatik çökmüş olacaqdır. Lakin, dövlətləri çökdürmək üçün "virusa yoluxdurmaqla əhalisini qırmaq" taktikasının heç də rasional bir taktika olmadığını söyləmək lazımdır. Hər halda, ən azından, karantin və əks tədbirlər nəticəsində bu və digər virusların qarşısını almaq mümkündür və son bir ayda əsas mənbə ölkə olan Çində, virusun kontrol altında olması və uzaqbaşı cəmi bir neçə on min nəfərin ölməsi onu göstərir ki, bu yolla, əhalini qırmaq, o qədər də ciddi taktika hesab oluna bilməz. Deməli, məqsəd, əhalini qırmaqdan daha çox, əhalinin ÜMİDİNİ QIRMAQdır! Bəli, insanların gələcəyə olan gözləntilərini pessimistliyə kökləmək və beləliklə də, mənəvi və zehni olaraq passivləşdirməklə, mümkün inkişafa qatqılarını azaltmaq və həmçinin də, cəmiyyətlərdə üsyan və narazılıq atmosferini körükləməklə, yeni Suriyalar, ya da ən azından yeni İraqlar yaratmaq! Bəli, ən ağlabatan siyasət, elə bu ola bilər!

Doğrudur, bu, həm də iqtisadi olaraq ölkələri çökdürmək anlamına gəlir. İdxal və ixracın məhdudlaşması, səyahət və səfərlərin dayanması, özlüyündə bütün tip ölkələr üçün ciddi problem və itki deməkdir. Cəmi 1 ay, hətta bəzən 1-2 həftə bu vəziyyətin davam etməsi yetərlidir ki, iqtisadiyyat, reqress vəziyyətinə gəlsin və son nəticədə əhalinin maddi və sosial rifahı və təhlükəsizliyi ciddi zəifləsin. Lakin, fikrimcə, əsas məqsəd, dünya əhalisinin ümidini qırmaq və pessimistləşdirməkdir. Sadəcə, bunu demək kifayətdir ki, virus xəbərlərinin ciddi olaraq yayıldığı son bir neçə həftə ərzində, az qala bütün dünyada əsas gündəm maddəsi, elə bu məsələdir. Adi insanından tutmuş, aliminə qədər, az qala hər kəs bu barədə düşünür, həyəcanlanır və versiyalar, fikirlər irəli sürür və bir-birilə paylaşır. Bu versiyalar, təbii olaraq, virusun insanlarda yaratdığı psixoloji təsirlə düz mütənasib olmalıydı. Ölüm-itimin mövzu bəhsi olduğu bir şəraitdə (eynilə digər virus patologiyalarında-quş qripində, donuz qripində və s.-də olduğu kimi) insanın 2 əsas sürükləyici instinktindən biri olan qorxu (digəri ümiddir) dürtüsü, maksimum hərəkətə keçəcək və fantaziya ilə birləşərək maksimum qorxunc və hətta bəzən ağlasığmaz fikir və teoriyaların ortaya çıxmasına rəvac verəcəkdi. (Xüsusən də indiki texnika və əlaqə əsrində və adi bir məlumatın çox sürətlə və xüsusi effektlə yayılması mümkün olduğu bir şəraitdə, bu, heç də çətin olmayacaqdı). Nəticə etibarilə, bu da, insanların bütün iş-güclərini və fəaliyyətlərini təsirləndirəcək və işlərinə daha az konsantrasiya olmalarına və daha az məhsuldar olmalarına səbəb olacaqdı. Nəzərə alanda ki, virusa qarşı alınan karantin və önləmlər, həm də, insanların toplu halında fəaliyyətini (müxtəlif elm, mədəniyyət, eləcə də istirahət toplantı və tədbirlərinin ləğv olunması və ya keçirilməməsi) və bir çox hallarda məhsuldarlığını birbaşa əngəlləyən nəticələr doğuran əlavə bir amildir.

Digər tərəfdən də, təbii ki, insanların pessimistliyi və gələcək vizyonlarının tutulması o deməkdir ki, onlar adi bir dalğalanmadan da təsirlənəcəklər və ən xırda bir məsələyə toplu refleks vermə ehtimalları da qat-qat çoxalacaqdır. Bu isə son nəticədə, ictimai qarışıqlıqların, mitinq və etiraz aksiyalarının, hətta bəzən də inqilabların baş verməsi üçün əlverişli zəmin yaradacaqdır. Nəticədə də onsuz da avtoritar və ya qeyri-demokratik sistemlə yönəldilən və əhalinin hakimiyyətdən narazı olduğu Çin, Rusiya, İran və s. ölkələrdə, kəskin çalxantıların və narazılıqların olması üçün əlavə şərtlər formalaşcaqdır. Özünə başı qarışan və daxili problemlərlə boğuşan ölkənin isə inkişaf perspektivi məhduddur! Suriyanı, İraqı misal göstərmək yetərlidir.

Emin Aydın,
sosiologiya üzrə fəlsəfə doktoru
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirilib

    Koronavirusun diaqnostik alətlər dəsti ...

    3-02-2020, 10:55

  • 
  • Çində koronavirusun yayılması aprel ayında sona çata bilər - ekspert rəyi

    Çində koronavirusun yayılması aprel ayında sona ...

    12-02-2020, 12:35

  • 
  • Dünyanı sevindirən XƏBƏR: Koronavirusun dərmanı tapıldı

    Dünyanı sevindirən XƏBƏR: Koronavirusun dərmanı ...

    25-02-2020, 17:07

  • 
  • Koronavirus pandemiyası qlobal iqtisadiyyata ziyan vura bilər

    Koronavirus pandemiyası qlobal iqtisadiyyata ...

    26-02-2020, 11:33

  • 
  • İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı varmı? - RƏSMİ

    İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı ...

    21-02-2020, 15:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu