GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əlillərə qarşı ayrı-seçkilik davam edir

Əlillərə qarşı ayrı-seçkilik davam edir

Tarix: 25-03-2020, 20:08 Bölmə :Cəmiyyət Baxış: 485
Əlillərə qarşı ayrı-seçkilik davam edir


BMT konvensiyası, yerli qanunvericilik əlillər barəsində ayrı-seçkiliyi qadağan etsə də, toplumsal, iqtisadi, siyasi, sosial yaşamın bütün sahələrində sözügedən kateqoriyadan olan insanların heç bir hüququ tanınmır.

Son çağların koronavirus epidemiyası onsuz da “evdə qalan” əlilləri ac qoymaq təhlükəsində qoyub. Axı, evdə qalmaqla yaşam üçün gərəkli qidalar qəbul edilməlidir ki, sağ qala biləsən. Aztəminatlı əlillərin göz dikdikləri aylıq 130-200 manat arası pul təminatı da Novruz bayramına kimi yeyilib, üstündən də su içilib , oda atılıb , yelə verilib və torpağa basdırılıb. Əlil müavinətinin , demək olar , hamısı kommunal xidmətlərin qarşılanmasına xərclənir. Özü də əlillərə tətbiq edilməsi qadağan edilməli olan limit bu insanları çıxılmaz duruma salıb. Gerçəkdə əlillərə müəyyən ödənişsiz limit tətbiq edilməsinə baxılmalıdır. Əlillərin sosial müdafiəsinə cavabdeh olan ƏƏSMN yanında DSMF-in sosial təminat xidmətçiləri isə dövlətin əlillərə ayırdığı vəsaiti mənimsəməklə məşğuldur. Sözügedən xidmətin əlillərin mənzil -məişət problemlərini alver predmetinə çevirmələri gündəmdə qalmaqda davam edir. ƏƏSMN, yanındakı DSMF əlillərin sosial müdafiəsi sahəsində tədbirlər görməkdənsə, dövlətin və onun başçısının bu sahə ilə bağlı hüquqi aktlarını öz ciblərinə uyğunlaşdırıb, müavinətləri yemək yolunu seçiblər. Azərbaycan Respublikası Prezidentininin 26 dekabr 2001 -ci il tarixli 613 saylı “ Kommunal , nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ Fərmanı ilə Qarabağ əlilləri və onlara bərabər tutulanlara 2002-ci ildən ayrılan 26 manatlıq ( digər əlillərə 4-6 manat ) , Prezidentin 29 dekabr 2000-ci tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında “ Sərəncamı ilə Qarabağ və 20 Yanvar əlillərinə 2001-ci ildən ayrılan 10-14 manatlıq aylıq müavinət nəinki bu 18-19 ildə indeksasiya olunub, əksinə, yerli-dibli verilməyib. Hətta “Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsinə əsasən 1-ci dərəcəli əlillərə qulluq üçün pensiyalarına əlavə olunmalı olan cüzi 10-11 manatlıq aylıq əlavə də hesablanmayıb. Onu da vurğulayaq ki, 01.04.2019-cu il tarixində bu maddə ləğv olunub və aylıq 50 manata qaldırılmaqla 1-ci dərəcəli əlilə qulluq edənə Prezident təqaüdü kimi verilir. Sual doğur, bəs ötən ilin aprelinədək DSMF-in sosial təminat xidmətçilərinin yediyi “əlilə qulluq” pulu niyə ödənilmir? Özü də Konstitusiyanın 149-cu maddəsinin VII bəndinə görə, vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran qanunların geriyə qüvvəsi olduğundan, 1-ci dərəcəli əlillərə qulluq üçün verilməyən müavinətin aylıq 50 manat hesabı ilə ödənilməsi həyata keçirilməlidir. Gerçək isə budur ki , əlillər kommunal xidmət haqlarının “limit hücumu” qarşısında sosial müdafiədən, qulluqdan, təminatdan, xidmətdən də məhrumdurlar. Bir yandan da bu sosial bəla -virus epidemiyası !
Əlillərin unudulması ƏƏSMN -dən, yanındakı DSMF-dən qaynaqlanır. Fikir verin, Prezident sosial layihələrdən danışanda artıq müharibə əlillərinin adını çəkmir, yalnız şəhid ailələrinin mənzillə 2 il ərzində tam təmin olunacağını vurğulayır. Elə 2 il qabaq yenidən prezident səlahiyyətlərinin icrasına başlayanda ilk olaraq 03.05.2019 tarixli sərəncamı ilə şəhid ailələrinə sığorta ödənişi verilməsinin təmin edilməsini qərara aldı və. .. müharibə əlilləri hələ də yadına düşmür. Yadına salmalı olan ƏƏSMN yetkililəri isə, əksinə, vurğuladığımız kimi, əlillər üçün nəzərdə tutulan müavinətləri, mənzilləri də mənimsəyirlər. Təsəvvür edin, Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamına əsasən əlil -şəhid ailələri 2018 -ci ilə kimi mənzillə təmin olunmalı idilər. 2018-ci il başa çatdı və ... Prezidentin sözügedən sərəncamında 19 yanvar 2019 tarixli dəyişiklik edilərək mənzil təminatı 10 il geriyə -2028-ci ilə geri çəkildi. İndi isə Prezident bu il növbəyə duran şəxsin ən çoxu 2022-ci ildə mənzil yiyəsi olacağını deyir, DSMF-in sosial təminat xidmətçiləri isə 2014-cü ilə kimi növbədə olanların 2028-də mənzil təminatı məsələsinə baxılacağını yazmaqdan doymur. Hətta 4 il qabaq dövlətin adından çıxarılan məhkəmə qərarının da 12 il sonra 2028-ci ildə icra olunacağını borclu DSMF -in direktor müavini Əminə Seyidzadə diqqətə çatdırmaqdan bezmir. Belə çıxır, dövlətə, onun başçısına qarşı sosial təxribat həyata keçirilir? Mənzil təminatından söz düşmüşkən, nəyə görə, Bakıda yaşayan əlil-şəhid ailələrinə yalnız Abşerondan, Qaradağdan mənzillər alınır? Metronun “Koroğlu “ və digər stansiyalarının yanındakı hazır evlərdə yaşamağa əlil-şəhid ailələri layiq deyil?

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KÖÇKÜNLƏRİN YEMƏK , KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ OLACAQ?

    KÖÇKÜNLƏRİN YEMƏK KOMMUNAL MÜAVİNƏTİ KİMİN YEMİ ...

    27-01-2017, 20:33

  • 
  • “Azəriqaz” əlil işçilərinə zülm edir

    “Azəriqaz” əlil işçilərinə zülm edir ...

    22-11-2013, 00:03

  • 
  • Əlillər “müavinət qiyamı”na hazırlaşır

    Əlillər “müavinət qiyamı”na hazırlaşır ...

    6-08-2013, 12:25

  • 
  • 20 Yanvar hadisələrində əlil olmuş şəxslərin prezident təqaüdü artırıldı

    20 Yanvar hadisələrində əlil olmuş şəxslərin ...

    16-01-2016, 17:42

  • 
  • QARABAĞ ƏLİLLƏRİNDƏN PREZİDENTƏ DOĞUM GÜNÜ TƏBRİKİ

    QARABAĞ ƏLİLLƏRİNDƏN PREZİDENTƏ DOĞUM GÜNÜ TƏBRİKİ ...

    24-12-2018, 14:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu