GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR...

​Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR...

Tarix: 1-04-2020, 16:30 Bölmə :Cəmiyyət Baxış: 621
​Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR...


Media hər bir dövlətin strateji sahələrindən biri hesab olunur. Təsadüfi deyil ki, bütün dünyada medianı “dördüncü hakimiyyət” adlandırırlar. Bu isə o anlama gəlir ki, istənilən dövlətdə media kimin əlindədirsə, hakimiyyət də onda olacaq. Təsadüfi deyil ki, mərhum rus milyonçusu Boris Berezovskinin illər öncə səsləndirdiyi “Mənə bir televiziya verin, bir dənə də at, o atı Rusiya prezidenti edim”, - fikri hələ də dillər əzbəridir.

Təbii ki, medianın önəmi və gücü haqqında dünyada böyük nüfuz sahibi olan ictimia-siyasi xadimlər tərəfindən bu kimi çox sayda fikirlər səsləndirilib. Bütün bunlar isə hansı səbəblərdən mediaya böyük pullar xərcləndiyini, hakimiyyətdə olan və hakimiyyətə gəlmək istəyən insanların nüfuzlu jurnalistləri öz ətrafına toplamağa cəhd etməsinin səbəblərini ortaya qoyur.
Azərbaycanda da mediaya nəzarət üzərində zaman-zaman nüfuz savaşı getdiyinin şahidi olmaqdayıq. Belə ki, dövlət qurumları ilə yanaşı, müxtəlif məmurların, oliqarxların çox sayda qəzet və saytları maliyyələşdirdiyi çoxlarına sirr deyil. O cümlədən, müəyyən xarici qüvvələrin də Azərbayacanda media üzərində nəzarətə sahib olmaq cəhdləri haqqında dəfələrlə qeyd etmişik...
Əlbəttə, dövlət müxtəlif yollarla media üzərində nəzarəti öz üzərində saxladığından, əksər hallarda kənardan bu sahəyə daxil olmaq cəhdləri uğursuz olub. Bununla belə, son illər Azərbaycanda “media” adı altında fəaliyyət göstərən müəyyən şəbəkə də formalaşıb ki, hazırda küçə və meydanlarda onlara daha çox rast gəlmək olur. Təsadüfi deyil ki, onlar media nümayəndələri arasında elə “küçə jurnalistləri” adlanır...
Hazırda Azərbaycan mediasının çox rəngarəng olduğunu qeyd edə bilərik. Belə ki, ölkədə peşəkar media nümayəndələri ilə yanaşı, “reket jurnalistlər”, “küçə jurnalistləri” və s. adlar altında fəaliyyət göstərən qruplar mövcuddur. Xatırladaq ki, 2017-ci ildə dövlət səviyyəsində “reket jurnalistikası”na qarşı ciddi mübarizə başlamışdı. Hətta həmin ərəfədə ölkədə ciddi rezonansa səbəb olan bir neçə baş redaktor həbs edilmiş, müxtəlif jurnalistlər barəsində cinayət işi başladılmışdı. Qısa müddət sonra bu əməliyyatlara ara verilsə də, “reket jurnalistlər”ə qarşı mübarizənin müəyyən zaman kəsimində müsbət nəticə verdiyini qeyd etmək olar...
Bəs, “küçə jurnalistləri” necə meydana çıxdı? Suala cavab verməzdən öncə qeyd edim ki, bu haqda aylar öncə yazmağı düşünürdüm. Hər dəfə müəyyən səbəblərdən bu yazını təxirə salsam da, bir neçə gün əvvəl həmin “jurnalist”lərdən biri ilə təsadüfi görüşdən sonra bu barədə yazmağı qətiləşdirdim.
Yadımdadır, “küçə jurnalistləri”nin fəaliyyəti ilk dəfə Milli Şuranın 19 oktyabr 2019-cu ildə “28 May” metrosu ətrafında keçirdiyi icazəsiz aksiya zamanı diqqətimi cəlb etmişdi. Həmin aksiyanı işıqlandırmaq üçün metronun qarşısında iqtidar və müxalifət mediasını təmsil edən çox sayda jurnalist olsa da, tanımadığım simaların “aktivliyi” daha çox gözə çarpırdı. Belə ki, əyinlərində jurnalist geyimi olan, mobil telefonla çəkiliş aparan bu şəxslər “mən jurnalistəm, sən mənə toxuna bilməzsən” deyə hətta polisin işinə də müdaxilə edirdi. Ən qəribəsi o idi ki, uzun illər media sahəsində can qoymuş peşəkarlar bəzi hallarda özlərini jurnalist kimi təqdim etməyə cəsarət etməsələr də, yağışdan sonra çıxan göbələklər kimi artan bu məxluqlar “mən jurnalistəm” deyib, az qala polisin gözünü basıb çıxarmaq istəyirdi...
Sonradan bu çəkilişlərin hər birinə xaricdən yayımlanan internet telekanallarında rast gəldikdə, “küçə jurnalistləri”nin haradan idarə edildiyi aydın oldu. Və həmin aksiyadan sonra onların sayı artmaqla yanaşı, Azərbaycana mediasının peşəkarlığına kölgə salan, jurnalist adına ləkə gətirən daha iyrənc əməllərinin də şahidi olmaqdayıq. Məsələn, 9 fevral növbədənkənar parlament seçkilərindən sonra, narazı namizədlərin Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirdiyi aksiyalar zamanı məlum sifətlərin biabırçı hərəkətlər etməsi hər kəsin xatirindədir: polisi təxribata çəkmək, üstünə qışqırmaq, üzünə əl atmaq, küçə qadınlarına xas hərkətlər və s. Bu zaman bir daha öz-özümə sual vermişdim, bütün bunlar məqsədli şəkildə Azərbaycan mediasını gözdən salmağa xidmət etmirmi?!
Yuxarıda qeyd etdiyim kimi, bir neçə gün əvvəl təsadüf nəticəsində “küçə jurnalistləri”nin “parlaq” simalarından biri ilə söhbətləşməli oldum. Media işçisi olduğumdan xəbərsiz olan bu xanım dərhal mənə jurnalistikadan “dərs keçməyə” başladı. Xeyli özünü və işini təriflədikdən sonra, ondan nə vaxtdan jurnalist fəaliyyəti ilə məşğul olduğunu, hansı universiteti bitirdiyini soruşdum. Bu sahədə 2 ilə yaxındır “külüng vurduğunu” və ali məktəbdə oxumadığını bildirdi. Üstəlik, mənə “başa saldı” ki, jurnalist olmaq üçün ali təhsil almağa ehtiyac yoxdur. Daha sonra isə, “yazı yazmaq mənlik deyil, mənim işim çəkiliş aparmaqdır”, - deyə əlavə etdi. Onu da bildirdi ki, bütün çəkilişləri xaricə ötürür və qarşılığında yaxşı qonorar alır.
Yeri gəlmişkən, həmsöhbətim çalışdığı internet televiziyasının Bakının mərkəzində ofisi, müasir avadanlıqları və s. olduğunu da diqqətə çatdırdı...
Bu xanımla söhbət zamanı onun təhsil səviyyəsinin ibtidai dərəcəni aşmadığı, jurnalistikadan xəbərsiz və yüngül əxlaq sahib olduğu mənə bir daha aydın oldu. Sonradan “Facebook” profilinə baxdıqda da yazdığı statusların hər cümləsində ən azı 5-6 ədəd orfoqrafik səhv və fikirlərinin anlaşılmaz olduğunu gördükdə isə, bir anlıq “mən jurnalistəm, sən mənə toxuna bilməzsən”, - deyə polisin üzünə əl atdığı səhnə gözümün önündə canlandı...
Əlbəttə, “küçə jurnalistləri”nin bir çoxunun savadsız, jurnalistikadan xəbərsiz və yüngül əxlaq sahibi olan insanlardan seçilməsi heç də təsadüf deyil. Çünki heç bir peşəkar jurnalist xaricdən verilən tapşırığı onlar kimi “ləqayətlə” icra edə bilməz. Bu insanlar isə, əxlaqdan kasad, müstəqil jurnalistika anlayışından xəbərsiz olduqlarından, onlara verilən istənilən tapşırığı yerinə yetirməyə hər an hazırdırlar. Şübhəsiz, bu tapşırıqlar da ancaq neqativləri axtarıb ortaya çıxarmaqdan ibarətdir. Ən maraqlısı isə odur ki, bunlar bir çox hallarda peşəkar mediadan belə, operativ davranırlar. Yəni narada neqativ bir olay varsa, həmin yerdə birinci “küçə jurnalistləri”ni görmək olar...
Dəyərli oxuculara bəllidir ki, biz Muxalifet.az olaraq son 3 il ərzində reket jurnalistikasına qarşı mübarizə aparmaqdayıq. Bu müddət ərzində topladığmız təcrübəyə və gəldiyimiz qənaətə əsasən deyə bilərik ki, “reket jurnalistlər” “küçə jurnalistləri”nin yanında, necə deyərlər, toya getməlidir.
Bizi düşündürən bir məsələ də odur ki, illərdir “reket jurnalistikası”na qarşı mübarizədə böyük enerji sərf etməsinə rəğmən, ciddi nəticələr əldə edə bilməyən Mətbuat Şurası getdikcə Azərbaycan mediasının “qara yarasına” çevrilən “küçə jurnalistikası”na qarşı necə mübarizə aparacaq?!//muxalifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Medianı darda qoymadıq, qoymayacayıq”

    “Medianı darda qoymadıq, qoymayacayıq” ...

    17-03-2016, 20:25

  • 
  • RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı

    RATİ jurnalistlərə verilən evi “rüşvət” adlandırdı ...

    22-07-2013, 23:52

  • 
  • KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa kimə dəstək?!

    KİVDF: Mətbuatın “Troya atı”ndan KİV-ə, yoxsa ...

    28-08-2019, 17:21

  • 
  • «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B jurnalistləri təbrik edir

    «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B ...

    22-07-2013, 11:11

  • 
  • Putin: "Bakı Beynəlxalq Humanitar Forumu dünyada nüfuz qazanıb"

    Putin: "Bakı Beynəlxalq Humanitar Forumu ...

    29-09-2016, 12:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu