Dünyada neftin qiymətinin kəskin şəkildə ucuzlaşması neft ölkələrilə yanaşı, “neft milyarderləri”ni də çətin duruma salıb. Qısa müddətdə külli miqdarda ziyan dəyən neft maqnatları vəziyyətdən çıxmaq üçün müxtəlif tədbirlərə əl atmalı olurlar ki, bunların arasında onlara məxsus bahalı daşınmaz əmlakların satışa çıxarılması da var.
Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərov da neftin ucuzlaşmasının böyük ziyan vurduğu varlılar arasındadır. İqtisadçı Qulu İbrahimlinin özünün “feysbuk” səhifəsində paylaşdığı məlumatdan belə aydın olur ki, azərbaycanlı milyarder də bahalı daşınmaz əmlaklarının satışına başlayıb.
Q.İbrahimli yazıb ki, V.Ələkbərov özünün Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxarıb. İqtisadçı həmin mülkün şəkillərini də paylaşıb: “Neftin qiymətinin düşməsi Vahid Ələkbərovu villasını satmağa vadar etdi. Rusiyanın “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxardı. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərcləri yükündən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.//“AzPolitika.info”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?