Milli Təhlűkəsizlik Nazirliyinin ( MTN) sabiq birinci műavini Sűlhəddin Əkbərin son açıqlamaları məni də həmin môvzuya műnasibət bildirməyə məcbur etdi. Sabiq "çekist"in partiyası dővlət qeydiyyatına alındığında, dostlara sőyləmişdim ki, Sűlhəddini "danışdıracaqlar". Yanılmamışam...
Zamanında liderimiz Əbűlfəz Elçibəyə mənim də iradım olub, məhz, Sűlhəddin kimi yarıtmazları layiq olmadıqları səviyyələrə yűksəltdiyinə gőrə. Bəyi xəyanətdə suçlamaq isə yuxuma belə girməyib. Ə.Elçibəy insanlığın zirvəsi, millətsevərliyin, vətənsevərliyin birmənalı etalonu idi. Sirr deyil ki, O, xalqın sərvətinə gőz dikmədi , halal yaşadı, kimsəyə pislik etmədi. Təsadűfi deyil ki, hətta, YAP-çılar onun barəsində kəskin mővqe sərgiləməkdən çəkiniblər.Təbii ki, gűnah işlədəcəklərini bilərəkdən... Mən intiriqalara qatılmağı heç bir zaman sevmədim. Məmur və ya siyasətçi intiriqaya o zaman baş vurur ki, ya iş bilmir, yada ki, işləmək istəmir. Xalqa űrəkdən xidmət edənlər űçűn sutkanın 24 saatının da yetərli olmadıgını təcrűbədən bilirəm... Sűlhəddinin "KQB" aşiqliyi məni hələ Naxçıvanda olduğu zamandan təəccűbləndirib. Bu adam məhkəmə tibb eksperti olduğu halda , Naxçıvan Muxtar Respublikasının "KQB" sədri vəzifəsinə iddiasını gizlətmirdi. Hətta, o zaman Ali Məclisin sədri Heydər Əliyev Sűlhəddinə demişdi :" axi sən, nə űçűn məhz "KQB" sədri olmaq istəyirsən, səni ora bağlayan nədir?''. Etiraf edirəm ki, onun istəyinin qarşısını mən və hərəkatçılar içində ən çox rəğbət bəslədiyim dostum Fərəməz Allahverdiyev almışdıq. Sűlhəddininin də Milli Azadlıq Hərəkatı dőnəmində bəziləri kimi əməli iş gőrmək əvəzinə, real addımlar atanlara qısqanclıqla yanaşıb, barələrində "KQB" sayağı dezinformasiyalar yaydığından xəbərdarıq... Qoca tarix hər kəsə layiq olduğu adı gec və ya tez műtləq verir. İndi, Sűlhəddinə bir sual verən gərək, ay "çekist", sən, hərəkat zamanı hansı konkret addımı atmışdın, hansı ideyanın műəllifi olmusan? Deyə biləcəyi olsa-olsa o olacaq ki, Naxçıvan şəhərində cəbhənin parçalanmasına nail olub. Təəssűf ki, sulhəddinlər hələ çoxdur və zaman-zaman sifarişlə çağdaş tariximizin şanlı səhifələrini saxtalaşdırıb, millətə őrnək olan Elçibəy kimi şəxsiyyətlərə camur atmağa girişirlər... Məşhur "çekist" gileylənir ki, guya ona, arxivlərin açılmasına imkan verməyiblər. Gőrűnən odur ki, adamın heç ağlının qırağınnan keçməyib arxivləri açmaq. İstək, cəsarət lazımıydı əlbəttə. Bunlar isə sűlhəddinkimilərə xas olmayïb, olmayacaq da... Mənim yazdıqlarım, çıxışlarım bəzi psevdoqəhrəmanların "sinəsinə" yatmır. Riyakar, qorxaq, fűrsətbaz biriləri daima həqiqətlərdən xoflanar, yalanlarıyla őzlərini cəmiyyətə qəhrəman kimi sırımağa çalışarlar. Mən, həyatımı gerçəkliklər űstűndə qurdum, hər kəlməmi tarixi sənədlərə istinadən sőylədim ki, gűnah işlətməyim, gələcək nəsil bizi sőyməsin, Tanrının hűzuruna űzűağ gedim. 1991-ci ilin noyabr ayının 18 -i idi. Mən, iş qrafikimə uyğun olaraq idarə və műəssisələrdə gőrűşlər keçirirdim. "KQB"-nin Culfa rayon idarəsində isə səssizlikdi. Milis şőbəsi və Prokurorluqda gőrűşlər keçirib, gələcək fəaliyyətimiz barədə təkliflərimi səsləndirmişdim. "KQB''-dən isə rayon rəhbəri seçilməyim barədə quruca təbrik belə almamışdım. Həmin idarə őlkədə ən bőyűk "KQB" idarələrindən biri sayılırdı. Təsadűfi deyil ki, həmin zamanlar Culfa idarəsini "çekist"lər məktəbi adlandırır, orada çalışanları daha məsul vəzifələrə irəli çəkərdilər. Etiraf etməliyəm ki, SSRİ-nin son dőnəmində ən təmizəlli strukturlardan biri "KQB" olub. Mən, həmin strukturu heç bir zaman sevmədim və sevə də bilməzdim. Azərbaycan xalqının, nəslimin-kőkűműn başına gətirilmiş műsibətlərdən uşaqlıqdan məlumatlıydım... "KQB"-nin sədri, polkovnik Eldar Rűstəmova telefon açıb: "Rűstəmov, kollektivinizlə gőrűşmək istəyirəm" dedim. Cavab hədsiz gőzlənilməz oldu: "mən, hələ sizi rayon rəhbəri kimi tanımaq barədə yuxarı rəhbərliyimizdən razılıq almamışam bəy". Bəy ifadəsindəki istehzanı tutsam da, əsəbimi cilovlayıb, dəstəyi yerinə qoydum.Təşkilat şőbəsinin műdirinə təcili rayon fəallarının, milis, prokurorluq rəhbərlərini dəvət etmək gőstərişini verdim. Yıgıncaq uzun çəkmədi. Mən, "KQB" sədrinin itaətsizliyi barədə məlumat verdim. Qeyd etdim ki, onun, hələ də Doqadkin soyadlı polkovniki műavin vəzifəsində saxlaması, SSRİ sərhəd qoşunlarının əməliyyatçısı Konavalova kabinet ayırması şəhidlərimizin ruhuna xəyanətdir. Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin sədri Telman Xudaverdiyev əvvəllər Şahbuz və Ordubad rayonlarının kommunist rəhbəri olduğundan űzűmű ona tutub: "Telman műəllim, Siz daha təcrűbəlisiniz, sőyləyin gőrək, rayonlarda "çekist"lər nə iş gőrűrlər"-sualını verdim. Onun cavabı hamımızın gűlűşűnə səbəb oldu:" -Bəy, vallah, mən, onlardan agıllı bir sőz eşitməmişəm. Şahbuza rəhbərlik etdiyim zaman "KQB"-dən xəbər gəldi ki, bir nəfər dővlətə qarşı təxribat edir. Demə, həmin bir nəfər traktorçu imiş. Onun traktoru çayın kənarında saxlaması təxribatıymış. Guya, sel gələndə traktoru aparacaqmış . A kişilər, o çay velosipedi aparmaz eyy. Qalmışdı "ES" traktoru aparsın". Mən də zarafatımdan qalmadım: "Telman műəllim, sizin, bu sahədə təcrűbənizi nəzərə alıb, Milli Təhlűkəsizlik Nazirliyimiz yaranana qədər, Culfada "KQB" idarəsinin bağlanması űçűn yaradılmış komissiyaya sədrliyinizi təklif edirəm. Sizə yarım saat vaxt ayırıram ki, milis işçiləri və műdafiə komitəsinin dőyűşçűləriylə birgə "KQB"-nin idarəsini mőhűrləyib, műhafizəsini təşkil edəsiniz"- dedim. Cəmi 20 dəqiqə keçmişdi ki, məni rayon rəhbəri kimi tanımaq istəməyən polkovnik Eldar Rűstəmov və digər iki əməkdaş qəbuluma gəldi. Polkovnikin rəngi sap-sarı saralmışdı. -Bəy, bir səhvdi etdim, keç gûnahımdan-deyə, ağlamsındı. -Keçmiş olsun. Bir idarə rəisi rayon rəhbərini tanımayacaqsa, əksinə, təxribatçı qruplara dəstək verəcəksə, bizim bir yerdə addımlamağımız műmkűn deyil-dedim. İki gənc əməkdaşa doğrusu űrəyim ağrıdı. Mərdimazarlıq etməyi də sevməmişəm. Űzűmű onlara tutub: "darıxmayın, ola bilsin ki, yenə Culfada çalışdınız". Vədimə xilaf çıxmadım, bir neçə aydan sonra onlardan birini Culfaya rəis təyin olunmasına nail oldum... "KQB"-nin bağlanması xəbəri Heydər Əliyevə çatmışdı.Telefon açıb, təcili yanıma gəl dedi. Narahat idi :-yenə nə oyun çıxarmısan. Kimlərə meydan açdığından xəbərin var?! Mənim sənə yazığım gəlir. Őzűnű bilə-bilə məhv edirsən.Onlar, səhvlərini başa dűşűblər, qayıt, gőstəriş ver ki, idarənin qapısînı açsınlar -dedi. Baş verənləri ətraflı danışdım və əlavə olaraq bildirdim ki, "KQB"-nin Naxçıvan rəhbərliyi də Sizə qarşı təxribatlar hazırlayır. Diqqətlə űzűmə baxıb: "bu məlumat səndə hardandır?! Mənə də belə xəbərlər çatıb. Sən, çalış ordan sənədləri çıxarmasınlar. Ehtiyatlı ol"-məsləhətini verdikdə, bildim ki, idarənin bağlanmasına razılıq verib. -Narahat olmayın, idarədən bir "çőp" belə gőtűrə bilməyiblər. Ancaq geciksək, Naxçîvanda və digər rayonlarda "litrnı delo"lar qalmayacaq-deməyimlə, Heydər Əliyev elə qəhqəhə çəkib gűldű ki. -Sən hardan bilirsən bunu?! -Yadınızdan çıxıb, bir dəfə őzûnűz demisiniz. -Yadımda Ramiz, sənin onu yaddaşına həkk etməyinə gűlűrəm. Ertəsi gűn Rűstəmovu çağırıb, idarəni gőzdən keçirməyə getdik. Həvəslə hər yeri gőstərir, izah edirdi. Dűşűnűrdű ki, H.Əliyev məni mővqeyimdən daşındırıb. "VÇ" telefonunu gőstərib, bu, birbaşa Moskvayla əlaqə űçűndűr-dedi.İstirahət otağında divara vurulmuş qutunun qapağını açıb, bu da "VÇ"-nin şifrə qutusudur"- deyərək, barmaqlarıyla şifrəni dəyişdirdiyini sezdim. -Təşəkkűr edirəm Rűstəmov, nəhayət ki, anladın, Moskvayla əlaqə kəsilməlidir. -Bəy, sizin də gőzűnűzdən heç nə yayınmır -deyərək mızıldandı. Bir ay keçmədi ki, Heydər Əliyev məni çağırıb, Ramiz, sənin təcrűbəni nəzərə alıb, Naxçıvanda "KQB"-nin bağlanması űçűn deputat komissiyasına űzv salmışam-dedi. Dedim ki , ora artıq bağlanmış kimidi. Ag vərəqlərdən savayı heç nə saxlamayıblar...G
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?