''Tofiq Yaqublunun şərlənərək həbs olunması heç kimə sirr deyil. Artıq 5 ay olur ki, qanunsuz olaraq əsirlikdədir. Hamı Tofiq Yaqublunun həbsinin siyasi sifariş olduğunu bilir. Qondarma, uydurma, saxta cinayət işi bunu açıq şəkildə sübut edir. Tofiq Yaqublunun azadlığa çıxması isə mümkün ola bilər. Belə ki, təxribat baş verən günü 8-ci km bazarında xeyli adam Cəvahir və Elxan Cəbrayılovların törətdiyi cinayəti videoya çəkiblər. Hadisədən bir neçə gün sonra video görüntülərin xeyli adamda olması barədə məlumat almışdıq. Həmin adamlara təxribatı düzüb-qoşanlar hədə-qorxu gəldikləri üçün video görüntüləri bizə verməkdən çəkindilər. İndi isə mənim müraciətin həmin şəxslərədir. Bir az cəsarət göstərin. O görüntüləri mətbuata verin. Qoy bütün ölkə Tofiq Yaqublunun günahsız olduğunu görsün və əsl cinayətkarlar ifşa olunsun. Əmin olun ki, anonimlik qorunacaq. Videonu kimin göndərdiyini heç kim bilməyəcək. Günahsız insanın həbsdə qalmasına göz yummayın! O, sizlərin-xalqın demokratik ölkədə yaşaması üçün bütün həyatını bu mübarizəyə həsr edib. İndi sizdən yalnız bir az cəsarət istənilir. Onun əsirlikdən xilası sizin əlinizdədir.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?