GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hesablama Palatası hökumətin nikbinliyinə şübhə ilə yanaşır – İnflyasiya iki dəfə yüksək olacaq

Hesablama Palatası hökumətin nikbinliyinə şübhə ilə yanaşır – İnflyasiya iki dəfə yüksək olacaq

Tarix: 22-11-2021, 15:51 Bölmə :Cəmiyyət Baxış: 283


Rəsmi rəqəmlərə görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabrına nisbətən 5.7 faiz yüksək olub.

Ötən ilin 1 noyabrı ilə müqayisədə isə bu il noyabrın 1-də inflyasiyanın səviyyəsi 10 faizdir. Ayrı-ayrı istiqamətlərdə qiymət artımlarının səviyyəsi fərqlənir. Məsələn, Azərbaycanda xərclərin yarıya yaxını olan qida xərclərində inflyasiya artıq ikirəqəmli həddədir. Statistika Komitəsinin açıqlamasına görə, son bir ildə Azərbaycanda qida məhsulları 13.4 faiz bahalaşıb. Bu hal diqqət çəkir, axı rəsmi açıqlamalarda ikirəqəmli inflyasiyanın qeyd edilməsinə bir o qədər də tez-tez rast gəlinmir.

Qida məhsulları arasında ayrı-ayrı məhsul qrupları üzrə inflyasiya da fərqlənir. Ölkədə ən çox bahalaşan qida məhsulları tərəvəzdir. Təkcə son bir ayda bu məhsullar 14.3 faiz bahalaşıb. Ay ərzində ən çox bahalaşan məhsullardan biri yumurtadır - 8 faiz. Nəzərə almaq lazımdır ki, pomidor, ağ kələm, göy lobya, xiyar, badımcan kimi məhsullar son bir ildə iki dəfəyə yaxın bahalaşıb. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərindəki artımsa 5 faiz civarındadır.

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində ayrıca toxunulan məsələlərdən biri qiymət artımı səviyyəsinin yüksəlməsi haqqındadır. Palata öz rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır. Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib. Rəydə qiymət artımım səviyyəsinin yüksək olmasına təsir göstərən amillərdən biri də Tarif Şurasının ilboyunca mal və xidmət qiymətlərini artırması olub.

Hesablama Palatasının rəyində qeyd edilir ki, bu il ölkədə orta illik inflyasiya 3 faiz həddində proqnozlaşdırılsa da, müşahidə olunan meyllər nəzərə alınmaqla, dəqiqləşdirmələr zamanı inflyasiya gözləntisi iki dəfə artırılaraq 6 faizə qaldırılıb. "Cari ilin 9 ayında orta illik inflyasiyanın 5.2 faiz qeydə alınması faktı və tərəfimizdən aparılan hesablamalar orta illik inflyasiyanın 6 faiz ətrafında olacağını deməyə imkan verir", – deyə rəydə bildirilib.

İstehlak mallarının bahalaşması ilə bağlı Palatanın əsas narahatlığı ölkədə qeyri-neft məhsullarının ixracından əldə edilən gəlirlərin hələ də istehlak məhsullarının idxalına sərf edilən vəsaitdən az olmasındandır. Tədiyyə balansı barədə məlumatlara görə, 2021-ci ilin birinci yarısında ölkəyə 2 milyard 351 milyon dollar həcmində istehlak malları idxal edilib. Bu rəqəm ölkənin bütün idxalının yarısına bərabərdir. Həmin müddət ərzində Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlir 20 faiz artıb. Hökumət rəsmiləri də tez-tez qeyri-neft ixracı səviyyəsinin yüksək olması ilə bağlı öyüngən açıqlamalar verir. Amma nəzərə almaq lazımdır ki, qeyd edilən müddət ərzində Azərbaycanın qeyri-neft ixracı 20 faiz artsa da, hələ də qeyri-neft məhsulları ixracından əldə edilən gəlir istehlak mallarının idxalına sərf edilən vəsaitdən 2.2 dəfə geri qalır.

Məhz bu amil istehlak bazarını xarici amillərə qarşı həssaslaşdırır və bazar üçün əsas risk amillərindən biri olaraq diqqət çəkir. /azadliq.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı

    Devalvasiyadan sonra qiymətlərin nə qədər ...

    17-03-2016, 20:22

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan məhsulların siyahısı ...

    9-08-2021, 18:22

  • 
  • Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - TƏHLİL

    Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - ...

    12-10-2018, 11:00

  • 
  • Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - Siyahı

    Hansı kənd təsərrüfatı məhsulları bahalaşıb? - ...

    8-11-2013, 14:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu