GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZAL-ın QAZINI KİM ALACAQ? - HƏQİQƏTƏN DƏ...

AZAL-ın QAZINI KİM ALACAQ? - HƏQİQƏTƏN DƏ...

Tarix: 8-06-2022, 17:50 Bölmə :Cəmiyyət Baxış: 294


Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, 6 iyun tarixindən Bakı-Naxçıvan və əks istiqamətdə uçan Azərbaycan vətəndaşı olan hər bir sərnişinə aid edilən güzəşt məbləği 10 manata endirilib.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Bakı-Naxçıvan marşrutu üzrə bir sərnişin üçün gediş haqqı 50 manat təşkil edirdi və Azərbaycan Hava Yolları Dövlət Şirkəti (AZAL) Bakı-Naxçıvan-Bakı reysinə görə hər sərnişin üçün dövlətdən 20 manat kompensasiya alırdı.

Sözügedən istiqamətdə bilet qiymətinin bahalaşması təbii ki, vətəndaşların böyük narazılığına səbəb olub. Çünki 30 ilə yaxındır blokada vəziyyətində yaşayan Naxçıvan əhalisinin böyük bir qismi Bakıya və əks istiqamətə səfər edərkən, hava nəqliyyatından istifadə edir.

Onsuz da yüksək olan bilet qiymətinin bir qədər də bahalaşması aztəminatlı ailələr üçün Naxçıvana ailəvi səfərləri bir qədər də çətinləşdirib.

Yeni qiymətlərə əsasən, hazırda “AZAL” vasitəsilə 4 nəfərlik bir ailənin Naxçıvana gediş-dönüş xərci 480 manata yüksəlib. Bura taksi və digər xərcləri də əlavə etdikdə, bu məbləğ bir qədər də artır.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, ötən ilin oktyabr ayından “AZAL” Naxçıvan Muxtar Respublikasına uçuşlar edərkən, Ermənistan hava məkanından da istifadə edir. Bu halda həm uçuş məsafəsi qısalır, həm də səfərin müddəti azalır.

Belə ki, hazırda İran üzərindən baş tutan Bakı-Naxçıvan reysinin məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədirsə, Ermənistan üzərindən baş tutan uçuşda bu məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq 1 saat təşkil edir.

Ona görə də vətəndaşlar güman edirdilər ki, məntiqlə məsafənin qısalması daşıma xərclərini azaltdığından, bu, bilet qiymətlərinə müsbət təsir edəcək. Ancaq təəssüf ki, gözlənilməz bir qərar açıqlandı və “AZAL” növbəti dəfə vətəndaşlara “xoş olmayan” sürpriz yaşatdı. GUNDEMXEBER.AZ-ın məlumatına görə, bu mövzuyla bağlı millət vəkili Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, bu qərar “AZAL”-ın varlanması üçün tətbiq olunan yeni bir metoddur: “Müvafiq qərardan sonra dövlətə milyonlarla manat borcu olan “AZAL” bir qədər də varlanacaq. Bu gün minlərlə vətəndaşımızın bilet alıb Naxçıvandan Bakıya gəlməyə pulu yoxdur. Məsələn, mənim onlarla qohumum bu səbəbdən illərdi ki, Bakıya gələ bilmir. Bu gün 100-200 manat pensiya alan bir şəxs necə Naxçıvana və ya əksinə səfər edə bilər? Bu, böyük bir biabırçılıqdır. Düşünürəm ki, bu qərar Naxçıvan əhalisinə qarşı edilmiş ən böyük ədalətsizliklərdən biridir.

Müharibədən sonra Naxçıvanın strateji əhəmiyyəti xeyli artdı. Biz əhalinin Naxçıvana geri qayıtması üçün ciddi işlər görməliyik. Hesab edirəm ki, Bakı-Naxçıvan aviareysinin qiyməti 50 manatdan 30 manata qədər endirilməli idi. Çünki Naxçıvana səfər etmək üçün insanların alternativ variantları yoxdur”.

Millət vəkili qeyd edib ki, yalnız alternativ yollar hazır olduqdan sonra qiymət artımına getmək mümkündür: “İlk növbədə Naxçıvanı Azərbaycanla birləşdirən marşrutlar hazır olmalıdır. Daha sonra bilet qiymətlərini artırmaq olar. Ancaq bu gün Bakı-Naxçıvan aviareysinin qiymətini 5 manat qaldırmaq belə olmaz. Mən bu addımı qətiyyətlə pisləyirəm. Və hesab edirəm ki, bu məsələ təcili surətdə həll olunmalı, yaranan problem aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Bakı-Naxçivan marşrut xətti üzrə sərnişinlərə “AZAL”-ın 150 yerlik “Airbus A 320” təyyarələri xidmət göstərir. Hər bir sərnişinə 30 kiloqramlıq ödənişsiz baqaj aparmaq imkanı verilir. 1 saat təşkil edən səyahət müddətində sərnişinlərə 30 qəpiklik meyvə şirəsi və 20 qəpiklik bulka paylanılır. Bununla da “AZAL”-ın 60 manata satdığı biletin xidmət xərcləri yekunlaşır…

İqtisadçı-ekspert Xalid Kərimli isə “AzPolitika.info”-ya şərhində bildirib ki, Bakı-Naxçıvan marşrutu üzrə daşıma xərcləri əvvəlcədən 70 manat müəyyən edilmişdi: “Azərbaycan vətəndaşları üçün bunun 20 manatı dövlət büdcəsi tərəfindən ödənilirdi. Yeni dəyişikliklərdən sonra bu məbləğ 20 manatdan 10 manata endirilib. Naxçıvana səfər edən əcnəbi vətəndaşlar isə hər il olduğu kimi bu il də 70 manat ödəyəcəklər”.

Ekspert qeyd edib ki, dünyanın bir çox ölkələrində təyyarə qiymətləri kəsin bahalaşıb: “Məsələn, ABŞ-dakı inflyasyanın əsas elementlərindən biri də təyyarə qiymətləridir. ABŞ-da son bir ildə təyyarə biletinin qiymətləri 33 faiz bahalaşıb. Bunun əsas səbəbi təyyarədə istifadə olunan yanacağın bahalaşmasıdır. Yanacaq təyyarənin ümumi əməliyyat xərclərinin təqribən 30 faizini təşkil edir. Digər tərəfdən bura ümumi xərcləri də aid etmək olar. Bütün bu amillər avişirkətlərin daşıma xərclərinin də artmasına səbəb olur. Həmçinin “AZAL“-ın təklif etdiyi xidmətlərin də dəyərini bahalaşdırır”.

“AZAL”-ın bilet qiymətlərilə bağlı hər dəfə minbir bəhanə uydurmasına gəlincə, bu ifadələrin sadəcə söz yığınından ibarət olduğunu anlamaq elə də çətin deyil. Bunun üçün digər ölkələrdə fəaliyyət göstərən aviaşirkətlərin bilet qiymətlərinə nəzər salmaq kifayət edir.

Məsələn, hazırda Türkiyənin ən ucqar şərq və qərb nöqlərini birləşdirən və Bakı-Naxçıvan (371 km) marşrut xəttindən 4 dəfə uzun olan Iğdır-İstanbul (1277 km) reysinin daşıma xərci bir sərnişin üçün 75-90 manat aralığında dəyişir. İstanbul-Adana (922 km) reysi 70 manat, Ərzurum-İstanbul (1048 km) reysi 60 manat təşkil edir. Müqayisədən də aydın olur ki, məsafə baxımından Bakı-Naxçıvan marşrutunun daşıma xərci real qiymətindən dəfələrlə baha qiymətə təşkil olunur. Bu onu göstərir ki, “AZAL” nəinki xarici səyahətlərdə, ölkədaxili uçuşlarda da “şişirdilmiş qiymət”lərlə xidmət göstərir. Əminliklə deyə bilərik ki, bu cür idarəetmə nəticəsində bir neçə ildən sonra ölkədaxili səyahətlər imkansız təbəqə üçün “Kosmosa uçmaq” qədər çətin olacaq.

Hər halda bundan sonra “AZAL”-dan Bakı-Naxçıvan istiqamətində qiymət siyasətində müsbətə doğru dəyişiklik gözləmək sadəlövhlük olardı. “AZAL”-dan ümidini üzən Naxçıvan sakinlərinin indi əsas istəyi, qısa zaman ərzində Zəngəzur dəhlizinin və İran ərazisindən keçəcək yeni marşrut xəttinin istifadəyə verilməsidir. Bəlkə bundan sonra naxçıvanlıların “AZAL”-ın monopolist siyasətilə 30 illik mübarizəsinə son qoyula və Muxtar Respublikaya səfərlər müəyyən qədər asanlaşa bilər...


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gündən Naxçıvana uçuş güzəştlərinin tətbiqinə başlanıldı

    Bu gündən Naxçıvana uçuş güzəştlərinin tətbiqinə ...

    15-11-2014, 11:54

  • 
  • Bakı-Naxçıvan təyyarəsi qəza enişi etdi

    Bakı-Naxçıvan təyyarəsi qəza enişi etdi ...

    16-06-2015, 08:48

  • 
  • Bakı-Naxçıvan reyslərinin sayı azaldıldı

    Bakı-Naxçıvan reyslərinin sayı azaldıldı ...

    14-04-2021, 21:10

  • 
  • Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq

    Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq ...

    8-05-2013, 12:24

  • 
  • Bakı-Naxçıvana uçmaq üçün təyyarə çatmır.

    Bakı-Naxçıvana uçmaq üçün təyyarə çatmır. ...

    11-07-2013, 15:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu