GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Hacıbala Abutalıbovun qanunsuz əməlləri ucbatından 11 ildir “Karlson” kimi damda yaşayıram”

“Hacıbala Abutalıbovun qanunsuz əməlləri ucbatından 11 ildir “Karlson” kimi damda yaşayıram”

Tarix: 23-06-2022, 11:17 Bölmə :Cəmiyyət Baxış: 67

“Mənim “Qayınana” filmi haqqında səsləndirdiyim fikirlərdən sonra özünü “tank altına atan” həmkarlarım mənə olan təxribata qarşı niyə münasibət bildirmədilər? Hacıbala Abutalıbovun qanunazid əməlləri ucbatından mən bu gün hələ də “Karlson” kimi damda yaşayıram. Mənim sənətçi dostlarım onda niyə danışmır, dillənmirdilər? Yaltaqlıq edirlər, qorxurlar ki, çörəklərini kəsərlər? Çox təəssüf ki, Xalq artistini damda yaşamağa məcbur qoyanlar utanmırlar, həmin qorxaqlar isə bunu edənləri müdafiə edirlər”.

Gundemxeber.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.

Kinorejissor “Qayınana” filmi haqqında səsləndirdiyi “bu film Azərbaycan əxlaqına ziddir” fikirlərindən sonra ona irad bildirən həmkarlarına cavab verib.

Şeyx Əbdül fikirlərinə aydınlıq gətirərək, “mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam” deyib:

“Məni o fikrə gəlməyə konkret vadar edən səbəblər var. Ailə-məişət məsələlərinin fəlakət vəziyyətinə gəlməsinin səbəbi qayınana-gəlin münasibətləridir. Bütün faciələr gəlin və qayınanaların maariflənməməsi, primitiv düşüncələrlə yaşaması, gəlinin qayınanaya fırıldaq gəlməsidir. Hər bir gəlin-qayınana, ər-arvad, nənə-baba münasibəti düzgün qurulmadıqda biz “yetim uşaqlar” istehsal edirik. Dama-dama göl olur. Nə qədər ki bu hadisələrə qarşı təbliğat aparılmayıb, əksinə, yola veriblər, buna görə də eybəcər qayınana-gəlin münasibətlərinin bu formada nümayişi sosial problemlərin, münasibətlərin çat verməsinə gətirib çıxaracaq.

Nəsibə xanım yüksək peşəkarlığı ilə hər şeyi elə təqdim edir ki, ona yalnız əl çalırlar. Artıq bunu gündəm halına gətirib, təbliğ etmək, ideologiyaya çevirmək lazım deyil. Bu gün boşanmaların, evdən qaçmaların, yetim uşaqların sayının, sosial problemlərin artdığı bir vaxtda bu cür şeyləri təbliğ etməyə ehtiyac varmı?

Mən nə o filmdən, nə də Nəsibə xanımdan danışıram. Mən o əsərin mahiyyətindən, bugünkü mövcud reallığa təsir qüvvəsindən danışıram. Mahiyyəti başa düşməyənlərin, qayınanasının, nənəsinin, anasının elə olmasını istəyənlərin isə Allah işini avand eləsin. Neqativlər var deyə biz neqativləri təbliğ etməliyik?”

Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevlə yaşadığı qalmaqaldan da danışıb:

“Mənim ağlıma gəlməyən, Rasim Balayev adlı 40 illik bir dostum var. Dörd filmimdə baş rola çəkilib və dövlət mükafatı alıb. Sən indi sədr olmusan, mən də demişəm ki, düz eləmirsiniz, gəlin bir olaq, birləşək. Bunu bir şou etdilər, efirə çıxıb müsahibə verdilər. Rasim müsahibə verib ki, Şeyxin insanlıqda da, sənətdə də heç bir yeri yoxdur. Əlindən tutub kinoya gətirdiyim adam deyib bunu. Deyib ki, Şeyx pul alıb, Tariyel Qasımovu filmə çəkib. Həmin filmdə özü də oynayıb, bu adam başa düşmür ki, həmin dövrdə sponsor olmurdu, kinoya pul vermirdilər, kinonu dövlət çəkirdi. Adam haqqı itirməz. Mən şeyx nəslindənəm, min il də keçsə, mənim ağzımdan bəy qoxusu gəlir. Mən deyirəm ki, barışıq edək. Mən kinoçuyam, artistlər kinoçu deyillər. Artistin yeri teatrdır, biz dəvət edirik, onları çəkirik, sonra pulunu verib, deyirik, yaxşı yol. Kinonun taleyini kino adamları həll edirlər. Puç olanlar, həyatını kinoya qurban verənlər, dilənçi kökündə yaşayan kinoçular... Baba Vəziroğlu gəlib kinodan danışır. Bu, dəhşətlidir, gülməlidir (gülür).

Dilənçi kökündə yaşadığım bir vaxtda gedib kiminsə qanadının altına girmədim. Mənim 78 yaşım var, artıq axirət dünyası haqqında fikirləşirəm. Bunlar o koldan bu kola yalançı bülbül kimi cikkildəşirlər. İndi cikkildəşənlərin vaxtıdır. Bu minvalla günümüz, güzəranımız, ailə münasibətlərimiz bundan da pis olacaq hələ”.

Xalq artisti mənzil problemindən də söz açıb. O qeyd edib ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən getsə də, onun mənzil problemi öz həllini tapmayıb və keçmiş icra başçısı məhkəmənin qərarını icra etməkdən imtina edib:

“Mən ölkə başçısına təşəkkür edirəm ki, mənim fəaliyyətimə qiymət verib, məni dəyərləndirib, ev verib. Amma mənim o evi də təmir etdirməyə imkanım yoxdur. Pandemiyadan əvvəl istədim, təmir edəm, tanışlardan pul aldım, bir dostumdan da 50 min manat götürdüm, təmir etdirmək istədim, amma pandemiya gəldi, qiymətlər qalxdı, iş yarımçıq qaldı.

Mənimlə görüşənlər, məndən dəstək alıb qidalananların biri mənə olunan haqsızlığa dillənib-danışmadı. Sosial problemlərdən danışıram deyə hamısı başladı dil çıxarmağa. Keçməz bu şeylər, reallıq nədirsə, odur. Hacıbala Abutalıbov qəbul olunan üç məhkəmə qətnaməsini - rayon məhkəməsinin, Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrini heçə sayıb və bu gün də həmin məhkəmə qətnamələri icra olunmadan qalır. Ona görə mən 11 ildir, ölkə başçısının mənə ev verməyinə rəğmən, qalmışam damda, oraya köçə bilmirəm. Bu damı da sənətimə, işimə hörmət edən bir insan verib mənə. Bəs həmin o qayınanası üçün narahat olanlar dövlətin qanununu heçə sayan Hacıbalalardan niyə danışmadılar? Biri səsini çıxarıb, məni müdafiə etmədi. Mən qətnamənin icrasını tələb edirəm.

Hazırda yaşadığım damda üç ailə birgə yaşayırıq - oğlumun ailəsi, qızımın ailəsi və mən. Bir dostumu, qohumumu evimə dəvət edə bilmirəm, utanıram kimisə evimə dəvət etməyə. İnanın, işıqpulunu, qazpulunu, supulunu çatdırıb verə bilmirəm. Yay olanda kondisioner işlədən kimi işıq çox pul yazır, ödəyə bilmirəm, qışda da istilik avadanlıqları işlədirik, yenə ödəməyə imkanım çatmır. Mən də yaşlı adamam, emosional, əsəbi adamam, qalıram belə”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” – Xalq artistindən şok ittihamlar

    “Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” – ...

    14-06-2021, 15:43

  • 
  • Şeyx Əbdül: “Küçələrdə qalmışam”

    Şeyx Əbdül: “Küçələrdə qalmışam” ...

    24-12-2013, 23:44

  • 
  • Qüdrət Həsənquliyev Hacıbala Abutalıbov haqqında: “Ola bilər ki, o, özünü kişi saymır”

    Qüdrət Həsənquliyev Hacıbala Abutalıbov haqqında: ...

    30-06-2017, 22:04

  • 
  • Qayınana kürəkənini bıçaqlayıb - BAKIDA

    Qayınana kürəkənini bıçaqlayıb - BAKIDA ...

    24-07-2017, 13:05

  • 
  • “Ramiz Mehdiyevin adamları neçə illərdi məni təqib edirlər” - Xalq artisti

    “Ramiz Mehdiyevin adamları neçə illərdi məni ...

    24-08-2020, 12:54


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (64)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu