GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Tarix: 8-08-2022, 17:41 Bölmə :Cəmiyyət Baxış: 261


Müharibə və geosiyasi qarşıdurmalar ucbatından dünyada ərzaq qıtlığı qlobal problemə çevrilməkdədir. Bəs qida təhlükəsizliyiməsələsində idxaldan asılı olmamaq üçün Azərbaycanın daxili imkanları hansı səviyyədədir?.. 


Kənd təsərrüfatı eksperti: “Azərbaycanın ərzaq məhsullarına olan tələbatını ödəmək üçün bütün resursları var”.

“Pambığı suvarılmayan sahəyə necə əkə bilərsiniz? Əkirsinizsə, deməli ki, sizi məhsul maraqlandırmır, sizi hektar üzrə hesabat vermək maraqlandırır. Yəni sovet höküməti dövründə belə yanaşma yox idi. Çünki onda , əkirdinsə, məhsul verməliydin. İndi isə məhsulun hesabanı belə kimsə aparmır. Çünki hər şey yalnız korrupsiyaya və büdcə vəsaitlərinin talanına hesablanır”.

Bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Azərbaycanın böyük ölçüdə ərzaq məhsullarının idxalından asılılığının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünəndən başlayaraq sentyabrda Azərbaycanda taxıl və unun bahalaşacağı ilə bağlı məlumatlar yayılır. Bu məlumatların ekspertlərin iqtisadi analizləri nəticəsində olması isə problemin heç də dedi0qodu səviyyəsində olmadığını göstərir. Ekspertlərin fikrincə yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq

Bilirik ki, müharibə və geosiyasi qarşıdurmalar ucbatından dünyada ərzaq qıtlığı qlobal problemə çevrilməkdədir. Azərbaycan isə böyük ölçüdə ərzaq məhsullarının idxalından asılıdır. Ərzaq idxalında idxaldan asılığın ortadan qaldırılmasıi üçün Azərbaycanın daxili imkanları hansı səviyyədədir və bu problemin həlli üçün hansı problemlər var? Eyni zamanda KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

GUNDEMXEBER.AZ bildirir ki, mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində demək olar bir nəfər də peşəkar aqronom yoxdur. Nazirliyin gətirdikləri kadrların da sahə üzrə peşəkarlığı yoxdur”.

Artıq qida təhlükəsizliyimizin çoxdan idxaldan asılı vəziyyətdə düşdüyünü vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu aslılıq azalmır, əksinə, get-gedə böyüyür. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir:

“Azərbaycanın ərzaq məhsullarına olan tələbatını ödəmək üçün bütün resursları var. Belə ki, Azərbaycanın torpaq, su, əmək, maliyyə resursları var, kifayət qədər də texnika alınıb. Məhsulu yarımfabrikat və fabrikat hala keçirmək üçün də aqrar sənayemizin müəyyən potensialı var, amma bu potensialda artırılmalıdır.

Maliyyə resurslarının kifayət qədər olması, ona əsas verir ki, biz ən keyfiyyətli istehsal vasitələrini ya daxildə istehsal edə, ya da xaricdən idxal edə bilərik. Yəni ərzaq məhsullarının istehsalı üçün nə lazımdırsa, Azərbaycanda hamısı var. Hətta biz mineral gübrə də istehsal edirik və bu sahədə istehsalı genişləndirə də bilirik.

Amma Azərbaycanda elmi potensial, kadr hazırlığı, o sahə üzrə ixtisaslaşmış institutlar yoxdur. Bu sahədə olan resurslarımız isə ya doğru istifadə olunmur, ya da başlı-başına buraxılıb. Yəni problemlər birbaşa idarəetmədən - Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyətindən qaynaqlanır.

Bir sıra problemlər var ki, o problemlər ortadan qaldırılsa, kənd təsərrüfatı və aqrar sahədə inkişaf gözləgörüləsi səviyyədə olar. Bu işlərin həlli isə hökumətin peşəkarlığından, daha doğrusu KTN-nin problemə yanaşmasından və bu sahələri dirçəltməyə olan marağından asılıdır. Bir misal deyim. Bu il Şəkinin Qoxmuq kəndində 60-a yaxın təsərrüfatda taxıl, tütün və tərəvəz sahələri susuz qaldı. Səbəb bilirsinizmi nədir? Gülməli olsa da, həm də ağlamalıdır. Deməli, iki il əvvəl Qoxmuq-Babaratma yoluna asfalt çəkilişi zamanı kəndə su ötürən boru çıxarılıb və inşaat işləri aparılan zaman yerinə qoyulmayıb. Təsəvvür edin, 2 il kənd əhalisi əkinlə məşğul olsa da, əkinləri susuzluqdan məhv olub və həmin vaxtlarda su yolun digər hisəsi ilə boş-boşuna axıb gedib və nəticədə əkin sahələri 2 ildir ki, suvarılmır.

Vahid Məhərrəmli: “Əgər siz Nazirliyin şöbələrində çalışan “innovatorlara” növbəli əkin ya da su resurslarından səmərəli istifadə, becərmə və s. sahələr üzrə suallar versəniz, bu adamlar heç bir şey bilməyəcəklər”.

Bunlar təbii ki, əsas və qlobal problem deyil. Amma bu istər KTN-nin, istər “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, icra hakimiyyətlərinin problemə necə yanaşdıqlarını ortaya qoyur. Əslində burda heç bir yanaşma da yoxdur. Bu sadəcə onu göstərir ki, yerlərdə kəndli və fermerlərin problemlərini bu qurumlar heç veclərinə də almırlar. Onlar üçün maraqlı olan başqa sahələrdir. Misal üçün aşağı faizlə kredit almaq və həmin krediti aidiyyatı olmayan sahələrə sərf etmək kimi...

Mən əvvəldən demişəm ki, KTN-nin indiki rəhbərliyi işi bacarmır. Çünki kənd təsərrüfatı və aqrar sahə kağız üzərindəki layihələrlə inkişaf etmir. O layihələri həm də reallaşdırmaq lazımdır və bunu da peşəkar mütəxəssislər edə bilər. Əgər siz Nazirliyin şöbələrində çalışan “innovatorlara” növbəli əkin ya da su resurslarından səmərəli istifadə, becərmə və s. sahələr üzrə suallar versəniz, bu adamlar heç bir şey bilməyəcəklər. Çünki orda çalışanların böyük əksəriyyəti kənd təsərrüfatı və aqrar sahə üzrə təhsil almayıblar. Onlar sadəcə startap layihələri üzrə mütəxəssisdirlər və startap layihələri ilə kənd təsərrüfatı inkişaf eləməz. Çünki kənd təsərrüfatı çoxşaxəli və mürəkkəb sahədir. Ağır əl əməyi tələb edən sahədir.

Adicə bir sahəni deyim. Bu “mütəxəssislər” nəinki mövcud su resurslarından səmərəli istifadəni təşkil edə bilmir, əksinə, suni problemlər yaratmaqla çox ciddi su itkisinə yol açırlar. Başqa sahələrdə də eyni vəziyyətdir. Sonra da deyirlər ki, yağış yağmadı, quraqlıq səbəbindən məhsul məhv oldu. Necə yəni yağış yağmadı? Axı Azərbaycanda əkin sahələrinin 70%-dən çoxu suvarılan sahələrdir. Digər tərəfdən siz, misal üçün pambığı suvarılmayan sahəyə necə əkə bilərsiniz? Əkirsinizsə, deməli ki, sizi məhsul maraqlandırmır, sizi hektar üzrə hesabat vermək maraqlandırır. Yəni sovet höküməti dövründə belə yanaşma yox idi. Çünki onda , əkirdinsə, məhsul verməliydin. İndi isə məhsulun hesabanı belə kimsə aparmır. Çünki hər şey yalnız korrupsiyaya və büdcə vəsaitlərinin talanlna hesablanır.

Vahid Məhərrəmli: “Məsələ təkcə pomidor yetişdirib, Rusiyaya 1 manata, daxili bazara isə 3 manata satmaq deyil. KTN öz fəaliyyətini Azərbaycan öz daxili bazarın ehtiyacını özdəməyə yönəltməlidir”.

Kənd Təsərrüfatı Nazirliyinin sahənin inkişafı ilə bağlı təməl prinsiplərə dayanan inkişaf proqramı yoxdur. Mən nazirliyin hazırladığı sənədlərin hamısı ilə tanışam. Onların dövlət proqramlarının hansı dərəcədə sadə olduğunu faktlarla sübuta yetirmişəm. Bir daha qeyd edirəm ki, bu layihələr startap layihələridir.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbər vəzifələrində demək olar bir nəfər də peşəkar aqronaom yoxdur. Nazirliyin gətirdikləri mütəxəssis kadrların da sahə üzrə peşəkarlığı yoxdur. Buna görə də onların hazırladıqları dövlət proqramları çox sadədir.

Dövlət proqramı yalnız söz yığımından ibarət olmalı deyil. Sahədə mövcud olan problemlər ortaya çıxarılmalı və problemlərin həlli istiqamətində konkret tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər də sonra həyata keçirilməlidir. Amma bunlar öz “sadə proqramlarını” da həyata keçirmirlər. Çünki həmin “proqramları” korrupsiya obyekti olaraq görürlər.

Hesab edirəm ki, qanunvericilikdə də çatışmamazlıqlar çoxdur. Hətta bir sıra ciddi qanunun təcili qəbuluna ehtiyac var. Bu qanunlar heç dilə belə gətirilmir. Buna görə də düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasət sıfırdır. Onlar işi bilmir, bacarmır. Bu səbəbdən də biz get-gedə idxaldan asılı vəziyyətə düşürük.

Vahid Məhərrəmli: “Azərbaycan iqtisadiyyatının əsas problemi odur ki, biz statistika üçün deyil, real sektor üçün çaışmalıyıq”.

Əslində biz çoxdan qida təhlükəsizliyi üzrə idxaldan asılı vəziyyətə düşmüşük. İndiki KTN rəhbərliyinin də vəzifəsi bu asılılığ aradan qaldırmaq, heç olmasa azaltmaq idi. Statistikaya görə isə bu ilin ilk 6 ayının keçən illə müqayisəsində ölkəyə 140 milyon dollar dəyərindən çox ərzaq məhsullarının idxal olunub. Bu isə özü-özlüyündə aslılığın ardığının göstəricisidir. Yəni asılıq durmadan artıq. Düşünürəm ki, ilin axırına qədər ölkəyə idxal olunan ərzaq məhsullarının dəyəri 2 milyardı ötəcək.

Məsələ təkcə pomidor yetişdirib, Rusiyaya 1 manata, daxili bazara isə 3 manata satmaq deyil. KTN öz fəaliyyətini daxili bazarın ehtiyacını ödəməyə yönəltməlidir. Ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir.

Bəs bunlar nəylə məşğul olurlar? Statistikada qeyri-neft sektorunda ixracı artırmaq üçün Rusiyaya daha çox pomidor yollamağa çalışırlar.

Bu şəkildə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək olar? Təbii ki, olmaz. Ona görə də ilk növbədə iqtisadiyyata, ən əsası kənd təsərrüfatına olan yanaşma dəyişməlidir. Bu yanaşma dövlətin, xalqın maraqlarını ifadə etməlidir. İndiki yanaşma isə ancaq nazirlərin özünü qoruma instinktindən doğan maraqlarına xidmət edir.

Azərbaycan iqtisadiyyatının əsas problemi də budur. Biz statistika üçün deyil, real sektor üçün çalışmalıyıq. Bütün bunlar olarsa, təbii ki, Azərbaycan çox asanlıqla öz qida təhlükəsizliyini təmin edə bilər. Bunun üçün yuxarıda qeyd etdiyim kimi, bizim bütün resurs və imkanımız var”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə taxıl istehsal olunub

    Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə ...

    18-07-2013, 17:29

  • 
  • Ekspert həyəcan təbili çaldı

    Ekspert həyəcan təbili çaldı ...

    19-11-2013, 12:40

  • 
  • “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı gözlənilir”

    “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı ...

    25-08-2014, 14:13

  • 
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir

    Azərbaycan əhalisi ərzaq yox, tullantı yeyir ...

    22-01-2014, 23:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu