Gundemxeber.az » Ölkə » Cəmiyyət » FTX Darya Duqinanın qətlində şübhəli bilinən şəxsin görüntülərini yaydı
Rusiyalı siyasi ekspert Aleksandr Duqinin qızı jurnalist Darya Duqinanın Moskvada bombalı hücumda ölməsindən sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Duqina sui-qəsdində şübhəli bilinən Ukrayna vətəndaşı Natalya Vovkun görüntülərini yayımlayıb.
Kadrlarda iyulun 23-də 12 yaşlı qızı ilə Rusiyaya daxil olan Vovkun sərhəd-keçid məntəqəsində sarı saçlı olduğu, daha sonra Moskvada kirayə qaldığı, içəri girərkən daim saç rəngini dəyişdiyi və bu ünvanı tərk etdiyi əks olunub.
Duqinaya bomba hücumu baş verən gün Vovk avtomobillə Rusiya sərhəd qapısından çıxıb Estoniyaya yola çıxıb.
"Əməliyyat və kəşfiyyat fəaliyyəti nəticəsində rusiyalı jurnalist Darya Duqinanın öldürülməsi FSB tərəfindən dəqiqləşdirilib. Sui-qəsdin Ukrayna kəşfiyyatı tərəfindən hazırlandığı və hadisəni törədənin isə Ukrayna vətəndaşı 1979-cu il təvəllüdlü Natalya Vovk olduğu müəyyən edilib", - FSB-nin açıqlamasında deyilir.
FSB sui-qəsdin Vovk tərəfindən törədildiyini iddia etsə də, Ukrayna Rusiyanın bu iddialarını rədd edir.
Qeyd edək ki, avqustun 21-də Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın olduğu avtomobil partladılıb. 30 yaşlı Duqina hadisə yerində ölüb. Onun tamamilə yanmış meyitini ekspertizadan sonra tanımaq mümkün olub.
GUNDEMXEBER.AZ
1-08-2014, 00:14
30-05-2018, 21:08
10-05-2016, 12:12
30-11-2018, 12:51
19-09-2017, 12:45
Sorğu
Yeni dizaynımız necədir?