05 Dekabr 2022-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyəti, 18 Dekabr 2022-ci il, saat 15:00-da KXCP rayon-şəhər şöbə sədrlərinin Ümumrespublika Müşavirəsinin keçirilməsi haqqında qərar qəbul etdi.
KXCP İdarə Heyəti, 12 Dekabr 2022-ci ildə, 21 Azər-in ildönümü münasibəti ilə Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət və dəyirmi masa keçirilməsi haqqında qərar qəbul etdi.
KXCP İdarə Heyəti, qanunsuz həbsdə olan KXCP sədrinin müşaviri, İlham Aslanoğluna yenidən qondarma cinayət işi əsasında hökm çıxarılmasını hakimiyyətin qanuna, hüquqa, insanlığa zidd əməli kimi dəyərləndirir və qanuna zidd fəaliyyəti qətiyyətlə pisləyir.
KXCP İdarə Heyəti, hakimiyyətdən İlham Aslanoğlunun dərhal azad edilməsini tələb edir.
KXCP İdarə Heyəti, 2023-cü ilin büdcəsində bahalaşma və inflyasiyanın geniş vüsət aldığı bir vaxtda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin nəzərə alınmamasını qətiyyətlə pisləyir və hakimiyyətdən büdcənin qəbulu zamanı aztəminatlı ailələrin iqtisadi maraqlarının nəzərə alınmasını bir daha tələb edir.
KXCP İdarə Heyəti, Qarabağda hərbi - siyasi vəziyyəti müzakirə edərək, işğalçı rus qoşunlarının himayəsi ilə, erməni terrorçularının Xankəndi və digər bölgələrdən müntəzəm atəş açmasının hərbi yolla qarşısını almağı tələb edir. KXCP, hakimiyyətdən Qarabağda anti - terror əməliyyatının başa çatdırılmasını tələb edir.
KXCP İdarə Heyəti, Tərtər işinin istintaqını müzakirə edərək, nəticələrin qeyri - qənaətbəxş olduğunu qeyd edir və zərərçəkmişlərin tələblərini dəstəklədiyini bir daha bəyan edir.
KXCP İdarə Heyəti, Tehran fars - şovinist, anti - islam cümhuriyyəti rejiminin dinc əhaliyə qarşı vəhşilik, zorakılıqlar və edamlarla müşaiyət olunan soyqırımı qətiyyətlə pisləyir.
KXCP İdarə Heyəti, molla rejimini “əxlaq polisinin” ləğv edilməsi qərarını azadlıq istəyən xalqın şovinist rejim qarşısında qələbəsi hesab edir.
KXCP, Azərbaycanın güneyində yaşayan həmvətənlərimizin azadlıq mübarizəsini dəstəklədiyini bir daha bəyan edir və hakimiyyəti bir daha Azərbaycanın güneyində yaşayan soydaşlarımızın hüquqlarını müdafiə etməyə çağırır.
KXCP İdarə Heyəti, Ukraynadakı son vəziyyəti müzakirə edərək faşist - rus ordusunun Ukrayna ərazisini işğal etməsini qətiyyətlə pislədiyini bəyan edir.
KXCP, bu haqq davasında qardaş Ukrayna xalqının və dövlətinin yanında olduğunu bir daha bəyan edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?