Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əhməd İsmayılovu heç də yaxşı gələcək gözləmir onun Fəaliyyəti Əli Həsənovu xatırladır
Medianın İnkişafı Agentliyinin müstəqil media subyektlərini hədəfə alacağı yarandığı gündən bəlli idi. İndi bir çoxları haqlı olaraq narazıdır və illərini mediada çalışmaqla geridə qoyanların müraciətlərinə müsbət cavab verilməməsi suallar ortaya qoyur. Gundemxeber.az xəbər verir ki, bu sözləri Reallıq.TV Media Qrupunun rəhbəri tanınmış jurnalist İkram (Rəhimov) Rafiqoğlu deyib.
Bu baş verənlər mənə bir zamanlar prezidentin keçmiş köməkçisi Əli Həsənovun müstəqil media orqanlarına qanunsuz müdaxiləni və onun sözünə baxmayanların rəhbəri olduqları media qurumlarına ölkədə girişin bloklaması prosesini xatırladır.
O zaman biz geri çəkilmədik, mübarizə apardıq və hakimiyyətin geri addım atmasına nail ola bildik. İndi MİA - nin cavan və təcrübəsiz rəhbəri Əhməd İsmayılovun eyni üsulla, hamını hədələməklə fəaliyyətini qurması və mövqeyində haqlı olduğuna israr etməsi, müstəqil düşüncəli insanların birləşməsinə gətirib çıxaracaq. Artıq bu proses başlayıb və əminliklə deyə bilərəm ki, Əhmədi heçdə yaxşı gələcək gözləmir.
Sifarişləri icra edən bu gəncin bir gün sifarişlə əziləcəyinə və günahkar kimi cəzalanacağına şübhəm yoxdur.
P.S. Mən Reallıq.TV Media Qrupunun rəhbəri olaraq MİA - ya müraciət etməmişəm. Amma müraciət edib imtina cavabı alan hər bir həmkarıma mübarizəsində dəstək verəcəyəm.
GUNDEMXEBER.AZ
2-09-2022, 16:39
2-03-2021, 11:48
28-12-2012, 12:15
8-06-2020, 16:35
15-04-2022, 17:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?