Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.
Onun həyat yoldaşı Salatın Əhmədova Manset.az-a açıqlamasında faktı təsdiq edərək, bunları deyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti üərkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər.Yəgin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məçğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?