Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əvəz Zeynallıya və Elnur Şükürova qarşı qaldırılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.
Öncə qeyd edək ki, dövlət ittihamçısının mövqeyi təqsirləndirilən şəxslərə qarşı çox qərəz və ziddiyyət təşkil edirdi.
GundemXeber.Az bildirir ki, Əvəz Zeynallı dörd epizod üzrə detallı şəkildə danışaraq, əsl həqiqətləri proses iştirakçılarının diqqətinə çatdırdı. Onu da qeyd edək ki, qaldırılmış vəsaitlərin heç biri təmin olunmadı.
2 saat davam edən məhkəmə prosesindən sonra, hakim növbəti iclasın vaxtını 07.07.2023-cü il tarixinə təyin etdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?