GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur

Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur

Tarix: 26-09-2023, 15:01 Bölmə :Cəmiyyət Baxış: 611


Şəhid-qazilərin pensiyalarını artıran 29.2 maddə bərpa olunmalıdır


Şəhidlərə, qazilərə, əlillərə sözdə diqqət və qayğının işdə elə sözdən o yana keçmədiyini qurtuluşla bitən 44 günlük Qarabağ savaşı ortaya qoydu. Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər. Kiminin əlilliyi , kiminin mənzili, kiminin pensiyası , bir sözlə , Konstitusiyanın 38-ci maddəsi ilə təminat verilən sosial təminat hüququ ləğv edildi!(?) Təsəvvür edin, 10 noyabr 2020-ci il ZƏFƏR GÜNÜ kimi Azərbaycan tarixinə yazılandan bir ay sonra 29.12.2020-ci il tarixli qanunla “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi (“Əmək pensiyasının sığorta hissəsinə əlavələr”)  ləğv edildi və ...Qarabağ əlilləri 55-110 manat arası VERİLMƏYƏN aylıq əlavədən məhrum edildilər. Deputat korpusu, hökumət bu məhrumluğu dövlət (başçısının) qayğısı kimi sırıdılar. Pensiya ödəyən qurum isə ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə qarşı çıxaraq, 29.12.2020 -ci il tarixli qanunu 15 il qabağa -06.02.2006-ci il tarixli qanuna şamil edərək , 15 ildə vermədiyi əlavələri yenidən “kəsdi”. Nə deputat korpusunun səsi çıxdı, nə Hesablama Palatasının, nə Ombudsmanın, nə PA-nın, NK-nın, nə də hüquq-mühafizə orqanlarının.  Hamısı haqqını alıb susdu. Pensiya ödəyən qurumun bu susqunluqdan sui-istifadəsi o həddə çatdı ki, hətta məhkəmə qərarı ilə pensiyalarına əlavə haqq edənlərin haqqını da kəsdi. Dövlət hakimiyyəti dövlətin ərazi bütövlüyünü təmin edənləri dövlət himayəsindən məhrum etdi. 

“Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən , qulluq stajına görə pensiyalarına əlavə hüququ olan şəxslərin -şəhidlərin, qazilərin, savaş əlillərinin vı s. TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu ARTIMA UYĞUN OLARAQ PENSİYALAR YENİDƏN HESABLANIR(DI). Di gəl, Prezidentin 23.12.2021-ci il  tarixli 1525 saylı fərmanla hərbi vəzifə maaşlarına müəyyən etdiyi 20 faizlik əlavə “BAŞTACI”LARININ- ŞƏHİDLƏRİN, ƏLİLLƏRİN PENSİYASINA HESABLANMADI. ƏƏSMN yetkililəri bu “diqqət-qayğını” öncə “əlavə”nin “artım” sayılmaması (?) ilə izah etdi, sonra qanuna edilən bir il sonrakı 05.11.2022-ci il tarixli dəyişikliklə.(?) Bəli, bəli, ZƏFƏR GÜNÜNDƏN 2 İL SONRA 05.11.2022-ci il tarixli (“DİQQƏT-QAYĞI”LI) qanunla 29.2 maddəsi  LƏĞV EDİLDİ və.. Kontitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq geriyə- 1 il qabaqkı 23.12.2021 tarixli prezident fərmanına şamil edildi ..və bu absurdluq hələ də sürür.

2022-ci il tarixli qanunun bir il qabaqkı 2021-ci il tarixli Prezident fərmanına şamil edilməsi absurdluğu bir yana, şəhidlərə, əlillərə şamil edilməsi absurddur. Bilirsiniz, şəhidlərin, savaş əlillərinin TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ TƏMİNAT XƏRCLİYİ SONRADAN ARTIRILDIQDA PENSİYALARININ YENİDƏN  HESABLANMASINA QADAĞA QOYAN NƏDİR? XİDMƏTƏ YARARSIZ ƏLİLİN, XİDMƏTDƏN CƏNNƏTƏ “EZAM OLUNAN” ŞƏHİDİN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMƏMƏSİ!(?) Absurd deyilmi? 

Şəhid, əlillərə ilgidə bu absurdluğa son qoymaq çağıdır. Dövlət şəhidin, savaş əlilinin sığorta puluna, əlinə baxmalı deyil, şəhid, əlil dövlətin sığortasına baxır. Bir günlük antiterror əməliyyatı şəhidləri, qaziləri bir daha mənəvi ucalığa qaldırdı, maddi ucalığı təmin etməksə dövlətin borcudur.

Məğrur Bədəlsoy


Ədalət adına vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanuna edilən 13 may 2022-ci il tarixli dəyişikliklə İŞLƏYƏN şəhid ailələrinin, savaş əlillərinin pensiyalarının yenidən hesablanmasını onların MÜRACİƏTLƏRİ ƏSASINDA 37.3.2-1 maddəsi diqtə edir. Dİ gəl, qanununun diqtəsini pensiya qurumunun özbaşınalıq diktaturası əvəz edir, işləyən savaş əlillərinin müraciətinə İŞLƏMƏLƏRİ “ƏSASI”  ilə (?) imtina edilir . Daha bir “diqqət-qayğı” absurdluğu: QANUN PENSİYAYA ÇIXANDAN SONRA İŞLƏMƏYƏ DAVAM EDƏNLƏRİN FƏRDİ SIĞORTA HESABINDA YIĞILAN KAPİTALA UYĞUN YENİDƏN HESABLANMANI NƏZƏRDƏ TUTUR, HESABLAMANI ETMƏLİ QURUM İSƏ HESABLAMIR Kİ, ƏLİL İŞİNİ DAVAM ETDİRİR.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 44 günün doğma, son 3 ilin yad-ögey oğulları

    44 günün doğma, son 3 ilin yad-ögey oğulları ...

    19-08-2023, 16:18

  • 
  • Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti nədən qaynaqlanır?

    Şəhid və qazi ailələrinə düşmənçilik siyasəti ...

    20-10-2021, 16:31

  • 
  • Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir

    Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 ...

    13-11-2013, 12:39

  • 
  • Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

    Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI ...

    25-06-2022, 20:22

  • 
  • Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların daha hansı hüquqları ləğv ediləcək?

    Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların ...

    25-04-2022, 16:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu