AXC- Müsavat iqtidarının parlaq üzlərindən biri Zəlimxan bəy Məmmədlinin keçmiş səhiyyə naziri və yapçı Əli İnsanovun Haqq Ədalət Partiyasının (HƏP) rəhbərliyində yer almasına ilk öncə aşırı nəsə qiymət vermək çətin idi. Nədən keçmiş yapçının 14 illik həbs yaşamının onu iqtidara qarşı loyal etməyəcəyi heç kəsdə şübhə doğurmurdu. Və bir ara belə sürdü. Günlərin birində HƏP-in gerçək üzü ortaya çıxdı, baş həpçi nəinki loyallıq göstərdi, hətta sərgiləyici şəkildə keçmişdəki ritorikasını işə saldı. HƏP Ali Məclisinin Zəlimxan Məmmədlinin həpçi adından imtina edəcəyi onda gözlənilirdi. İsfəndiyar Vahabzadə kimi! Di gəl, Zəlimxan bəy gözləməyi üstün tutdu. Bu da sonu(c)! Özgür cəbhəçi-müsavatçı adının diktat həpçi-yapçı adına dəyişməyin acı sonucu!
Rəsulzadə- Elçibəy yolunu seçənlərin heç biri bu yoldan 180 dərəcə dönməyib. Ad dəyişə bilər, amma əqidənin dəyişməsi mümkünsüzdür. Böyük Məhəmməd Əmin Rəsulzadə gələcəkdə Azərbaycanı yönətəcək partiyanın adının “Müsavat” olmaya biləcəyini, amma əməldə mütləq müsavatçı olacağını deyib. Cəbhəçi – müsavatçıların ayrı-ayrı partiyalarda BÖYÜK BƏY YOLUnu sürdürmələri savaşda da doğrulanıb. Birinci savaşda olduğu kimi, 44 günlük savaşda da cəbhəçi-müsavatçıların uşaqları öndə olub. Baxın, Qazi Təzəxan Mirələmlinin oğlu Vahid bəyğ də 2 -ci savaşda QAZİ olub, Qazi Tofiq Yaqublunun oğlu da eləcə. Cəbhəçi baş nazir Pənah Hüseynin oğlu... saymaqla qurtarar. Qazi Əbdül Cəlaloğlunun oğlu Rasim bəy aprel döyüşlərində, Füzulinin cəbhəçi icra başçısı Nofəl bəyin oğlu Səid bəy Rəşidzadə, müsavatçı Tural Abbaslının qardaşı ... 44 günlük savaşda şəhidlik zirvəsinə yüksəliblər. Cəbhəçi icra başçılarından savaş bölgəsi bir yana, cəbhə xəttindən yüzlərlə kilometr aralıda olanlardan döyüşlərdə iştirak etməyən varmı? Ədalət Yusub, Bəybala Əbil... bütün “cəbhə iqtidarı” savaşda olub.
Elə Zəlimxan Məmmədli də savaşın önündədir. Nə yaxşı, gec də olsa, yanıldığını boynuna aldı...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?