Artıq hər kəsə bəllidir ki, 1 sentyabr 2024-cü il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə cəmi beş gün qalıb. Yəni, seçki gününə az müddət qaldığından ayrı-ayrı dairələr üzrə namizədliyi qeydə alınan şəxslər seçicilərlə görüşlərini davam etdirir, onlara gələcək fəaliyyətləri barədə müəyyən vədlər verib, seçici səslərini qazanmaq uğrunda mübarizə aparırlar. Artıq dövr dəyişib zaman yeniləşdiyindən, bu gün hər bir seçici “ağı qaradan” seçməyi bacarır və onların özləri kimə, hansı namizədə səs verəcəklərini indidən müəyyənləşdirirlər. Bəli, faktdır ki, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilən deputatların tam əksəriyyətinə, o cümlədən 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən olan millət vəkilinə qarşı, bu gün elə bir həddə inamsızlıq hissi formalaşıb ki, seçicilərlə keçirilən görüşlərdə tam əksəriyyət onlara “yox” deyəcəklərini indidən dilə gətirirlər. Həmin şəxslərdən fərqli olaraq, bu günə kimi seçicilərlə keçirilən görüşlər zamanı yaşanan ab-hava onu göstərir ki, 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən müstəqil namizəd olaraq seçkilərə qatılan Abdullayev Kamil Xaliq oğluna qarşı, məhz seçicilər arasında çox böyük inam hissi formalaşıb. Bu da onu göstərir ki, 1 sentyabr günü 42 saylı Sumqayıt Birinci Seçki Dairəsi ərazisində olan seçicilərin tam əksəriyyəti Kamil Abdullayevə səs verəcəklər. Söz yox ki, bu şəxsin seçicilər arasında böyük nüfuz sahibi olmasına səbəb olan amillərdən biri də, seçicilərə qarşı yanaşma, hər kəsin ünvanladığı sualların əhatəli şəkildə cavablandırılması, seçkiöncəsi vəziyyətin düzgün qiymətləndirilməsi və s. kimi halların varlığı ümumi ab-havaya çox böyük təsirini göstərmişdir.
Bütün bunlardan əlavə, bu günə kimi Kamil Abdullayevin seçicilər qarşısında etdiyi çıxışlar, verdiyi vədlər, irəli sürdüyü təkliflər və bu yöndə atdığı digər addımları, məhz bu şəxsin dairə ərazisində reytinqinin artmasına lazımi səviyyədə öz təsirini göstərmişdir. Qeyd edək ki, dünən saat 18:00 radələrində Sumqayıtın 2-ci mkr-n ərazisindəki yaşayış binalarının qarşısında, hansı ki, açıq havada Kamil Abdullayevin seçicilərlə növbəti görüşü baş tutmuşdur. Görüşdə daha çox yaşlı nəslin nümayəndələri iştirak edirlər və onlar ötən seçkilərdə baş verənlərlə bağlı müəyyən xatırlamalar da danışırlar. Bəli, keçirilən görüşdə seçici məmnunluğu özünü göstərdikcə, ümumi ab-hava da dəyişməyə başlayır. Qeyd edək ki, Kamil Abdullayevin seçicilərlə baş tutan həmin görüşü, sanki hər kəsdə gələcəyə inam hissi də formalaşdırır. Elə ki, görüş baş tutur, o halda seçicilərin hər biri müstəqil namizəd olaraq seçkilərə qatılan Kamil Abdullayevə səs verəcəklərini bəyan edirlər.
Hörmətli seçicilər!
Siz 1 sentyabr günü fəallıq nümayiş etdirin, hamılıqla seçki məntəqələrinə gedin və əsl namizədə, yəni Kamil Abdullayevə səs verin! Seçicilər, siz bu şəxsə səs verməklə Ali Qanunverici orqanda hər zaman məsələ və problemlərinizin səsləndirilməsinin və həllinə nail olmağınızın şahidi olacaqsınız. Odur ki, həmin gün düzgün seçim edin və hamılıqla Kamil Abdullayevə səs verməyi unutmayın!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?