GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları: maliyyə xəyanətindən sənəd saxtalaşdırılmasınadək

Tarix: 8-10-2024, 13:07 Bölmə :Cəmiyyət Baxış: 150

Azərbaycan ictimaiyyətində böyük rezonans doğuran “ŞaurmaN1” işinin yeni detalları üzə çıxıb. Obyektiv media araşdırmaları onu göstərir ki, əslində baş verənlərədə zərərçəkən qanunun tanıdığı qrup yox, həbs cəzası alan Aqil Babayevdir. Məsələ burasındadır ki, “ŞaurmaN1” Bakı şəhərində Nizami 81 ünvanında Natiq Sadıqovun rəhbərliyi altında ilkin fəaliyyətə başlayıb. Atası Eldəniz Sadıqovun keçmişdə pivəxana kimi işlətdiyi məkanın profilini dəyişən N.Sadıqov bu işdə özünü doğrultmur. Bir tərəfdən də o zamanlar N.Sadıqovun atasının Türkiyədəki müalicəsinə böyük pullar sərf etməsi Natiq Sadıqovu və biznesini tam iflas həddinə çatdırır. Bu müddətdə həm atasının müalicəsi, həm də digər xərcləri üçün yaxın münasibətdə olduğu Aqil Babayevə pul üçün müraciət edən N.Sadıqovun Aqilə 800 min manata yaxın borcu yaranır. 2010-cu ildə N.Sadıqov Nizami 81 ünvanındakı obyekti sataraq borclarını ödəmək fikrinə düşür. Bu vaxt Aqil Babayev bir dost kimi ona borca görə narahat olmadığını, obyekti işlətməsini məsləhət görür, hətta “ŞaurmaN1” şəbəkəsini böyütmək üçün ona maddi dəstək göstərəcəyini bildirir. N.Sadıqovun dəfələrlə təkidli xahişindən sonra tərəflər arasında şifahi şəriklik anlaşması olur. 2011-ci ildən məhz Aqil Babayevin maddi dəstəyi və birbaşa işin üstündə durması nəticəsində “ŞaurmaN1” şəbəkəsi böyüyür, yeni filiallar açılır. Gəlirlərin həddən artıq artdığını görən Natiq Sadıqov gizli şəkildə həm maliyyə, həm də digər məsələlərdə maxinasiyalara yol verir. Bununla bağlı hətta iclasların birində bütün bunlar açıq müzakirə olunur və Aqil Babayev Natiq Sadıqov və dəstəsinin oğurluqlarını ifşa edir (bu toplantı haqqında növbəti yazımızda geniş məlumat verəcəyik). Aqil Babayev Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayır. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlmir və Natiq Sadıqov və Aqil Babayev arasında münasibətlər 2018-ci ildən daha da kəskinləşməyə başlayır. Onlar arasında son telefon mesajlaşmasında isə N.Sadılqov A.Babayevə səhvlərini etiraf edib yalvararaq bağışlanmasını xahiş edir. İyun ayının 6-da olan bu yalvarışıdan iki gün sonra isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evində 25-30 nəfərdən ibarət cinayətkar qrup tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə girov götürülərək, köməksiz vəziyyətə salınmış, döyülərək, işgəncələrə məruz qalmış və həmin şəxslər tərəfindən quldurluq yolu ilə 9 000 000 (doqquz milyon) manat pulu və digər əmlakları ələ keçirilmişdir. Onların qanunsuz hərəkətlərinə göz yumulması, araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyini bir qədər də artırmış, artıq onlar Aqil Babayevi 150 000 manat müqabilində öldürülməsi barədə planlar qurulmuş və bununla bağlı da müvafiq sübutlar hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Ən maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra müəyyən şəxslər Bakı şəhəri, ”Ağ şəhər” adlanan ərazidə yığışaraq Aqil Babayevin öldürülməsi barədə qərar qəbul etmişlər. Burada bütün məqsəd Aqil Babayevin 9 000 000 (doqquz milyon) manat pulunu, bahalı avtomobillərini, bağ evlərini, qızıllarını və digər əmlaklarının qaytarılmasının qarşısının alınmasıdır. Buna qədər də N.Sadıqovun Aqil Babayevə qarşı xain planları olub. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş həmin sertifikat verilmişdir. Söhbətin dövlət qurumu tərəfindən təsdiq edilmiş rəsmi sənəddən getdiyini nəzərə alsaq, Məhərrəmovun şəxsi razılığı olmadan kiminsə bu sənədə dəyişiklik edə biləcəyini heç ağlına belə gətirməyib. Əmtəə nişanı hüququ Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına qeydiyyatdan keçib.Eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi C.Məhərrəmovun hüquqları ilə eyni idi. Belə çıxır ki, eyni sənəd eyni vaxtda iki müxtəlif hüquqi şəxsə verilib. Amma bu baş verə bilməz, elə deyilmi? Sonra mən bu hekayənin dolaşıqlığını açmağa başladım və nəticədə İmamverdiyevin başqasının əmtəə nişanının mənimsənilməsi ilə bağlı sövdələşməsinə nail olan fırıldaqçılıq və saxtakarlığın mürəkkəb texnologiyasını üzə çıxardım. Sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıb. Bundan sonra o, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alıb. Daha sonra İmamverdiyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarius vasitəsilə. Və bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilən, özünü toxunulmaz hiss edən Teymur İmaməliyev bir şeyi nəzərə almayıb ki, pullardan fərqli olaraq, rəsmi sənədlərin “yuyuluması” daha çətindir.

Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli ŞAURMA №1 nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib. Bu sənədlərin  məzmunu heç bir şübhə yeri qoymur ki, “təşəbbüskar” Teymur İmaməliyev nəinki mənimsənilmiş əqli mülkiyyət hüququnu itirəcək, həm də ola bilsin, sənəd uydurmaq və dövlət zəmanəti altında olan əmlakın mənimsəməsinə görə bir neçə ilə qədər azadlığınından məhrum olacaq.

   


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı

    Yadigar Sadıqovun həbs müddəti yenə uzadıldı ...

    23-09-2013, 11:04

  • 
  • Yadigar Sadıqovun məhkəməsi başlandı

    Yadigar Sadıqovun məhkəməsi başlandı ...

    5-11-2013, 16:05

  • 
  • Yadigar Sadıqovun şikayəti təmin olunmadı (Yenilənib)

    Yadigar Sadıqovun şikayəti təmin olunmadı ...

    15-07-2013, 12:23

  • 
  • Rəşad Sadıqovun yeni klubu rəsmiləşdi – Baş məşqçi oldu

    Rəşad Sadıqovun yeni klubu rəsmiləşdi – Baş ...

    17-07-2020, 17:44

  • 
  • Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - NÖVBƏTİ BƏYANAT

    Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - ...

    1-07-2013, 18:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu