GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kuryer, mühafizəçi stomatoloqlar - İndi də saxta diş həkimləri gündəmdə

Kuryer, mühafizəçi stomatoloqlar - İndi də saxta diş həkimləri gündəmdə

Tarix: 31-01-2025, 11:55 Bölmə :Cəmiyyət Baxış: 209
Kuryer, mühafizəçi stomatoloqlar -

Son günlər saxta plastik cərrahların siyahısının yayımlanmasından sonra bu dəfə də ölkədə fəaliyyət göstərən çox sayda saxta stomatoloqun olduğu bildirilir.

GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Ölkə.Az-a üz-çənə cərrahı Mirzəyev Tural Ələkbər oğlu danışıb. Həkim bu sahədən mütəxəssislərlə birgə məsələni araşdırdıqlarını və əllərində adbaad siyahının olduğunu söyləyib.
T.Mirzəyev saxta stomatoloqların bəzilərinin diplomsuz olduğunu, bəzilərinin işləmək üçün sertifikasiyadan keçmədiyini, bir qisminin isə sadəcə kurslara gedərək bu sahədə çalışdığını iddia edib:

"Araşdırma aparmışıq. Siyahıda 83 nəfərin adı var. Hətta adı hallanan həkimlərin heç biri də çıxıb demir ki, biz saxta həkim deyilik. Eləsi var ki, kuryerlik edib indi gəlib stomatoloq işləyir.

Bu yaxınlarda bir xanımın 11 dişi çəkilmişdi. Onu edən adam mühafizəçi işləyib. Adam 7-8 ildir stomatologiyadadır. Qaçıb orada-burada gizlənir, pul atır. Tibb bacıları var ki, kiminsə katibəsi olub, sonra klinikada köməklik göstərilib işləyir. Hərəsi bir yerdən diplom alıb.
Hətta dövlət qurumları ilə birgə araşdırmışdıq, konkret 5 nəfərin işləmək üçün sənədi yoxdur".

Fotoda Tural Mirzəyev


Həkimin sözlərinə görə, bu "stomatoloq"ların profillərində paylaşılan bir çox şəkillər başqa səhifələrdən götürülüb. T.Mirzəyev insanları həkim seçərkən ehtiyatlı davranmağa çağırıb:
"Soruşsunlar görək, harada təhsil alıblar, hansı lisenziya ilə fəaliyyət göstərirlər, ortodontiyaya, implantologiyaya icazələri varmı? Hər yerindən duran deyir ki, ortodontam. Ortodont olmaq üçün azı 2 il ordinantura keçirilməlidir. Yoxsa 3 gün Əlinin kursunda, 4 gün Vəlinin kursunda olmaqla ortodont olmaq mümkün deyil.
Bu, vicdan və milli təhlükəsizlik məsələsidir. Diplomu olmayanların sterilizasiyadan xəbərləri yoxdur. O adama maraqlı deyil ki, işlətdiyi alətin ucunda nə var və ya xəstənin ağız boşluğunda hansı patologiya var".
T.Mirzəyev Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində olduğunu və bununla bağlı müraciət etdiyini söyləyib. Həkimin sözlərinə görə, ondan saxta stomatoloq olduğu deyilən şəxslərin adbaad siyahısı tələb olunub.
Əldə etdiyimiz məlumata görə, aidiyyəti qurumlar məsələdən xəbərdardırlar.
Artıq sosial şəbəkələrdə adı saxta stomatoloq siyahısında olan bəzi həkimlərin xəstələri də paylaşımlar etməyə başlayıblar. Həmin stomatoloqlardan biri də Zeynal Allahyarovdur (Zeynalabdin Məmməd oğlu Allahyarov).

Fotoda Zeynal Allahyarov


Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, Z.Allahyarova müalicə üçün avans olaraq 1500 manat ödəsə də, eşitdiyi şikayətlərdən sonra fikrindən daşınıb. Qeyd edilir ki, artıq 1.5 ay keçməsinə baxmayaraq pasiyentə pulu geri ödənməyib. Xanım şikayətçi iddia edir ki, həkim bu müddət ərzində ona heç bir tibbi xidmət göstərməyib.

Digər sosial şəbəkə istifadəçiləri də Z.Allahyarovun saxta həkim olduğunu yazıb. Həkim səhifəsində stomatologiyanı bitirdiyinə dair diplomunu paylaşsa da, işləmək üçün sertifikasiyasının olmadığı bildirilir.

Rəsmi quruma göndərdiyimiz sorğu nəticəsində Z.Allahyarovun məlumatlarının Səhiyyə Nazirliyinin reyestrində tapılmadığı bildirilib.
Barəsindəki ittihamlarla bağlı Ölkə.Az Z.Allahyarovla da əlaqə saxlayıb. O, yalnız 1 saat sonra danışacağını desə də, növbəti cəhdimizdə zəngimizə cavab verməyib.
Qeyd edək ki, T.Mirzəyev saxta stomatoloq olduğunu iddia etdiyi şəxslərin çalışdığı klinikaların da adlarını bildiyini deyib. Onun sözlərinə görə, bu klinikalar paytaxtda əsasən Nərimanov rayonu ərazisində cəmləşib. Bununla belə, sözügedən həkimlərin hər biri ilə bağlı rəsmi dəqiqləşmə aparmağımız mümkün olmadığından hələlik siyahını bölüşə bilmirik.
Xatırladaq ki, bundan əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətlərdən sonra ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Əks təqdirdə
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda təhsil alan saxta həkim Adana həbsxanasından qaçıb — ŞOK HADİSƏ

    Azərbaycanda təhsil alan saxta həkim Adana ...

    10-08-2017, 15:07

  • 
  • Mügənninin milyonlarla pul xərclədiyi rəsm əsərləri saxta çıxıb

    Mügənninin milyonlarla pul xərclədiyi rəsm ...

    28-05-2013, 17:09

  • 
  • Şaxta Masallıda bir nəfərin həyatına son qoydu

    Şaxta Masallıda bir nəfərin həyatına son qoydu ...

    5-01-2016, 13:26

  • 
  • İstanbulda Azərbaycanın adı keçən saxta dərman əməliyyatı

    İstanbulda Azərbaycanın adı keçən saxta dərman ...

    11-12-2013, 14:14

  • 
  • Azərbaycanda saxta dollar əməliyyatı

    Azərbaycanda saxta dollar əməliyyatı ...

    20-11-2014, 11:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu