Millitv.az Redaksiyamıza müraciət edən vətəndaş Bakı şəhərində yerləşən “Təzə Bazar” ticarət mərkəzində aldığı nərə balığının xarab olmasından şikayət edərək, orada satılan nərə cinsli balıq məhsullarının heç bir gigiyenik qaydalara uyğun olmamasını bildirməklə, bizi bu qanunsuzluqları çəkib, ictimaiyyətə göstərməyimizi xahiş etdi.
Vətəndaşın etdiyi müraciətin aktuallığını nəzərə alaraq, 13.05.2017-ci il tarixində göstərilən əraziyə gedən Millitv.az informasiya xəbər portalının 2 əməkdaşı Qasımov Rövşən və Müslümov Zakir “Təzə Bazar” ticarət mərkəzində bazarın məsul şəxslərindən biri hesab olunan Ceyhun müəllimlə əlaqə saxlamalı olurlar. Ceyhun müəllimlə telefon əlaqəsində əməkdaşımıza bazarın rəhbərliyinin bu işlərə aidiyyatının olmadığını bildirərək, onlar bazarın ərazisində icarəyə verdikləri yerə görə heç bir məsuliyyətlərinin olmaması fikrini bildirdi.
“Təzə Bazar”ın məsul işçisi hesab olunan Ceyhun müəllimin bu cavabından sonra bazarında balıq satışı ilə məşğul olanların yanına məlumat toplamaq məqsədi ilə gedən əməkdaşlarımız orada bizə müraciət edən vətəndaşın təsvir etdiyi mənzərənin həqiqəti tam əks etdirdiyinin şahidi olurlar. Doğurdan da, bu deyilən yerdə satılan nərə cinsli balıq məhsullarının gigiyenik qaydalardan kənar balıq satışı ilə məşğul olan şəxslərə yaxınlaşdıqda onlar tez-tələsik piştaxtaların üzərində olan nərəcinsli balıq məhsullarını piştaxtaların üzərindən yığışdırmağa başladılar.
Satıcılar isə onların satdığı balıq məhsullarını həmişə belə satdıqlarını bildirərək, dənizdən tutub gətirib burada satışını təşkil edirik deməklə sözlərini bitirdilər. Sonra əməkdaşlarımıza yaxınlaşan nəzarətçi xanım bazarın ərazisində çəkilişin dayandırılmasını tələb edir. Nəzarətçi xanımın bu tələbi əslində qanunsuzluqlara göz yummağa dəlalət edən bir tələb idi. Çünki hamı gözəl bilir ki, burada satılan balıqların böyük əksəriyyəti qanunsuz yolla tutulub bazarlara çıxarılır.
“Təzə Bazar”da baş verən mənzərə buna bir sübutdur. Əslində hər zaman balıq məhsullarında daha çox zəhərlənmə halları yaz-yay aylarında baş verir.
Nərə cinsli balıqlar qeyd etdiyimiz aylarda 18 dərəcə temperatur səviyyəsindən yuxarı olan şəraitdə daha çox zəhərlənməyə məruz qalırlar. Sonra da, həmin məhsulların insanlara satılması nəticəsində balıq məhsullarından kütləvi zəhərlənmələr baş verir. Bizimdə burada apardığımız araşdırma sözün əsl mənasında belə halların baş verməməsi üçün atılan bir addım idi.
Ancaq bunu başa düşmək istəməyən bazarın nəzarətçi xanımı bazarda işləyən şəxsləri üstümüzə yollayaraq, bizim təcili bazardan çıxmağımızı tələb etdi. Biz də onlara bizim peşə fəaliyyətimizə mane olmamağı və öz işləri ilə məşğul olmalarını bildirdikdə, nəzarətçi xanım yanında dayanmış şəxslərə üzünü tutaraq, “bunları bayıra çıxarın” tapşırığını verdi. Üstümüzə gələn həmin şəxslər əvvəlcə operatorumuz Zakir Müslümovu döyərək,əlindən kameranı almağa cəhd göstərdikdə, digər əməkdaşımız Rövşən Qasımov, Zakir Müslümovu bu qolu zorluların əlindən almağa çalışanda özü də həmin “qoçu” dəstələrinin təyziqinə məruz qalmalı olur. Əməkdaşlarımızı döyən həmin bu “qoçu” dəstələri onlara bədən xəsarətləri yetirməklə yanaşı, əyinlərindəki paltarları da cıraraq, yarasız vəziyyətə salırlar. Çox çətinliklə də olsa “qoçu” dəstəsinin əlindən qurtulan əməkdaşımızın “102” xidmətinə müraciət etdiyini görən “qoçu” dəstəsi qaşaraq aradan çıxıblar.
Hadisə yerinə gələn polis işçiləri baş verən hadisə ilə əlaqədar əməkdaşlarımızla apardıqları söhbətdən sonra əməkdaşlarımızı 21-ci polis bölməsinə aparıblar. Hal-hazırda əməkdaşlarımızın şikayətinə əsasən, Nəsimi rayon 21-ci polis bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır. Bizdə əməkdaşlarımıza qarşı bu işi təşkil edənlərin layiqli cəza almaları üçün əlimizdə olan bütün video materialları və sübutları polisə təqdim edəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?