GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadisə » Yalçın İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

Yalçın İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

Tarix: 22-11-2017, 11:15 Bölmə :Hadisə Baxış: 439
Yalçın İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'


Noyabrın 20-də Vəkillər Kollegiyasından kənarlaşdırılan Yalçın İmanov hesab edir ki, cəzalandırılmasının gerçək səbəbi Nardaran olayları ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmasıdır. Nardaran məhbuslarından bir neçəsinin, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun hüquqlarını müdafiə edən Yalçın İmanov AzadlıqRadiosuna belə deyib.

Vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı qərarın onun üçün gözlənilən olduğunu, noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına gedərkən artıq psixoloji cəhətdən buna hazır olduğunu deyən Yalçın İmanovun təəssüfləndiyi məsələ başqadır:

"Həyatımın müəyyən mərhələsi başa çatır, yeni bir mərhələ başlayır. Bu mərhələ haqda düşünmək lazımdır. Sadəcə, müəyyən narahatlığım var. Bu da ondan ibarətdir ki, həbsdə olan dostlarla sağollaşa bilmədim. Onlar mənim üçün təkcə müvəkkil, müştəri deyil, həm də dostlardır. Biz onların müdafiəsi ilə bağlı mümkün olanı, əlimizdən gələni etmişdik. Sağollaşa bilməsək də, əminəm ki, onlarla azadlıqda görüşəcəyik. Bir, iki, üç, beş il sonra olsa belə...".

"NARDARAN MƏHKƏMƏSİNDƏN SONRA CƏZALANDIRILACAĞIMI GÖZLƏYİRDİM"

Yalçın İmanov deyir ki, Nardaran olayları ilə bağlı məhkəmədə baş verənlərdən sonra istənilən vaxt bir bəhanə ilə cəzalandırılacağını gözləyirdi. Vəkilin sözlərinə görə, Nardaran məhbusu Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında işgəncəyə məruz qalması məsələsini ictimailəşdirəndən sonra müəyyən mənbələr vasitəsilə ona xəbərdarlıq da edilib.

"Nardaran hadisələri ilə bağlı məhkəmədən sonra hiss eləyirdim ki, cəzalandırma istənilən vaxt baş verə bilər. Abbas Hüseynovun həbsxanada dəhşətli işgəncəyə məruz qalması, ona qarşı tətbiq olunan işgəncə üsulları ölkədə müzakirəyə səbəb oldu. Bu məsələ ilə əlaqədar Penitensiar Xidmətə, prokurorluğa, məhkəməyə, Ombudsman Aparatına da müraciət etmişdim. Həmin vaxt mənə demişdilər ki, məsələnin ictimailəşməsi, səs-küy qopması hökuməti narahat edib. Ona görə də mənimlə bağlı müəyyən addımlar atılacaq. Belə olan halda, ağla gələn ilk versiya da Vəkillər Kollegiyasının əli ilə cəzalanmağım idi. Çünki demokratiyadan kənar sistemlərin əlaltısına çevrilmiş bu qurum illərdir Azərbaycanda müstəqil fikirli, prinsipial, sözün gerçək mənasında vəkilliklə məşğul olanları cəzalandırmaqla məşğuldur. Hətta balaca uşaq da başa düşür ki, Vəkillər Kollegiyası əslində öz təmsilçisini qorumalı, müdafiə eləməlidir. Amma illərdir bunun əksini müşahidə edirik. Bu baxımdan gözlənilən hadisə baş verdi", Yalçın İmanov bildirib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Yalçın İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

Ədliyyə polkovniki Oqtay Məmmədov iddia edir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla "sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir"./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

    “Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə ...

    17-02-2016, 14:23

  • 
  • Hakim: 'Onsuz da bir günün qalıb, qərar dəyişdirilmir'

    Hakim: 'Onsuz da bir günün qalıb, qərar ...

    2-02-2017, 20:46

  • 
  • Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya yeni şeir yazdı

    Fikrət Qoca dünyasını dəyişən oğlu Yalçın Qocaya ...

    16-03-2017, 20:42

  • 
  • Baş Prokurorluq müstəqil vəkillərin cəzalandırılması üçün təqdimat verdi

    Baş Prokurorluq müstəqil vəkillərin ...

    16-11-2017, 19:17

  • 
  • Nardaran məhbusuna həbsxanada işgəncə verilməsi Avropa Məhkəməsinə gedir

    Nardaran məhbusuna həbsxanada işgəncə verilməsi ...

    24-08-2017, 23:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu