GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Təhsil Nazirliyi diplomumun tanınmasına görə məndən rüşvət tələb edir"

"Təhsil Nazirliyi diplomumun tanınmasına görə məndən rüşvət tələb edir"

Tarix: 4-10-2017, 12:55 Bölmə :Kirminal Baxış: 403
"Təhsil Nazirliyi diplomumun tanınmasına görə məndən rüşvət tələb edir"


Bu gün Apellyasiya Məhkəməsində Dağıstan Dövlət Pedoqoji Universitetində təhsil almış Orxan Məmmədlinin diplomunun tanınması ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Elmira Nağıyevanın sədrliyi ilə baş tutub. 2016-ci ilin əvvəlindən başlayan prosesin yekunu olan bugünkü iclasda qərar çıxarılacağı gözlənilsə də, oktabrın 10-na təxirə salınıb.

Şikayətçi məhkəmənin qərarına etiraz edib.

Daha sonra Təhsil Nariliyi və Nazirlər Kabinetinin 2009-cu ildə ixtisas tanıma ilə bağlı qərarını sübut kimi hakimlərə təqdim edərkən bildirib ki, qanunun geriyə qüvvəsi yoxdur: "Mən Universitetə 2007-ci ildə daxil olmuşam. Bu qərar isə 2009-da çıxarılıb. Qanunun geriyə güvvəsi olmadığını hakimlər məndən daha yaxşı bilirlər. Bu səbəbdən sözügedən qərarın mənim təhsilimə heç bir aidiyatı yoxdur. Bu sənət 2009-cu ildən etibarən qüvvəyə minib". O.Məmmədli jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin ondan bu məsələ ilə bağlı rüşvət istədiyini deyib: "Təhsil Nazirliyi məni vətəndaşlığımdan imtina etməyə vadar edir. Mənim təhsil hüququmu əlimdən alır, qanunlarımı tapdalayır. Sözügedən nazirlikdə vəzifəsini icra edən qanuna, Ümumilli Lider Heydər Əliyevin qol çəkdiyi sənədlərə məhəl qoymurlar. Bu qurum bu gün mənə müxtəlif səbəblər gətirərək, diplomumu təsdiq etmək istəmir. O zaman belə çıxır ki, bu gün qanunla tənzimlənməyən, əsassız, yerli və beynəlxalq təhsil qanunlarını pozaraq, ən xırda məsələləri mənə səbəb kimi göstərən Təhsil Nazirliyinə, məsələnin lap əvvəlində tələb etdikləri rüşvəti versəydim, özlərinin gətirdiyi səbəbələrə göz yumacaqdılar? Təhsil Nazirliyi bilsin, mənim halal, qanuni diplomumu təsdiqləməsələr, Azərbaycan Respublikasının vətəndaşlığından imtina edəcəyəm. Bu zaman məsələ ölkə başçısı, cənab İlham Əliyeva çatacaq. O zaman bu qurumun başında oturanlar nə cavab verəcək? Vətənini, ölkəsini sevən, təhsil almaq hüququna malik vətəndaşı bezdirib, ölkədən qaçırtmaq istəyirsiz?".

Şikayətçi Təhsil Nazirliyinin onun şəxsi məlumatlarını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən əldə etdiyini deyib. Yəni, Gömrük İdarəsi O.Məmmədlinin ölkədən giriş-çıxışı haqda tam məlumatı Təhsil Nazirliyinin əməkdaşlarına təqdim edib.

Məsələ ilə bağlı Nazirliyin nümayəndəsi qeyd edib ki, bu ekspertiza qaydası ilə tənzimlənir və nazirliyin buna hüququ çatır. Ancaq Təhsil Nazirliyinin Nizamnaməsində sözügedən maddə qeyd edilməyib. O. Məmmədli bu məsələyə də münasibət bildirib: "Təhsil Nazirliyi Nizamnaməsində vətəndaşın şəxsi məlumatını əldə etmək barədə heç bir məlumat yerləşdirməyib. Sənət tanıma ekspertiza keçirilmədən verilməlidir. Təhsil Nazirliyinin mənim şəxsi məlumatlarımı, ölkədən nə zaman çıxdığım və ya giriş etdiyim barədə məxfi məlumatlarımı əldə etməyə hüququ yoxdur. Bildiyimiz kimi, 1996-cı ildən Beynəlxalq Konvensiya qəbul edilib. Konvensiyaya görə, dövlətlər əgər qarşılıqlı olaraq bir-birlərini tanıyırlarsa, onlar arasında rəsmi hüquqi sənədlər varsa, o zaman diplomların tanınması ilə bağlı heç bir problem yaşana bilməz. Azərbaycan həm də 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, Avropa Şurasında təmsil olunan ölkələrin diplomları birmənalı olaraq tanınmalıdır. Lakin Nazirliyin sözügedən idarəsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq diplomlardan imtina edir". Xatırladaq ki, iki ilə yaxındır başlayan məhkəmə prosesində birinci instansiya məhz Orxan Məmmədlinin xeyrinə qərar çıxardıb. Təhsil Nazirliyi çıxarılan hökmdən razı qalmayıb və Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə Nazirliyin xeyrinə qərar verib. Bundan sonra Orxan Məmmədli Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə vətəndaşın şikayətini təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytararaq, məsələni daha dərindən araşdırmaq tapşırığını verib.

Təhsil Nazirliyi ilə vətəndaşın qarşıdurmasında medianın diqqətini cəlb edən daha bir məsələ Apellyasiya Məhkəməsi ilə bağlıdır. Araşdırma zamanı məlum olub ki, Apellyasiya Məhkəməsində Təhsil Nazirliyi ilə vətəndaş arasında keçirilən proseslərin təxminən 98%-i məhz Nazirliyin xeyrinə həll edilib. Təkcə bu il ərzində sırf diplom tanıma ilə bağlı 53 vətəndaş müraciət edib. Bu müraciətdən cəmi 1 nəfərin diplomu təsdiq edilib. Burada haqlı sual ortaya çıxır, Təhsil Nazirliyi Apellasiya Məhkəməsinə təyziqlər göstərir? Əldə olunan digər məlumata görə, Nazirliyin hüquq şəbəsində rəhbər vəzifələrdən birini icra edən şəxsin yaxın qohumu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimidir. Daha bir diqqət yetirilməli məlumat ondan ibarətdir ki, məhz hakim Elmira Nağıyeva təkcə bu il ərzində Təhsil Nazirliyi ilə bağlı 7 prosesə sədrlik edib. Bütün proseslər də Təhsil Nazirliyinin xeyrinə bitib. /azxeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri YARADILDI - SİYAHI

    Azərbaycanda yeni Dövlət Peşə Təhsil mərkəzləri ...

    14-10-2016, 13:16

  • 
  • Təhsil Nazirliyi ilə bağlı qərar

    Təhsil Nazirliyi ilə bağlı qərar ...

    13-07-2014, 11:41

  • 
  • Orxan Kərimov bəraət alacağına inanır

    Orxan Kərimov bəraət alacağına inanır ...

    22-01-2013, 09:49

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu