Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə cinayət işində tibbi ekspertizaların verdiyi bir neçə rəy elan olunub.
Təqsirləndirilənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin psixi xəstəliyi olduğunu və ekspertiza keçirilməsini istəyib. O, E.Bəşirovun 2011-ci ildən xəstəxanada müalicə olunduğunu bildirib.
Vəsatət təmin edilib.
Məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
İttiham aktına əsasən, hadisə bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində "COBALT" markalı tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib və orada Ə.Ağalını qətlə yetirib.
Sorğu
Yeni dizaynımız necədir?