Ağstafa rayonunda kafelərdən birində kütləvi dava baş verib.
Kafedə yeyib-içən bir neçə nəfər arasında əvvəlcə mübahisə, sonra əlbəyaxa dava olub.
Nəticədə Pirili kənd sakini, 1992-ci il təvəllüdlü Teyyub Qurbanzadə və Eynali kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdullayev xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə söyüş üstündə baş verib. Yeyib-içən dostlar sərxoş olandan sonra biri-biriləri ilə şit zarafatlar etməyə başlayıblar. Teyyub Qurbanzadə söyüş söyüb. Digərlərinin də təhqiredici ifadələr işlətməsi gənclərin mübahisəsinə səbəb olub. Mübahisə sonda cinayətlə nəticələnib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?