Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.
gundemxeber.az Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda “VAZ 2106” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və dörd aylıq körpəsi hadisə yerində vəfat edib.
Sürücü 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?