Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Zeynalov Elçin Yasin oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elçin Zeynalov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və ona nəzərdə tutulan cəzadan da aşağı həddə cəza təyin edilib. Məhkəmə Elçin Zeynalovun ilk dəfə məhkunluq həyatı yaşamasını, himayəsində iki azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi qiymətləndirib.
Məlumata görə, Elçin Zeynalov yanında fəhlə işlədiyi üstanı bıçaqlayıb. Belə ki, Elçin həmin ustanın anası ilə münasibətdə olmasından şübhələnib. Hadisənin ilginc tərəfi budur ki, cinayət baş verən gün Elçin bıçaqladığı şəxslə birlikdə məclisdə yeyib-içib. Onlar ayrıldıqdan sonra Elçin şübhəsi ilə bağlı məsələni qanla yumaq fikrinə düşüb. Yenidən ustasına zəng edərək onunla görüşə gəlib. Heç bir söz demədən ona bir neçə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.
Məhkəmədə dindirilən zərərçəkmiş şəxs Elçinin iddiasının əsassız olduğunu deyib. Bildirib ki, Elçinin anasına zəng edərkən onunla sadəcə yaşadığı evin kirayə haqqı ilə bağlı danışıb. Məlum olub ki, zərərçəkmiş şəxs Elçinin anasına məxsus evdə kirayədə yaşayırmış.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?