GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Əli Heydərovun qətlinin TƏFƏRRÜATI: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Əli Heydərovun qətlinin TƏFƏRRÜATI: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Tarix: 14-04-2021, 10:20 Bölmə :Kirminal Baxış: 247
Əli Heydərovun qətlinin TƏFƏRRÜATI: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb


Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən "Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna mövzusundan sonra az qala ikinci yerdə qərarlaşıb. Bütün federal və yerli KİV-lər, telekanallar "Albert Rıjiy” ləqəbli azərbaycanlı kriminal avtoritet, 19 yaşında Gəncədən Rusiyanın Arxangelsk vilayətinə yollanan və orada reketliyə başlayan, özünə babat kriminal karyera quran və azı 3 sui-qəsddən salamat qurtara bilmiş Əli Heydərovun nümayişkarənə qətli barədə geniş reportajlar yayır.

Bu qətl qanlı-qadalı 90-cı illərdə Rusiyada qanqster dəstələri arasında az qala hər gün baş verən atışmaları xatırladıb. Qətl ona görə nümayişkarənə hesab edilir ki, killer Əli Heydərovu güllələdikdən sonra hadisə yerindən tələsik qaçıb uzaqlaşmayıb və sifətini videomüşahidə kameralarından gizlətməyə çalışmayıb-o, zaldakılara demək olar məhəl qoymadan iti, amma arxayın addımlarla öz qurbanından aralanıb, silahı çantaya qoyub və fitnes-zalını tərk edib. Kamera görüntülərinə əsasən killerin şəxsiyyəti tezliklə müəyyən olunub, xəbər verildiyi kimi, o Taleh Orucov adlı azərbaycanlıdır.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, ötən ilin iyununda növbəti həbs müddətini şərti cəza ilə vaxtından əvvəl başa vurub azadlığa çıxan Əli Heydərov Azərbaycan vətəndaşı olub. Və Rusiyadan qaçqın statusu alıb və həmin sənəd əsasında bu ölkədə yaşayıb. Yəni onun Rusiya vətəndaşlığı olmayıb.

"Albert Rıjiy” və ya "Kürən Alik” son vaxtlar həmin elit yaşayış kompleksindəki mənzilində yaşayırmış. Bu kompleksdə ən ucuz mənzilin qiyməti 200 min dollardan başlayır. O, müntəzəm olaraq kompleksin fitnes-zalından istifadə edirmiş və burada özünü arxayın hiss edirmiş. Çünki kompleks özəl mühafizə şirkəti tərəfindən mühafizə olunur, bir neçə nəzarət-buraxılış məntəqəsi ilə əhatələnib və içəri ancaq xüsusi buraxılış vərəqəsi ilə daxil olmaq mümkündür. Üstəlik Əli Heydərov daim silahlı mühafizəçinin müşaiyəti ilə gəzib.

Lakin bütün bunlar kriminal avtoriteti xilas edə bilməyib. Məlum olub ki, killer də bir müddət əvvəl həmin kompleksdə, Əli Heydərovla qonşuluqda mənzil kirayələyib. Şübhə doğurmamaq üçün orada öz rəfiqəsi ilə birlikdə yaşayıb, amma sakinlər deyirlər ki, Taleh Orucov birlikdə yaşadığı qadına onun fotosunu çəkməyi qadağan edibmiş və tez-tez harasa yoxa çıxırmış. Belə görünür ki, killer bir neçə dəfə Əli Heydərovla eyni vaxtda fitneslə məşğul olub, onun qrafikini öyrənib və qətl üçün əlverişli məqam seçib.

Qətl zamanı fitnes zalında olan şahid-Aleksandra Voyevoda adlı qadın deyir ki, güllələnən şəxs zala öz cangüdəni ilə gəlmişdi. O, soyunub-geyinmə otağına keçib, cangüdən zaldan çıxıb və qadın təxminən yarım saat sonra hadisə haqda eşidib.

"Mən bu adamı görmüşdüm, cangüdəni ilə gəldi. Sonra cangüdən çölə çıxdı, mən də onunla birlikdə çıxdım. Sözün əsl mənasında yarım saat sonra eşitdim ki, həmin adamı ("Albert Rıjiy”) güllələyiblər”,-qadın deyir.

Kriminal avtoritetin cangüdəninin nədən onu tək qoyub çölə çıxdığı müəmmalı görünür, amma ola bilsin ki, cangüdən içəridə "yad adam” olmadığından əmin olduğu üçün çölə çıxıb. Amma Heydərovla eyni vaxtda onun qatili də zalda idi, idmanla məşğul olurmuş kimi görüntü yaratmışdı.

Və kamera görüntülərindən də aydın olduğu kimi, killer arxadan Əli Heydərova yaxınlaşır, ona dalbadal atəş açır. Kriminal avtoritet üzü üstə yerə yıxılır, killer onun başından daha bir neçə güllə vurur və arxayın şəkildə uzaqlaşır. Ətrafdakılar isə təşviş içində ora-bura qaçırlar, silahlı adamdan xilas olmağa çalışırlar.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, killer ötən əsrin 60-cı illərindən istehsal edilən və əsasən xüsusi təyinatlıların yaxın döyüş aparmaq üçün istifadə etdikləri "Skorpion” tapança-pulemyotundan istifadə edib. Heydərovu güllələdikdən sonra silahı qırmızı çiyin çantasına qoyub və zaldan çıxıb. Sonrakı videomüşahidə kameraları görüntülərinə əsasən o, küçəyə çıxaraq yoldan keçən sərnişin avtobusuna minib.

Avtobusla son dayanacağa-Novopesçansk küçəsinə qədər gedib, orada düşüb taksiyə minib və nəzərlərdən itib. Sonradan avtobus sürücüsü salonda killerin qoyub getdiyi torbanı, onun içindəki "Glock” tapançasını aşkar edib. Belə görünür ki, bu killerin ehtiyat silahı idi. "Skorpion”u isə o, fitnes zalından çıxandan sonra küçəyə atıb. Sifarişli qətllər törədən killerlər ənənəyə görə, silahı hadisə yerində atıb gedirlər.

Əli Heydərov "vor zakon” titulunu 2012-ci ilin sentyabrında almışdı və "Ded Xasan”ın qruplaşmasına daxil idi. Kriminal karyerasına Arxangelsk bazarında alver edən azərbaycanlıları "sağmaqla” başlayıb, yəni reketlik yolu ilə onlardan haqq yığıb. 2002-ci ildə reketliyə görə ilk dəfə həbs olunub, şərti cəza ilə yaxasını qurtarıb. Sonradan daha iki dəfə həbs olunub, amma həbsxanada çox oturmayıb. Soyğunçuluq, xuliqanlıq, adam döymə kimi maddələrlə ittiham olunsa da qısa müddətli həbslərdən sonra azadlığa çıxıb və kriminal karyerası yüksəlib. "Ded Xasan”ın öldürülməsindən sonra onun klanı daxilində nüfuz dairəsi bölgüsü uğrunda qanlı hesablaşmalar başlayanda Ə.Heydərova iki dəfə sui-qəsd ediblər. Bir dəfə Peterburqda, bir dəfə Türkiyədə. Lakin hər iki halda o, xilas ola bilib. Sonradan ona daha bir sui-qəsd cəhdinin olduğu məlumdur.

Nəhayət 2016-cı ildə Əli Heydərov yenidən həbs olunub-bu dəfə sahibkara quldur hücumuna və saxta sənəd əldə etməyə görə. 6 il həbs veriblər və Mariy El həbsxanasına göndəriblər. Burada onun barəsində bir çox şaiyələr yayılıb-məsələn, deyilənə görə "Albert Rrıjiy” həbsxana administrasiyası ilə əməkdaşlıq edirdi və digər kriminal avtoritetlərin əleyhinə ifadə verirdi. Üstəlik o, həbsxanada tikiş tikməyi də öyrənibmiş.

İstintaqdakı mənbələr deyirlər ki, son illər Əli Heydərovun adı Moskvadakı "Food City” topdansatış ərzaq bazasından yığılan haqq uğrunda kriminal müharibələrdə də çəkilirdi. Onun bazarda öz payının, faizinin olduğu bildirilir. Hansı ki, bu bazara nəzarət uğrunda illərdir qanlı müharibələr gedir, bazarı əvvəlcə "Rövşən Lənkəranski” öz nəzarətinə ala bilmişdi. Sonra onu güllələdilər və bazar tam olmasa da "Lotu Quli”nin nəzarətinə keçdi, amma "Albert Rıjiy” də oradan öz payını alırmış.

"Kürən”in öldürülməsinə görə iki əsas versiya nəzərdən keçirilir-"paqona işləməyə” görə cəza və "Lotu Quli”nin ölümünə görə qisas. İndi isə daha bir versiya əlavə olunub ki, bu da "Food City”dən əldə edilən milyonların bölüşdürülməsi uğrunda qanlı hesablaşmadır...

Son məlumata görə Əli Heydərovu güllələyən Taleh Orucov artıq saxlanılıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, o, kirayə qaldığı mənzildə yaxalanıb, hazırda onun dindirilməsi ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirilir, mənzildə axtarış aparılır./Virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada qətl törədən azərbaycanlı 20 il sonra həbs edilib - VİDEO

    Rusiyada qətl törədən azərbaycanlı 20 il sonra ...

    14-10-2015, 11:52

  • 
  • “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

    “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin ...

    12-04-2021, 21:29

  • 
  • Lotu Qulinin killerləri və qohumu məhkəmə kürsüsündə

    Lotu Qulinin killerləri və qohumu məhkəmə ...

    13-01-2015, 18:39

  • 
  • Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı öldürüldü

    Saratovda sifarişli qətl — Azərbaycanlı iş adamı ...

    25-10-2017, 13:47

  • 
  • “Lotu Qoca”nın qətl xəbəri gəldi

    “Lotu Qoca”nın qətl xəbəri gəldi ...

    19-08-2013, 00:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu