Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.
Bu barədə özü məlumat verib. Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb
*** 08:51
İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir.
Bu barədə Turan Agentliyi məlumat yayıb. Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq, hüquq mühafizə orqanları nümayəndələrinin onun evinə gəldiyini və özünün evdə olmadığını bildirib: "Mən indi evimə gedirəm, hüquq müdafiəçilərindən, vəkillərdən xahiş edirəm, oraya gəlsinlər". Qeyd edək ki, həmçinin Bakıda Maide.az saytının baş redaktoru Təmkin Cəfərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılma səbəbləri barədə hələ ki məlumat verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?