GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Akif Çovdarovun vəkilinin adı 800 min manatlıq qalmaqalda hallanır

Akif Çovdarovun vəkilinin adı 800 min manatlıq qalmaqalda hallanır

Tarix: 27-02-2023, 22:42 Bölmə :Kirminal Baxış: 234

“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon manatını almaqda ittiham olunan Kamal Akimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib..

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov ifadə verib.

Kamandar Nəsibovun bu məhkəmə prosesində dindirilməsinin səbəbi Kamal Akimovun əmlakının əlindən hədə-qorxu yolu ilə alınmasından sonra məhkəmədə mülki qaydada iş aparılan zaman onun vəkili olmasıdır. Kamal Akimovun o dövrdə əmlakın sökülməsinə görə “Azimport” şirkətinə qarşı qaldırdığı iddialar üzrə məhkəmələrdə vəkil kimi hüquqlarını müdafiə edib.

Həmin dövrdə Kamandar Nəsibov Kamal Akimova təklif edib ki, qarşı tərəflə, “Azimport” şirkətinin rəhbəri Azər Əsgərovla görüşsün. O da təklifi qəbul edib və görüş Kamandar Nəsibovun ofisində baş tutub. Kamal Akimov iddia edib ki, 800 min manatlıq razılaşma da həmin görüşdə əldə olunub.

Məhkəmədə ifadə verən Kamandar Nəsibov deyib ki, Kamal Akimovun mülki işi ilə məşğul olub:

“Məhkəmələrdə əleyhimizə qərar çıxarıldı. Təklif elədim ki, Azər müəllimlə görüşsünlər. Görüş zamanı söhbətlərin tam içində olmamışam. Amma aralarında gərginlik vardı. Kamal Akimov söküntüyə görə pul istəyirdi. Sonradan bildim ki, razılaşmayıblar. Mən bir başqa işimdə Azər müəllimlə görüşəndə dedi ki, Kamal həddi aşır”.

Kamandar Nəsibov məhkəmədə Kamal Akimov və vəkilinin suallarının bir çoxuna “yadımda deyil”, “çoxdan olub, xatırlamıram” cavablarını verib.

Hətta öz ofisində görüşdə digər şəxslərin iştirak edib-etmədiyini belə xatırlamadığını deyib. Kamal Akimov isə bildirib ki, orada başqa şəxslər də olub və bunun sübutları da var.

Məlum olub ki, Kamandar Nəsibov Kamal Akimovdan sonra Azər Əsgərovla əməkdaşlıq etməyə başlayıb.

Məhkəmədə şahid qismində dindirilən Əli Məmmədov bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsində saxlayıblar. Həmin vaxt Kamal Akimov gəlib və təzyiq altında ondan Azər Əsgərovun əleyhinə ifadə verməsini tələb edib:

“Mən “Azimport” şirkətində işləyirdim, hörgü, suvaq işinə baxırdım. Məndən tələb edirdi ki, Azər Əsgərovun üzünə durum. Deyim ki, onun tələbilə Kamal Akimovun obyektini sökmüşük”.

Kamal Akimov onun dediklərinin yalan olduğunu, Bakı Şəhər Baş Polis İdarəsinə onun sərbəst giriş və hərəkət imkanının mümkünsüz olduğunu bildirib.

Əli Məmmədov “Azimport” şirkətində işləyərkən pulunun verilmədiyini iddia edib və Azər Əsgərovdan onu tələb edib. Nəticədə qalmaqal yaranıb və Azər Əsgərov ona qarşı şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib. Əli Məmmədov saxlanılıb, barəsində xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.

Kamal Akimov hesab edib ki, şahid məhz həmin cinayət işinə görə Azər Əsgərovdan asılı vəziyyətdədir və bu üzdən onunla bağlı yalan ifadə verir.

Növbəti proses martın 2-də davam edəcək.

İttihama görə, Kamal Akimov Azər Əsgərovun özünü və ailə üzvlərini öldürməklə hədələyib, ondan 500 min manat pul alıb.

Təqsirləndirilən şəxs ittihamı əsassız sayır. Onun Səbail rayonu, Ziya Yusifzadə küçəsi, 8 (keçmiş Xanlar küçəsi) ünvanında yerləşən 146 kvadratmetrlik qeyri-yaşayış sahəsini söküblər. Sonradan razılaşdıqları kimi ona 500 min manat veriblər.

Kamal Akimov bildirib ki, 10 il öncə “Azimport” şirkəti onun sənədli əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə məhkəmələrə, müxtəlif dövlət orqanlarına şikayət edib.

Son nəticədə 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Bunun da 500 min manatını ödəyib, qalan 300 min manatını isə verməyib. Qalan məbləği ondan dəfələrlə tələb etsə də, Azər Əsgərov onu ödəməkdən imtina edib. Sonda isə ondan hüquq-mühafizə orqanlarına şikayət edib, indiyədək alınmış 500 minin özü və ailəsi hədələndiyinə görə verildiyini göstərib.

Kamal Akimov Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur./Teleqraf.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi

    Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi ...

    20-09-2017, 20:37

  • 
  • Akif Çovdarovun vəkilləri çıxış edir

    Akif Çovdarovun vəkilləri çıxış edir ...

    20-09-2017, 11:45

  • 
  • Vəkili Akif Çovdarova bəraət istədi

    Vəkili Akif Çovdarova bəraət istədi ...

    18-09-2017, 13:26

  • 
  • Akif Çovdarovdan XƏBƏR VAR - kassasiya şikayətini geri götürüb

    Akif Çovdarovdan XƏBƏR VAR - kassasiya şikayətini ...

    26-09-2019, 11:34

  • 
  • Sabah Akif Çovdarovun şikayəti əsasında məhkəmə başlayır

    Sabah Akif Çovdarovun şikayəti əsasında məhkəmə ...

    7-05-2018, 16:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu