GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib

Tarix: 5-02-2019, 16:23 Bölmə :Mədəniyyət Baxış: 839
Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib


Sərgi, məruzə, sujetlər, xatirələr...

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının qarşılıqlı əməkdaşlıq çərçivəsində imzaladıqları anlaşmaya əsasən ilk tədbir fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin anadan olmasının 95 illiyinə həsr edilib. Bilik ocağında düzənlənən yubiley gecəsinə qurumun rəhbərliyi, üzvləri, alim və təhqiqatçılar, sənətkarın övladları, media mənsubları qatılıblar. Yubiliyara aid sərgidə toplanan nümunələrlə tanış olan işıtirakçılar öncə şairin, dünyasını dəyişmiş sənət və mübarizə yoldaşlarının, məsləkdaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib

Sonra Əli Tudənin öz səsi ilə səslənən “Mən nə gətirdim” şeiri ilə başlanan sənədli filmə baxış keçirilib. İMC sədri, Azərbaycanın əməkdar jurnalisti Rəhim Hüseynzadə giriş sözündə 12 dekabr 1946-cı ildə Naxçıvanda mühacirətin ilk günündə qələmə alınan bu poetik nümunə ilə mühacirət ədəbiyyatımızın yaradıldığını vurğulayıb. Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev anlaşma əsasında ilk birinci birgə tədbirin Əli Tudə kimi mütəfəkkirə həsr edilməsini təqdirə layiq hadisə adlandırıb. 120 illik yubileyini qeyd edəcəyimiz Cəfər Cabbarlının adını daşıyan bilik ocağında əslən Arazın o tayından olan bir sıra görkəmli sənətkar barəsində də belə toplantıların reallaşdırılacağının gündəmdə dayandığını deyib.

İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümidin məruzəsində şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb. Əli Tudənin mühacirət illərində amalına, məsləkinə, sənət prinsiplərinə daim sadiq qaldığını, gənc yazarların xatirələrində ustad, məsləkdaşlarının və silahdaşlarının nəzərlərində mübariz, dönməz bir insan kimi qaldığını dilə gətirib.

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib

Sonra unudulmaz şəxsiyyət barədə xatirələr səslənilib. İMC İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Adilə Çernikbulənd bildirib ki, o da Əli Tudə kimi taleyində üç mühacirət həyatı yaşayıb. İkincisi təlatümlü hadisələrin yaşandığı, “21 Azər” Hərəkatının qələbəli günlərini gördüyü, Əli Tudənin Milli Filarmoniyaya rəhbərlik etdiyi dövrdəki səmərəli fəaliyyətinin şahidi olduğu yadda qalan səhifələr kifayət qədərdir. A. Çernikbulənd yüksək intellekti ilə üçüncü mühacirətdə də şəxsi davranışı və istedadı ilə hamıya nümunə olduğunu deyib.

Taixçi alim Əkrəm Rəhimli (Bijə) Əli Tudə ilə “Azərbaycan” ruznaməsində işlədiyi illərdə onun hər bir yazıya yüksək məsuliyyətlə yanaşdığını vurğulayıb. “Əli Tudə” sənədli filminin yaradıcısı, Azərbaycanın görkəmli kinorejissoru Ənvər Əbluc çıxışında qeyd edib ki, onunla şəxsən tanışlığı olmasa da qardaşları, sənət aləmində izi qalan Həsən, eləcə də fədai Əli Əbluclar şairin xətrini doğmları kimi əziz tuturdular.

Alimlərdən Səməd Bayramzadə (AMEA-nın Şərşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri), Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova (Umani), həmçinin filologiya elmləri namizədi Pərvanə Məmmədli çıxışlarında Əli Tudə yaradıcılığının müxtəlif sahələrinin təhlilini veriblər. Həsən Cəbrayılovun (Ahəngi) çıxışını Əli Tudənin Təbriz Filarmoniyasındakı fəaliyyətini işıqlandıran sənədli nümunələrdən kadrlar müşaiyyət edib.

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib


İMC sədri Rəhim Hüseynzadə Tudənin bütün yaradıcılıq nümunələrini külliyyat halında 20 cilddə nəşr olunma təşəbbüsünü yüksək vətənpərvərlik nümunəsi adlandırıb. Bildirib ki, şairin övladı, AZ.TV-nin məsul əməkdaşı Natiq Əli Tudə oğlu Cavadzadənin artıq 13 cildi hasilə gətirməsi əslində bütün ölkə ictimaiyyətinə nümunə ola biləcək bir xeyirxah əməldir. İMC bunu nəzərə alaraq N.Cavadzadəni fəxri diploma layiq qörüb. Mükafat jurnalistə təqdim olunub. O, özünün və bacıları Rəna və Pərvanənin adından belə tədbir reallaşdırdığına görə təşkilatçılara təşəkkürünü bildirib. Eyni zamanda atası barədə qələmə alınan yazılarda bir sıra məqamların kifayət qədər dolğun işıqlandırılmamasına diqqəti çəkib.

Fevralın 2-də görkəmli inqilabçı şair, mütəfəkkir Əli Tudənin 95 illik yubileyi qeyd edilib


Yubiley gecəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi tələbələrinin ifasında səslənən Əli Tudənin şeirləri tədbiri daha da rövnəqləndirib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli bəy Hüseynzadə yad edilib

    Əli bəy Hüseynzadə yad edilib ...

    25-02-2013, 10:26

  • 
  • Milli Qəhrəman Firidun İbrahiminin şəhadətinin 70-ci ili anım mərasimi ilə qeyd edildi

    Milli Qəhrəman Firidun İbrahiminin şəhadətinin ...

    25-05-2017, 17:36

  • 
  • İranlı Mühacirlər Cəmiyyətində sənətkarın yaradıcılıq gecəsi

    İranlı Mühacirlər Cəmiyyətində sənətkarın ...

    6-09-2017, 16:13

  • 
  • General Qulam Yəhyanın 110 illik yubileyi qeyd olundu

    General Qulam Yəhyanın 110 illik yubileyi qeyd ...

    13-10-2016, 18:40

  • 
  • İMC-nin dünyəvi Azərbaycan modeli

    İMC-nin dünyəvi Azərbaycan modeli ...

    4-08-2017, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu