GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Şüşə qəfəsimə mənşəyi bilinməyən tüstülü hava gəlir, boğur məni” - (Yenilənib)

“Şüşə qəfəsimə mənşəyi bilinməyən tüstülü hava gəlir, boğur məni” - (Yenilənib)

Tarix: 21-02-2014, 21:43 Bölmə :Siyasət Baxış: 783
“Şüşə qəfəsimə mənşəyi bilinməyən tüstülü hava gəlir, boğur məni” - (Yenilənib)
Əli İnsanov: “İndi bilmirəm Fərhad Əliyev mənə qarşı nə iddia qaldırır”

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi keçirildi.
Həmişəkindən fərqli olaraq sabiq nazir bu dəfə məhkəmə zalına proses iştirakçılarından və mətbuat nümayəndələrindən öncə gətirilərək şüşə qəfəsə salındı.

Buna səbəb isə ötən məhkəmə iclaslarında zala daxil olarkən ölkə rəhbərliyinin ünvanına səsləndirdiyi sərt və təhqiramiz ifadələrin bir daha eşidilməməsi istəyi idi. Amma Əli İnsanov bu dəfə daha sərt danışdı.

Məhkəmə prosesində İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı - Samir Vəliyev və Rüstəm Aslanov şahid qismində dindirildi.Vəkil Ağaveyis Şahverdi şahiddən özəlləşdirmə ilə bağlı neçə aktda iştirak etdiyini soruşdu. Şahid “iki aktla tanış olub sonra imza etmişik” cavabını verdi.

A.Şahverdi:

-3 akt olub.

Şahid:

-Mənim yadıma gəlmir.

-Siz aktların tərtibində iştirak etməmisiniz. Sadəcə imzalamısınız.

-Biz yoxlanılan tərəf idik. Özümüz özümüzü yoxlamalı deyildik ki...

Əli İnsanov:

-Samir müəllimə təşəkkür düşür. Bu adam məsul vəzifədədir. Deyir oradakı aktların heç birindən xəbərim yoxdur. Onun hər şeydən xəbəri var. Faktiki olaraq imtina edir. Deməli, məni müdafiə edir, deyir ki, xəbərim yoxdur. Doğrudan xəbəriniz yoxdur?

Şahid:

-Mənim konkret vəzifə səlahiyyətlərim vardı. Müəyyən hesabatlar aparılırdı. O vaxt özəlləşdirmə departamenti nazirliyin səlahiyyətində idi.

Ə.İnsanov:

-Mən 12 il nazir işləmiş adamam. Çox yaxşı bilirəm aparat rəhbərinin vəzifəsi nədir. Sizin nazirlə mən həbs olunmuşdum. İndi bilmirəm Fərhad Əliyev mənə qarşı nə iddia qaldırır. Başa düşə bilmirəm, siz bütün sənədləri oxumamış imzalayırsınız? Vay bu hökumətin halına...(səs kəsildi).

Vəkil A.Şahverdi:

-Bu nə deməkdir? Nə sual verməyə imkan verirsiniz, nə də cavab verməyə.

Vəkil Toğrul Babayev şahiddən aidiyyəti olmayan bir akta imza atmasının səbəbini soruşdu. Şahid də cavabında “aidiyyəti olanlar da olub, olmayanlar da” dedi.

Ə.İnsanov:

- Samir müəllim bu qondarma ittihamlarla razı deyil. Nə istəyirsiniz? Onu da həbs etmək istəyirsiniz? Yaraşıq kimi imza qoyub... (səs kəsildi).

Məhkəmədə dindirilən növbəti şahid İqtisadi İnkişaf Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdiri Rüstəm Aslanov oldu. O, prokurorun, vəkillərin və Əli İnsanovun suallarını cavablandırdı.

Əli İnsanov şahiddən aktı oxuyub-oxumadığını soruşdu. Şahid aktı oxuduğunu, ona aid məsələ olmadığına görə bununla bağlı rəyini bildirdiyini açıqladı.

Əli İnsanov:

-Bütün İqtisadi İnkişaf Nazirliyinin maliyyəsinə rəhbərlik etmisiniz. Bütün özəlləşdirilmədən dövlət büdcəsinə 0,5 milyard pul ödənilib...(səs kəsildi).

Vəkil A.Şahverdi sabiq nazirin hüquqlarının pozulması, səs buraxmayan kameradan çıxarılaraq müdafiəçilərinin yanında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırdı. Hakim Ə.İnsanovdan vəsatətə münasibət bildirməsini xahiş etdi.

Ə.İnsanov:

-Niyə imkan vermədiniz maliyyə şöbəsinin müdirindən soruşum, görüm 30 milyard hara gedib.

Məhkəmə kollegiyası vəsatəti əsassız hesab edərək təmin etmədi.

Vəkilin növbəti vəsatəti Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarovun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı oldu. Məhkəmə kollegiyası bu vəsatəti də təmin etmədi.

Ə.İnsanov:

-Bu şüşə qəfəsə mənşəyi məlum olmayan tüstülü hava gəlir, boğur məni.

Hakim ona havatənzimləyici ilə bağlı heç bir problemin olmadığını dedi.

Ə.İnsanov:

-Burada əsl dağ havasıdır, keçiləsi deyil. Cəmiyyətə belə təqdim etmişdilər ki, guya mənim evimdən qızıl külçələri tapılıb. Əgər doğrudan da qızıl külçələri tapılıbsa, buraya gətirsinlər, məhkəmədə nümayiş etdirsinlər. Əgər mümkün deyilsə, deməli...(səs kəsilir).

Hakim onun sözünü kəsərək əgər bir də belə ifadələr işlədərsə, məhkəmə zalından çıxarılacağını və prosesin onun iştirakı olmadan keçiriləcəyini bildirdi.

Daha sonra Əli İnsanov həbs olunan zaman tərtib olunmuş protokolun ikinci hissəsini 9 ildir ki, tapa bilmədiyini məhkəmə heyətinin nəzərinə çatdırdı:

-Həbsimlə bağlı protokolu 9 ildir istəyirəm, tapıb gətirmirlər. Bu, mənim hansı şəraitdə saxlandığım, mənə verilən suallar barədə idi. Ona istinad etmək, istifadə etmək üçün axtarıram, tapmıram. Bu hissəni yoxa çıxarıblar. Möcüzədir. Mənim sözümdən bu qədər qorxan hökumət mənim özümü görəndə neynəyəcək?

Hakim:

-Siz ibtidai istintaq zamanı ifadə vermisiniz, dindirilmisiniz. Mahiyyətdən kənara çıxmayın.

Ə.İnsanov:

-Bu, mənim son çıxışımdır? Mən uzun illər nazir olmuşam. Milli Məclisin deputatı, YAP-ın qurucularından olmuşam. Bəs mən də ətrafımdakı insanlardan danışmalıyam. Küçə süpürən adamdan danışası deyiləm ki. Siz mənə siyahı verin, kimlərin adını çəkmək olmaz, mən də onların adını çəkməyim (zalda gülüşmə). Guya mən bilmirəm ki, siz nə demək istəyirsiniz?! Mən iki qondarma ittihamla həbs olundum - dövlət çevrilişində və korrupsiyada. Avropa Məhkəməsi mənim günahsız olduğumu sübut etdi. 5 il ərzində sübut elədim ki, nə onu etmişəm, nə də bunu. MTN-də müstəntiq mənə dedi ki, sizin işlə bağlı 5 min adam ifadə verib. Heç biri də mənə pul verdiklərini və yaxud mənim onlardan rüşvət istədiyimi deməyib. Məhkəmədə də 20 nəfərə yaxın adam ifadə verdi. MTN-də onlardan mənim əleyhimə ifadə almaq istəsələr belə ifadə verməmişdilər. Dediyim kimi, həbsimlə bağlı protokol işin içindən itib.

Hakim:

-Biz sizə şərait yaratdıq ki, ifadə verəsiniz. Amma siz bundan istifadə edərək mahiyyətə uyğun olmayan şeylərdən danışırsınız.

Ə.İnsanov:

-Mən sizə söz verirəm ki, qorxduğunuz adamın adını çəkməyəcəyəm (səs kəsildi və zalda gülüş səsləri eşidildi).

Məhkəmədə fasilə elan olundu. Günün ikinci yarısında davam etdirilən məhkəmə prosesi Əli İnsanovun iştirakı olmadan keçirildi. Belə ki, sabiq nazir hüquqlarının pozulması ilə bağlı məhkəməyə etiraz əlaməti olaraq prosesdə iştirak etməkdən imtina etdi.

Məhkəmə prosesi fevralın 25-də saat 11-də davam edəcək.

İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov barəsindəki 11 illik həbs qərarı qüvvədə saxlandı

    Əli İnsanov barəsindəki 11 illik həbs qərarı ...

    25-02-2014, 14:06

  • 
  • Əli İnsanov: "Məni öldürmək istəyirlər"

    Əli İnsanov: "Məni öldürmək istəyirlər" ...

    7-02-2014, 20:49

  • 
  • Əli İnsanov şüşə qəfəsə saldılar və səsini kəsdilər - Şok

    Əli İnsanov şüşə qəfəsə saldılar və səsini ...

    31-01-2014, 13:03

  • 
  • Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

    Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır ...

    17-01-2014, 12:34

  • 
  • Əli İnsanov ikinci məhkəməsində də coşdu- (Yenilənib 3)

    Əli İnsanov ikinci məhkəməsində də coşdu- ...

    31-01-2014, 17:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (378)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu