GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Hakimiyyət İnsanovu əfv ərizəsi ilə buraxmaq istəyir”

“Hakimiyyət İnsanovu əfv ərizəsi ilə buraxmaq istəyir”

Tarix: 1-03-2014, 11:25 Bölmə :Siyasət Baxış: 981
“Hakimiyyət İnsanovu əfv ərizəsi ilə buraxmaq istəyir”
İntiqam Əliyev Avropa Məhkəməsi qərarlarının icrasından danışdı

Bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə proses yekunlaşdı. Qərar verilən anadək işi izləyənlərin böyük əksəriyyət 2005-ci ildə həbs olunan sabiq nazirin azad ediləcəyini düşünürdü. Belə düşünməyə əsas verən isə işə Avropa Məhkəməsinin yenidən baxılmasına qərar verməsi idi.

Bu məhkəmə instansiyası Ə.İnsanovun ədalətsiz məhkəmə hökm və qərarları ilə həbsə alınmasını tanımış, işə yenidən və ədalətlə baxılmasına qərar vermişdi. İşə baxıldı və Ə.İnsanovun 11 illik həbs cəzası qüvvədə qaldı. Bu gün sabiq nazirin həbsindən 9 il 9 ay ötür. Bu cəzanın başa çatmasına isə 1 il 3 ay qalıb. Onun barəsində verilən qərar Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasının hansı səviyyədə olmasını göstərir.
Yaranmış vəziyyətlə bağlı Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış hüquqşünas İntiqam Əliyevin fikirlərini öyrəndik.

İ.Əliyev dedi ki, ölkəmizin 2000-ci ildə ratifikasiya etdiyi Avropa Konvensiyanın 46-cı maddəsinə görə, üzv dövlətlər “Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarlarını icra etmək” öhdəliyini daşıyırlar: “Amma bu başdan onu qeyd edim ki, Avropa Məhkəməsinin nə ədliyyə polisi var, nə də top-tüfəngi. Məhkəmənin qərarının icra edilməyəcəyi təqdirdə təqsirkar dövlətə qarşı hansı məcburetmə tədbirlərinin, sanksiyaların tətbiq ediləcəyi barədə Avropa Şurasının sənədlərində demək olar ki, heç nə deyilmir. Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarları ilə bağlı dövlətdaxili səviyyədə işlərə yenidən baxılmasına və iş üzrə icraatın təzələnməsinə dair üzv dövlətlərə 2000-ci ildə tövsiyələr qəbul edib. Həmin sənədə uyğun olaraq getdikcə daha çox dövlətlər Strasburq Məhkəməsinin qərarı əsasında milli səviyyədə işlərə yenidən baxılması və iş üzrə icraatın təzələnməsi imkanını müəyyən edən xüsusi qanunvericilik aktları qəbul edirlər.

Vəkilin sözlərinə görə, Azərbaycan hökuməti də həmin tövsiyələrə uyğun olaraq Azərbaycan 2004-cü ilin iyununda mülki və cinayət prosessual və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edib: “Belə ki, Mülki Prosessual Məcəlləyə (431-1-ci maddə) və Cinayət Prosessual Məcəlləsinə (455-ci maddəsi) əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər. Bu əsaslardan biri də Avropa Məhkəməsinin ölkə məhkəmələri tərəfindən işlərə baxılarkən Konvensiyanın müddəalarını pozduğunu müəyyən etdiyi hallardır. Azərbaycan bu öhdəliyi real olaraq icra etməmək üçün ”min oyundan" çıxır. Azərbaycan faktiki olaraq Strasburq Məhkəməsinin qurban kimi tanıdığı şəxslərə kompensasiya verməklə işini bitmiş sayır. Həmin qərarların icrasından doğan digər öhdəliklərini - gələcəkdə bu cür pozuntuların baş verməsinin qarşısını alan qanunvericilikdə, onun tətbiqi praktikasında institusional dəyişikliklərlə bağlı hissədə icra etməkdən kateqorik imtina edir.
Əminlik üçün yerli və beynəlxalq təşkilatların hesabatlarına nəzər salnmaq yetərlidir".
“Bəs, ədalətsiz məhkəmə hökmləri, qərarları verən hakimlərə qarşı sanksiyaların tətbiqi nə dərəcədə realdır”sualına vəkil belə cavab verdi:

“Bu gün Avropa Məhkəməsinin qərarlarında vətəndaşların ədalətli məhkəmə araşdırması hüququnu pozan hakimlərin adları çəkilir ki, onlar Məhkəmə-Hüquq Şurasının üzvləridir və vətəndaşın haqqını pozduğuna görə hakimlərin intizam məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edirlər. Həmin hakimlərin arasında Hakimlərin Seçki Komitəsinin üzvləri var ki, imtahanlarda hakimliyə namizədlərə Avropa Məhkəməsinin işgəncələr, birləşmək, ədalətli məhkəmə araşdırması və s. hüquq və azadlıqları ilə bağlı suallar verirlər. O dövrdə Ali Məhkəmənin sədri olan, ”demokratiyanı beşiyində boğmaq lazımdır" deyən, bu gün isə Konstitusiya Məhkəməsində əyləşib ümumi yurisdiksiyalı məhkəmələrin qərarlarının Konstitusiyaya və Avropa Konvensiyasına uyğunluğunu yoxlayan Südabə Həsənova da onların arasındadır.


Bu özbaşınalıqları edən dövlət qurumuna-Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs həm də hakim korpusunu formalaşdıran, hakimləri cəzalandıran, onları vəzifədə irəli çəkən Məhkəmə-Hüquq Şurasının rəhbəridir..."



İ.Əliyevin sözlərinə görə, Əli İnsanovla bağlı məhkəmə qərarı gözlənilən idi: “Digər siyasi işlərdə olduğu kimi, hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməyəcəyi gözlənilirdi. İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təşkilatların təzyiqləri Azərbaycana qarşı keçərli deyil. Azərbaycan hakimiyyəti Avropa Birliyinin, digər beynəlxalq təşkilatların İlqar Məmmədovu, Tofiq Yaqublunu və digər siyasi məhbusların dərhal azadlığa buraxılması barədə qətnaməsini ölkədə iğtişaş yaratmaq istəyən qüvvələrə dəstək kimi qiymətləndirdiyi kimi Avropa Məhkəməsinin qərarlarını Azərbaycan siyasi təzyiq vasitəsi sayır, bundan qıcıqlanır. Çünki öyrəşiblər ki, məhkəmələrə göstəriş yuxarıdan verilsin. Əli İnsanovla bağlı məhkəmədə baş verənlər də həmin o siyasətin tərkib hissəsidir. Hakimiyyət Əli İnsanovu Avropa Məhkəməsinin qərarı əsasında yox, əfv ərizəsi alıb buraxmaq istəyir.

Həm ”dikbaş" sabiq səhiyyə nazirini sındırmaq istəyir, həm topluma təkrar-təkrar mesaj verir ki, mən Avropa Şurasını, onun Nazirlər Komitəsini və ya sizlərin güvəndiyiniz Avropa Məhkəməsinin qərarlarına tabe deyiləm. Bu işlə bağlı məhkəmə zalında baş verən özbaşınalıqlar, əslində, həmin qurumlara, topluma, sabiq səhiyyə nazirinin özünə mesaj idi. Amma Əli İnsanov da möhkəm dayanıb. Hər iki tərəf üçün asan olmayacaq. Azərbaycan hakimiyyəti Rusiya hökuməti kimi Avropa Məhkəməsinin qərarlarını icra etməkdən imtina edən ölkələrə aid edilir və onunla bağlı müzakirələr son dövrlərdə daha intensivləşib.

Yeri gəlmişkən, bu yaxınlarda Avropa Şurası Nazirlər Komitəsində ifadə azadlığı və 2005-ci ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinin qərarlarının icrası durumu ilə bağlı məsələ müzakirə olunacaq".

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ali Məhkəmə Əli İnsanovun işi ilə bağlı qərar qəbul etdi

    Ali Məhkəmə Əli İnsanovun işi ilə bağlı qərar ...

    9-06-2016, 19:59

  • 
  • Əli İnsanov barəsindəki 11 illik həbs qərarı qüvvədə saxlandı

    Əli İnsanov barəsindəki 11 illik həbs qərarı ...

    25-02-2014, 14:06

  • 
  • Hökuməti Əli İnsanov haqda qərarla razılaşır?

    Hökuməti Əli İnsanov haqda qərarla razılaşır? ...

    8-05-2013, 12:34

  • 
  • Əli İnsanova yenidən cinayət işi açılır? - Vəkilin açıqlaması

    Əli İnsanova yenidən cinayət işi açılır? - ...

    7-06-2016, 23:28

  • 
  • Əli İnsanovun işinə yenidən baxılacaq

    Əli İnsanovun işinə yenidən baxılacaq ...

    7-01-2014, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu