GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Hakimiyyətin sirli seçki propaqandası

Hakimiyyətin sirli seçki propaqandası

Tarix: 30-04-2014, 09:54 Bölmə :Siyasət Baxış: 734
Hakimiyyətin sirli seçki propaqandası
Seçkidə iştirak vətəndaş iradəsinin azad ifadəsidir. Dünyanın ən avtoritar
ölkələrində belə vətəndaş iradəsi məhz seçki qutusunun qarşısında zora
məruz qalmır. Proses yalnız qutuya qədər baş verir. Azərbaycanda da belədir


2014-cü il də Azərbaycanda seçki ilidir. İlin sonuna yaxın ölkə vətəndaşı yerli özünüidarəetmə orqanlarını – bələdiyyələrini seçməlidir. Günümüzdən nəzər saldıqda seçki günü ilə vətəndaş arasındakı zaman təxminən altı ay civarındadır. Dünyanın demokratik ölkələrində siyasi kəsim məhz bu zamandan etibarən vətəndaşla kontaktlar yaradılması istiqamətində işləmlərə başlayır. Bu tip ölkələrdə vətəndaş məhz özünə xidmət edəcək şəxslərin üzərində seçim edir. Çünki yalnız bələdiyyələr seçilənlə seçən arasındakı gündəlik kontakt deməkdir. Azərbaycanda isə fərqlidir. Bu məmləkətdə seçicinin maraqlanmadığı bir çox nüanslardan biri də seçkidir. Çünki seçici seçkini öz taleyi hesab etmir. Avropada formalaşdırılan bələdiyyələrin idarə edilməsinin əsas prinsipləri demokratiya və özünütəyinetmə ideyaları ilə sıx bağlıdır.
Bələdiyyələr Almaniyada yerli səviyyədə demokratik dövlət quruluşunun atributu sayılır. Ümumiyyətlə, Avropada bələdiyyələr dövlətin idarəetmə mexanizmi ilə inteqrasiya olunub. Belçikada bələdiyyələr inzibati idarəetmənin ilkin mərhələsi hesab olunur. Səsvermədə yerli əhali ilə yanaşı, uzun müddət bələdiyyənin inzibati ərazisində yaşayanlar da maneəsiz şəkildə iştirak edə bilərlər. Fransada nazir və deputatların böyük əksəriyyəti siyasi fəaliyyətə yerli orqanlardan başlayıblar. Avropada yerli icma tərəfindən icra oluna biləcək bütün məsələlərin həlli bələdiyyələrin üzərinə düşür. Çünki bələdiyyələr dövlət quruluşunun əsasını təşkil edirlər. İsveçrə qanunvericiliyinə əsasən isə hər bir şəxs ölkə vətəndaşlığını qəbul etməmişdən əvvəl icma vətəndaşlığını qəbul etməlidir. Qanunvericilikdə nəzərdə tutulan bu məqam icmanın hansı statusa malik olduğundan xəbər verir. Böyük Britaniyada yerli özünüidarəetmə sistemi əsasən vergi yığımı, şəhər və kənd torpaqlarının idarə olunması, müəssisələr, mənzil tikintisi, yerli yollar, dayanacaqlar, reklam və səhiyyə məsələlərinin həlli ilə məşğul olurlar. Bununla yanaşı qanunvericilikdə sosial təminat, tullantıların təkrar emalı və əhaliyə dəfn xidmətlərinin göstərilməsi də məhz bu qurumlara həvalə edilib. Torpaqların bölünməsi, mədənlər, turizm xidmətləri, piyada keçidləri, avtobus dayanacaqları, istirahət yerlərinin idarə olunması məhəllə və icmaların səlahiyyətləri çərçivəsindədir. Britaniya qanunvericiliyindəki şəffaflıq hər bir seçiciyə bu qurumlardan istənilən informasiyanı almağa imkan verir. Şuraların iclaslarında seçicilərlə bərabər mətbuat nümayəndələri də iştirak edirlər. Bəs yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycandakı fərqlər nədən ibarətdir? Azərbaycanda bu sahədə insanlar əsasən rüşvət verə biləcəklərini seçirlər. Daha doğrusu, seçilməsinə sadəcə göz yumurlar. Yerli hakimiyyət əhalinin seçkiyə yanaşma tərzini əla bildiyi üçün bu prinsipi pozacaq ən kiçik müdaxilədə belə bulunmur. Müdaxilə vətəndaşa xidməti prioritet olaraq qəbul edən şəxsin qeydiyyata alınmasında olur.
Nə qədər ağır olsa da deməliyik – Azərbaycan seçicisi imzasından imtina edəcək qədər kiçilib, cılızlaşıb. Ortaya iradə qoyanlara məlum və məşhur üçlük – yerli icra nümayəndəsi, sahə müvəkkili, bələdiyyə sədri tərəfindən primitiv təzyiqlərin olunması faktları var və mümkündür. Amma bu məsələnin yolu sözdən o tərəfə sadəcə bağlıdır. Xofu, illüziyaları yaradan yenə də iradəsiz seçicinin özüdür. Hakimiyyət bilərəkdən bu sistemin – bələdiyyələrin yarıtmaz, yaramaz obrazını yaradıb. Azərbaycan seçicisi üçün bələdiyyə sadəcə torpaq satan qurum anlamındadır. Əslində isə Azərbaycanda bələdiyyələrlə bağlı qəbul edilən qanunlar demokratik ölkələrin bu yönümlü qanunlarından kiçik istisnalarla fərqlənir. Mahiyyət isə eynidir. Xalqa xidmət. Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Konstitusiya ilə yanaşı yerli özünüidarəni birbaşa tənzimləyən “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunları da göstərmək olar. 2001-ci ilin dekabr ayının 25-də
Avropada yerli özünüidarəyə dair mühüm hüquqi sənəd olan “Yerli özünüidarə haqqında” Avropa Xartiyası Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmişdir. Yerli özünüidarədə real və mükəmməl büdcənin mövcudluğu bələdiyyələrin iqtisadi müstəqilliyini artıraraq, təsərrüfat fəaliyyətini aktivləşdirir və müvafiq inzibati ərazi daxilində iqtisadi potensialı gücləndirməyə, maliyyə resurslarını müəyyənləşdirərək səmərəli istifadəsini və infrastruktur sahələrin inkişafını təmin etməyə imkan verir. Son nəticədə isə bələdiyyə ərazisində yaşayan əhalinin sosial-mədəni tələbatının hərtərəfli təminatına böyük imkanlar açılmalıdır. Amma hakimiyyət yazdıqlarını və qəbul etdiklərini icra etməkdə qətiyyən maraqlı deyil. Çünki Azərbaycan cəmiyyəti azad vətəndaş qıtlığı böhranını yaşayır.
Hacıbakir HƏSƏNBƏYLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2013- daha bir seçki ili

    2013- daha bir seçki ili ...

    8-01-2013, 10:09

  • 
  • Helsinki Komissiyası: Azərbaycan iqtidarı qeyri-demokratik seçki keçirib

    Helsinki Komissiyası: Azərbaycan iqtidarı ...

    11-10-2013, 12:40

  • 
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27

  • 
  • “Freedom House” təşkilatının prezidenti hakimiyyəti tənqid etdi

    “Freedom House” təşkilatının prezidenti ...

    5-12-2013, 21:40

  • 
  • Prezidentlər və seçki faizləri: kimlər neçə faiz səslə seçilib?

    Prezidentlər və seçki faizləri: kimlər neçə faiz ...

    21-10-2013, 16:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (91)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu