GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Səlim Müslümov iş adamlarının qənimini himayə edir

Səlim Müslümov iş adamlarının qənimini himayə edir

Tarix: 15-05-2014, 10:03 Bölmə :Siyasət Baxış: 0
Səlim Müslümov iş adamlarının qənimini himayə edir
Şəmsəddin Hacıyevin bacıoğlu fiaskosu

Bir müddət əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğundan uzaqlaşdırılan millət vəkili, Şəmsəddin Hacıyevin «vurulması»nın əsl səbəbləri ortaya çıxıb. Əslində rektorun tutduğu vəzifədən azad edilməsinin səbəbi onun yaxın qohumları, ailə üzvləri ilə bağlı olaraq narazılıqların pik həddə çatması olub. «Gündəm xəbər»in redaksiyasına daxil olan məlumatlara əsasən, rektoru işdən həm də bacısı oğluna görə çıxarıblar. Hələlik kiçik bir xatırlatma edək ki, rektor postundan uzaqlaşdırıldıqdan sonra Şəmsəddin Hacıyevin qızı və qudası da işdən kənarlaşdırıldı. Aprelin 29-da Dövlət İqtisad Universitetinin yeni rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmi xanımı da işdən uzaqlaşdırdı.
Lakin rektorun «vurulması»na əsl səbəb olan bacısı oğlu Sosial Müdafiə Nazirliyinin Balakən şöbəsinin müdiri Elxan Rəhimovun iş adamlarını aldadaraq onların külli miqdarda pulunu mənimsəməsi səbəb olub. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Ucar rayon Lək kəndinin sakini, iş adamı Əhədov İlham Əliyar oğlunun şikayəti artıq hüquq mühafizə orqanları tərəfindən də nəzarətə götürülüb. Daxil olan informasiyaya əsasən, Elxan Rəhimov iş adamına 188 min manat borcu var və indiyə qədər müxtəlif bəhanələr gətirərək həmin borcu qaytarmır.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, E.Rəhimov əslində 188 min manatı iş adamından Azərbaycana araq gətirmək üçün alıbmış.
Şikayətçinin yazdıqlarını olduğu kimi təqdim edirik. İş adamı yazır ki, o, 1995-ci ildə Rusiyanın Kalininqrad şəhərində "Ankora" şirkətinin direktoru vəzifəsində çalışıb. Sözü gedən şirkət ərzaq məhsullarının topdan satışı ilə məşğul olub. İlham Əhədov Moskvada işgüzar səfərdə olarkən Şəmsəddin Hacıyevin baçısı uşaqları Əli və Elxan Rəhimovlarla rastlaşıb. Az sonra deputatın bacısı uşaqları İlham Əhədova biznesini daha da genişləndirməyi təklifi ediblər. Təklif olunan biznes o zaman Moskvada sığınacaq tapmış keçmiş prezident Ayaz Mütəllibova məxsus Lyubers şəhərindəki "Almaz" Şərab Zavodunun spirtli içkilərinin satışını təşkil etməkdən ibarət olub. Əvəzində isə qardaşlar İlham Əhədovla şirə barteri ediblər: "Mən bu iki qardaşa Əli və Elxan Rəhimovlara inanıb 188 min manat dəyərində Polşadan bütün gömrük və nəqliyyat xərclərini çəkərək 7 adda litr yarımlıq meyvə şirələri Moskvaya göndərdim. Yaşadığım Kalininqrad şəhərində isə spirtli içkilərin topdan satışı üçün 40 milyon rubul ödəməli oldum. Barter müqaviləsinə görə, mənə Əli və Elxan Rəhimovlar 75 min şüşə spirtli içki göndərməli idiliər. Lakin bu baş vermədi. Sonradan mənə məlum oldu ki, Əli və Elxan Rəhimovların külli miqdarda borcları olduğuna görə, mənim göndərdiyim 188 min manat dəyərində olan şirə içkilərini dəyər-dəyməzinə borclu olduqları şəxlərə verib Bakıya qaçıblar. Bundan sonra mənim Kalininqradda ciddi problemlərim baş qaldırdı. 1995-ci ildən 2004-cü ilə qədər mənə qardaşların "atdıqları" külli miqdarda pullu qaytarmaq üçün işləyib borc qaytarmalı oldum. Çünki həmin pulları qaytara bilmədiyim üçün bu müddət ərzində Azərbaycana gələ bilmirdim. 2004-cü ildə Azərbaycana qayıtdım. Bakıda Elxan Rəhimovla görüşdüm və ondan pulumu geri tələb etdim. O isə mənə söz verdi ki, pulumu hissə-hissə düzəldib valideyinlərimə çatdıracaq. Yenidən işimlə ələqədar Kalininqrada qayıtmalı oldum. Amma Əli və Elxan Rəhimovlar pulumu ödəməkədən yenə də boyun qaçırdılar. Yenidən məcbur olub 2009-cu ildə Bakıya gəldim. Elxanla görüşüb sonuncu dəfə pulumu ondan tələb edəndə o mənə bildirdi ki, 100 min dollar verib Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində direktor vəzifəsinə təyin olunub və bir az səbirli olub pulumu qaytaracağına yenidən söz verib cəmi mənə 5500 manat pul verdi. Lakin bu söhbətin üstündən uzun müddət keçməsinə baxmayaraq, Elxan Rəhimov pulumu verməkdən boyun qaçırır. İndi isə o, mənə müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırır. Mənə deyir ki, Dövlət Sosial Müdafə Fondunun sədri Səlim Müslümovun bu yaxınlarda evində olub və Səlim Müslümov da Elxan Rəhimova güya söz verib ki, prezident seçkisindən sonra onu icra başçısı edəcək. Elxan Rəhimov icra başçısı təyin olunduqdan sonra isə mənim pullarımı artıqlaması ilə qaytaracaq. Lakin mən bu bəhanələrə inanmayıb bir müddət sonra Elxanla telefon əlaqəsi yaradıb pulumu tələb etdim. O isə mənə bildirdi ki, sənin MMC var. Məni Şamaxının icra başçısı Asif müəllimə tapşıracaq. Orda təmir-tikinti, abadlıq işləri aparıb iştirak etsəm külli miqdarda pul qazana bilərəm. Bunun da bir bəhanə olduğunu anlayıb Elxana bildirdim ki, səndən müvafiq instansiyalara şikayət edəcəm. Elxan Rəhimovun isə cavabı mənə belə oldu ki, mən də istənilən yerə şikayət edə bilərəm. Onsuz da ona gözün-üstə qaşın var deyən olmayacaq. Çünki onun rəhbərlik etdiyi qurum hər ay Heydər Əliyev Fonduna külli miqdarda pul ödəyir. Elə bu baxımdan da Elxan Rəhimova kimsə söz deməyə cürət edə bilməz və onun Şəmsəddin Hacıyev kimi dayısı var. Amma bunlara baxmayaraq Elxan Rəhimovun bu cür cəfəng və uydurma fikirlərinə inanmıram. Bu səbəbdən də mənə külli miqdarda ziyan vurmuş Elxan Rəhimov barəsində Prezident İlham Əliyedən, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadan, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevdən, Daxili İşlər naziri Ramil Usubovdan, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan, Baş prokuror Zakir Qaralovdan ölçü götürülməsini xahiş edirəm".
İndi isə qaydaq Elxan Rəhimova. Səlim Müslümovun bu kadrı artıq Şəmsəddin Hacıyev kimi dayısının imkanlarından yararlana bilmir. Çünki dayısı ən yaxın ailə üzvlərini belə vəzifədə saxlayacaq imkanlarda deyil. Bununla belə bir rayonun idarə rəisinin barəsində apardığımız araşdırma zamanı olduqca ilginc informasiyalarla rastlaşdıq. Bəlli oldu ki, əslində Şəmsəddin Hacıyevin bacısı oğlu olan Elxan Rəhimov sən demə Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovla da əlaqələr yarada bilibmiş. Və bəlli olub ki, Elnur Aslanovun məlum nurçu olaylarından sonra işindən uzaqlaşdırılmasından sonra Şəmsəddin Hacıyevin də Balakəndəki bəzi müəmmalı fəaliyyəti ilə bağlı ortaya müdhiş faktlar çıxıb. Hələlik bir sıra dəqiqləşmələr aparırıq. Bununla belə sabiq rektor, deputat Şəmsəddin Hacıyev artıq bacısı oğlunu qorumaq fikirində deyil. O, hətta bu mövzu ilə bağlı müraciət edən jurnalistlərə «mən artıq onun əlindən bezmişəm, onunla bağlı suallarınıza da cavab vermək istəmirəm» deyə cavab verir. Elxan Rəhimov özü isə dayısının işdən çıxarılmasına, Elnur Aslanovun nurçularla bağlı «vurulmasına» baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yüksək post tutacağını iddia edir. O, ətrafındakı adamlara deyir ki, yaxın günlərdə Səlim Müslümov onu nazirlikdə yüksək vəzifəyə təyin edəcək. Hər halda Səlim Müslümovun bunu edib-etməyəcəyi məlum deyil. Amma Elxan Rəhimov bu günə qədər mətbuatda Şəmsəddin Hacıyevə, Elnur Aslanova güvənərək kifayət qədər zaman qazanıb.
Xatırladaq ki, Elnur Aslanov əslən Balakən rayonundandır. Bununla belə ortada olan əsas məqamlardan biri də ondan ibarətdir ki, Balakəndəki mühim faktlarla bağlı olaraq hələlik araşdırmalarımızı təqdim etmirik.
Eyni zamanda Elxan Rəhimovu, həmçinin də Şəmsəddin Hacıyevi dinləməyə hazırıq.
RÜFƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş rektor Şəmsəddin Hacıyevin başı dərddə

    Keçmiş rektor Şəmsəddin Hacıyevin başı dərddə ...

    22-05-2017, 13:37

  • 
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu