GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Əli Gülalıyevə qarşı elan olunan ittiham siyasi maraqlardan və qərəzdən doğur”

“Əli Gülalıyevə qarşı elan olunan ittiham siyasi maraqlardan və qərəzdən doğur”

Tarix: 26-09-2014, 08:20 Bölmə :Siyasət Baxış: 804
“Əli Gülalıyevə qarşı elan olunan ittiham siyasi maraqlardan və qərəzdən doğur”

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təqsirləndirilən Gülalıyev Əlgüşad Oqtay oğlu ilə bağlı 23 sentyabr 2014- cü ildə Xətai rayon məhkəməsində keçirilən məhkəmə prosesində müdafiə tərəfi cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair vəsatətlə çıxış edib. Xatırladaq ki, yetkinlik yaşına çatmayan Əli Gülalıyev tanınmış hüquq müdafiəçisi, Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğludur. Haqqında bəhs edilən cinayət işinin açılmasında siyasi çalarların olması, konkret olaraq olayın arxasında Ə. Gülalıyevin atası Oqtay Gülalıyevin ictimia- siyasi fəaliyyətlə məşğul olması cinayət işinin sifarişli olmasından xəbər verir.
Məhkəmə prosesinin ölkənin ictimai- siyasi gündəmində olduğunu nəzərə vəsatəti olduğu kimi təqdim edirik.
Məhkəmədə vəsatəti təqdim edən Oqtay Gülalıyev bildirib ki,qanuni nümayəndəsi olduğum Gülalıyev Əlgüşad Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi (xuliqanlıq) ilə təqsirləndirilir.
Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlər Şöbəsinin XMİÜ baş müstəntiqi polis polkovnik leytinantı Vüqar İsmayılov tərəfindən Gülalıyev Əlgüşad Oqtay oğluna yuxarıda qeyd olunan maddə üzrə 30 iyul 2014- cü il tarixdə ittiham elan olunmuş, onun haqqında təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar elan olunub, polis nəzarətinə verilib.
Aşağıdakılara əsasən hesab edirəm ki, cinayət təqibi üzrə icraata məhkəmə tərəfindən bəraətverici əsaslarla xitam verilməlidir.
Əvvalə qeyd edim ki, təqsirləndirilən şəxs Gülalıyev Əlgüşad Oqtay oğluna qarşı irəli sürülən ittiham qanunvericiliyin tələblərinə zidd olaraq hadisənin baş verdiyi iddia olunan 20 sentyabr 2013- cü il tarixdən təxminən 11 ay sonra elan olunub. Bu faktın özü cinayət işi ilə bağlı ittihamın irəli sürülməsində müəyyən məqsədlərin olmasına dair əsaslara və bir sıra suallara yol açır.
Digər tərəfdən zərərçəkmiş şəxs hesab edilən, Xətai rayonu NZS qəsəbəsi 165 saylı məktəbin 9- cu sinifində oxuyan Bayram Sultanlı Elxan oğlunun Gülalıyev Əlgüşad Oqtay oğlu tərəfindən döyüldüyü iddia olunan, hətta bu iddia gerçək olduğu halda belə ən pis halda iki məktəblinin dalaşması kimi xarakterizə oluna bilən hadisənin araşdırmasını adı çəkilən məktəbin təlim- tərbiyə şurasından tutmuş ərazi üzrə sahə müvəkili, 37- ci polis bölməsi deyil, birbaşa Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlər Şöbəsinin araşdırması təəccüb doğurmaqla yanaşı şübhəli məqamlardan və maraqlardan xəbər verir.
Yuxarıda qeyd olunan hər iki məqam göstərir ki, Gülalıyev Əlgüşad Oqtay oğluna qarşı elan olunan ittiham obyektiv və ədalətli deyil, müəyyən siyasi maraqlardan və qərəzdən doğur.
Cinayət təqibi üzrə materiallarla tanış olarkən məlum oldu ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlər Şöbəsinin XMİÜ baş müstəntiqi polis polkovnik leytinantı Vüqar İsmayılovun təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 iyul 2014- cü il tarixli qəbul etdiyi qərarda göstərilir ki, Gülalıyev Əlgüşad Oqtay oğlu 20 sentyabr 2013- cü il tarixdə saat 12:10 radələrində ictimai yerdə, yəni Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi ərazisində yerləşən 165 saylı orta məktəbin 3- cü mərtəbəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edib əl zərbələri ilə Soltanlı Bayram Elxan oğlunu vuraraq ona sağ gözətrafı nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir.
Qərarda daha sonra qeyd olunur ki, Gülalıyev Əlgüşad Oqtay oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə kifayət qədər sübutlar olmasını nəzərə alaraq ona qarşı Azərbaycan Respublikası CM- nin 221.1- ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilsin.
Müdafiə tərəfi iş materialları ilə tanış olaraq bu qərara gəlir ki, Gülalıyev Əlgüşad Oqtay oğluna qarşı irəli sürülən ittiham absurddur və qərəzlidir.
Belə ki, iş materiallarında qeyd olunduğu kimi Gülalıyev Əlgüşad Oqtay oğlunun özü 22 sentyabr 2013- cü il tarixdə Xətai rayonu NZS qəsəbəsində naməlum şəxslərin hücumuna məruz qalaraq əvvəl döyülmüş, daha sonra isə bıçaqlanaraq ağır bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Xətai rayon 37- ci polis bölməsinə, DİN- in 102 qaynar xəttinə müraciət olunduqdan və həmin ərəfədə keçirilən prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənlinin İctimai Televiziyanın canlı yayımında cinayətkarların tapılıb cəzalandırılması tələbi ictimailəşdikdən sonra hadisəni törədən şəxslər haqqında əməliyyat axtarış tədbirləri həyata keçirilməyə başlanmışdı. Daxili İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində qəbul edilən müvafiq qərardan sonra hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Hətta bu versiyalardan birini gerçəklik kimi təqdim edən DİN Mətbuat Xidmətinin 25 sentyabr 2013- cü ildə yaydığı açıqlamada qurumun şöbə rəisi Orxan Mansurzadəyə istinadən qeyd olunub ki, "sentyabarın 20- də Əlgüşad Gülalıyev öz sinif yoldaşı Bayram Sultanlını döyüb və ona göz nahiyəsindən xəsarət yetirib. Bayram Sultanlıya yaxın şəxslər də Əli Gülalıyevlə bu məsələ ətrafında mübahisə ediblər. Nəticədə onlardan biri Əlini döyərək ona yüngül dərəcədə xəsarət ediblər ( bura bax; http://www.mediaforum.az/az/2013/09/25/%C6%8Fli-G%C3%BClal%C4%B1yev%C9%99-x%C9%99sar%C9%99t-niy%C9%99-yetirilib-Atas%C4%B1n%C4%B1n-015642012c00.html#.U-ItOvl_u8E)”

26 sentyabr 2013- cü ildə ev sahibləri evdə olmadığı təqdirdə Xətai rayon Polis İdarəsinin əməkdaşları evə daxil olaraq Əlgüşad Gülalıyevdən onun Bayram və Rüstəm adlı şəxslər tərəfindən döyülüb bıçaqlanmasına dair ondan zorla etiraf edici ifadələr almağa çalışmışdılar. Hər iki hadisə onu göstərir ki, 22 sentyabr 2013- cü ildə Əlgüşad Gülalıyevin döyülərək bıçaqlanması ilə bağlı baş vermiş hadisəsinin üstünün açılmasına hüquq- mühafizə orqanları, xüsusən Xətai RPİ əməkdaşları qeyri- peşəkar, qərəzli və yanlış istiqamətdə yanaşmışdılar. Çünki DİN Mətbuat Xidmətinin yaydığı açıqlamada deyilənlərdən fərqli olaraq istintaqın sonrakı gedişində məlum oldu ki, Əlgüşad Gülalıyevi 22 sentyabr 2013- cü ildə döyüb bıçaqlayanlar Bayram Sultanlı və onun qohumları deyil, Rəşad Şirinov və onun dostlarıdır. Təəssüflə qeyd etmək lazımdır ki, məhz bu qeyri- dəqiq yanaşmanın nəticəsi olaraq istintaq Əlgüşad Gülalıyevin bıçaqlanması məsələsində Bayram Sultanlının döyülməsi faktorunu sonadək qüvvədə saxladı. Bu faktor Əlgüşad Gülalıyevin bıçaqlanması məsələsini arxa planda saxlamaq və onun zərərçəkmiş statusunu təqsirləndirilən şəxsə çevirmək məqsədi daşımışdır. Şübhəsiz ki, zərərçəkmişin döyülüb bıçaqlanması ilə bağlı aidiyyatı orqanlara müraciət edilməsəydi və məsələ ictimai əhəmiyyət qazanmasaydı Bayram Sultanlının "döyülməsi” faktı gündəmə gəlməyəcəkdi. Buna misal kimi aşağıdakı suala cavab axtarmaq yetərlidir. Nəyə görə Bayram Sültanlının 20 sentyabr 2013- cü ildə "döyülməsi” ilə bağlı hüquq- mühafizə orqanlarına "hadisə”-dən 4 gün sonra, Əlgüşad Gülalıyev döyülüb bıçaqlanandan dərhal sonra "müraciət edilir”?
İş materialları ilə tanış olarkən məlum oldu ki, Bayram Sültanlının döyülməsi ilə bağlı əksər "şahidlər” öz ifadələrində hadisənin baş verməsini öz gözləri il görməyiblər, yalnız bu barədə kimdənsə "eşitdiklərini” bildiriblər. Məsələn, iş materiallarının 35- ci səhifəsində Əliquliyev Ceyhun Elqam oğlu, səhifə 37- də Qədirli Natiq Afiq oğlu, səhifə 39- da Mehrəliyev Elnur Arif oğlu və digərləri öz izahatlarında qeyd edirlər ki, onlar bu hadisə barədə yalnız eşidiblər və eşitdiklərini bildirirlər. Hadisəni görməyiblər və hadisə barədə məlumatsızdırlar.İstintaqın hadisəni görməyənlərə bu qədər geniş yer verib onların fikirlərini iş materiallarına əlavə etmək problemə qeyri- peşakar və qərəzli yanaşmanın göstəricisidir.
Hadisənin "şahidi” olanlar isə Bayram Sultanlının döyülməsi ilə bağlı öz ifadələrində hadisənin baş vermə faktını "zərərçəkmiş”- in öz izahatında qeyd etdiyi kimi saat 11 radələrində deyil, saat 12: 10 dəqiqədə baş verdiyini bildiriblər. Maraqlıdır ki, hadisənin bütün "şahidləri” olayın saat 12: 10 dəqiqədə baş verdiyini bildirir və bütün izahatların hamısı eyni ssenari ilə yazılmaqla demək olar ki, tam oxşardır. Bu faktın özü onu göstərir ki, məhdud fəaliyyət qabiliyyəti olan, yetkinlik yaşına çatmayan orta məktəb şagirdlərindən götürülmüş izahatlar öncədən onları təlimatlandırılaraq müəyyən bəlli bir istiqamətə yönəldilib və ya hazır izahatlara onlara qol çəkdirilib. Məqsəd isə nəyin bahasına olursa olsun Bayram Sultanlının Əlgüşad Gülalıyev tərəfindən döyülməsinə hüquqi don geyindirmək olub.
Maraqlıdır ki, iş materiallarının 43- cü səhifəsində Xətai RPİ- nin İŞ- nin müstəntiqi polis baş leytinantı Həsənəliyev Məmmədşah B. Sultanlının "döyülmə” saatını 11: 48 göstərmişdir. Bu faktın özü də "şahidlərin” verdikləri izahatlarla bağlı yuxarıda deyilənlərə sübut ola bilər.
Təəssüflə qeyd etmək lazımdır ki, istintaq yalnız "zərərçəkə”nin və istintaqın maraqlarına uyğun tərəflərin ifadələrini alıb, müdafiə tərəfinin təqdim etdiyi şahidləri dinləməyib.
Hər hansı bir hadisənin baş vermə vəziyyətini göstərən əsaslı vasitələrdən biri şübhəsiz ki hadisə məkanına yaxın ərazidə quraşdırılmış müasir video kameralardır. Maraqlıdır ki, hadisə baş verdiyi iddia olunan saatda NZS qəsəbəsi 165 saylı orta məktəbin 3 mərtəbəsində dəhlizin yuxarı hissəsində quraşdırılmış video kamerada olan görüntülər Bayram Sultanlının Əlgüşad Gülalıyev tərəfindən döyüldüyünü təsdiqləmir və ya bu barədə hər hansı görüntü yoxdur. İş materiallarına əlavə olunmuş həmin məlum video görüntü də B. Sultanlının Əlgüşad Gülalıyev tərəfindən döyülməsinə dair hər hansı məqam yoxdur. Bununla bağlı iş materiallarının 43- cü səhifəsində video görüntüyə baxış keçirilməsi barədə Xətai RPİ- nin İŞ- nin müstəntiqi polis baş leytinantı Həsənəliyev Məmmədşahın tərtib etdiyi protokolda da qeyd olunur ki, koridorun sonunda bir neçə şəxs bir yerə toplaşıb mübahisə etsələr də onların şəxsiyyətini və üzlərini müəyyən edə bilməyib. Müdafiə tərəfi işin ilkin istintaqını aparan Xətai RPİ- nin İŞ- nin müstəntiqi polis baş leytinantı Həsənəliyev Məmmədşahla birgə video görüntüyə baxış keçirərkən hadisə zamanı olay yerində Əlgüşad Gülalıyevin olduğuna dair hər hansı görüntü, məqam aşkar olunmadı. Baxmayaraq ki, video kamera hadisənin baş verdiyi iddia olunan məkanı və şəxsləri tam əhatə edir.
Bayram Sültanlı ilə Əlgüşad Gülalıyevin üzləşdirmə epizodunda müstəntiqin B. Sultanlıya Əlgüşad Gülalıyevi göstərərək "Qarşınızda oturan şəxsi tanıyırsınızmı?” sualına çiyinlərini çəkərək öncə, "yox, tanımıram” deməsi, sonradan kənar müdaxilədən sonra "tanış gəlir” deməsi də Əlgüşad Gülalıyevin Bayram Sultanlını döymədiyini və ümumiyyətlə sonuncunun onu tanımadığını və xatırlamadığını bir daha ortaya qoyur. Təəssüf ki, bu qeydlər üzləşdirmə protokolunda olduğu kimi əks olunmayıb.
Bayram Sültanlı ilə Əlgüşad Gülalıyevin üzləşdirmə epizodunda məlum oldu ki, iddiaçı tərəf Bayram Sultanlı idmanın qaydasız döyüş növü ilə məşğuldur, Rusiyada yarışlarda iştirak edib və fərqlənib. O eyni zamanda yaşca Əlgüşad Gülalıyevdən böyük, bədəncə ondan cüssəlidir. Belə olan halda sual oluna bilər. Idmanın heç bir növü ilə məşğul olmayan, yaşca və bədəncə B. Sultanlıdan kiçik olan Ə. Gülalıyev 4- 5 dəqiqə onu necə döyə bilərdi?

Beləliklə:
Müdafiə tərəfi hesab edir ki, Gülalıyev Əlgüşad Oqtay oğlunun əməlində cinayət tərkibi olmadıından, həmçinin hər hansı cinayətin törədilməsində iştirakı olmadığından və ya təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməli, onun yerli və beynəlxalq müqavilələrlər təminat verilən təməl hüquqlarının (azadlıq, toxunulmazlıq, təqsirsizlik prezumsiyası hüququ, mənzil toxunulmazlığı və s.) qorunmalıdır.

Tələbin hüquqi əsasları
Azərbaycan Respublikasının da yurisdiksiyasında olduğu kimi İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 7- ci maddəsində qanunsuz cəzalandırmamaq, həmin Konvensiyanın 5- ci maddəsində isə Azadlıq və Toxunulmazlıq hüququ nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39- cu maddəsində cinayət təqibini istisna edən hallar nəzərdə tutulmuşdur.
Həmin maddənin 39.1.2- ci (əməldə cinayət təqibi olmadıqda) və 39.2 (Hər hansı şəxs barəsində başlanmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir) maddələrinə əsasən cinayət təqibi başlanıla bilməz, başlanılan cinayət təqibinə isə xitam verilməlidir.

Azərbaycan Respublikası CPM- in 10.1- ci maddəsində deyilir ki, Məhkəmələr və cinayət prosesinin iştirakçları Azərbaycan Respublikası Konistitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəlarına ciddi əməl etməlidir.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM- in 39.1.2, 39.2 və 41.1- ci maddələrini əsas tutaraq

Xahiş edirəm:

·Gülalıyev Əlgüşad Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə əməldə cinayət tərkibi olmadığına (CM- nin 39.1.2-ci maddəsi) və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə (CM- nin 39.2- ci maddəsi) görə bəraətverici əsaslarla xitam verilsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

    Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı ...

    1-08-2014, 00:53

  • 
  • Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi üzrə məhkəmə başlayıb

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlunun işi ...

    24-09-2014, 10:54

  • 
  • “Məni atamın siyasi fəaliyyətinə görə ittiham edirlər”

    “Məni atamın siyasi fəaliyyətinə görə ittiham ...

    12-01-2016, 13:56

  • 
  • Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı polisinə çağırılıb

    Oqtay Gülalıyev övladları ilə birlikdə Bakı ...

    13-11-2014, 22:14

  • 
  • Oqtay Gülalıyevin evinə basqın oldu: oğlunu döydülər

    Oqtay Gülalıyevin evinə basqın oldu: oğlunu ...

    26-09-2013, 14:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu