GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Azəriqaz”ın üç əməkdaşı cəzalandırıldı

“Azəriqaz”ın üç əməkdaşı cəzalandırıldı

Tarix: 14-06-2016, 19:08 Bölmə :Siyasət Baxış: 0
“Azəriqaz”ın üç əməkdaşı cəzalandırıldı

Məhkəmə ölümlə nəticələnən yanğınla bağlı “Azəriqaz”ı 2800 manat cərimələdi

Təhlükəsizlik qaydalarını pozmaqda təqsirli bilinən Tovuz rayon sakinləri – İsmayıl İsmayılov, Bayram Tağıyev və Ələddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İsmayıl İsmayılov 15 mart 2013-cü il tarixdən 09 aprel 2015- ci il tarixədək Tovuz Qaz İstismar Sahəsinin qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətində növbə rəisi vəzifəsində işləyib. Onun üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olub. Amma İsmayıl İsmayılov yanğın təhlükəsizliyini təmin etməyib.

15 dekabr 2014-cü il tarixdə, saat 19.00-da Tovuz rayonun Abulbəyli kəndinin Y.Sadıqov küçəsində qaz iyi gəlməsi barədə Tovuz Qaz İstismarı Sahəsinin qəza-dispetçer xidmətinə daxil olub. Məlumat əsasında İsmayıl İsmayılov bərpaçı-çilingər Ələddin Məmmədov ilə birlikdə saat 19.30 radələrində qeyd olunan ünvana gəlib.

Orada kəskin qaz iyi hiss edilməsinə baxmayaraq, İsmayıl İsmayılov Tovuz Qaz İstismarı Sahəsinin balansında və istismarında olan, Y.Sadıqov küçəsindən keçən 57 mm diametrli yeganə qaz kəmərinin qaydalara uyğun yoxlanılmasını təşkil etməyib və onun yerin altına düşən hissəsini cihazla yoxlamayıb, kəmərdən hər iki tərəfə 15 metr məsafədə yerləşən evlərin zirzəmisində, kanalizasiya və başqa

kommunikasiya quyularında qaz olub-olmamasını müəyyənləşdirməyib.

İsmayıl İsmayılov və Ələddin Məmmədov qaz sızma yerini aşkar etmədən və nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görmədən ərazini tərk ediblər.

Qaz kəmərinin yerin altına düşən hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qaz torpağın altı ilə Qəribə Həsənovaya məxsus evin otaqlarına dolub. Həmin gün saat 21.15 radələrində əmələ gəlmiş partlayış konsentrasiyalı qaz hava qarışığı ev sakini Ceyran Əmiraslanovanın evə daxil olaraq işığı yandırdığı zaman yaranmış qığılcımın təsirindən alışaraq yanğınla müşayiət olunan partlayış baş verib.

Nəticədə Ceyran Əmiraslanova ümumi bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq 6 yanvar 2015-ci il tarixdə müalicə aldığı xəstəxanada ölüb.

Həmçinin evin və içərisindəki əşyalar yanğın zamanı yararsız hala düşüb. Bu səbəbdən Qəribə Həsənovaya tikinti üzrə 25755,0 manat, əmtəə üzrə 7947 manat 50 qəpik, cəmi 33702 manat 50 qəpik maddi ziyan dəyib.

Həmçinin Tovuz Qaz İstismar Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinin növbə rəisi vəzifəsində işləyən Bayram Tağıyev də eyni iş üzrə məsuliyyət daşıyıb.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin

ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham ediliblər.

Tovuz rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin ediliblər.

Onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.

Hökmə əsasən cinayət işi üzrə mülki iddianın qismən təmin olunub və “Azəriqaz” İstehsalat Birliyindən 2800 manat alınaraq mülki iddiaçı Qəribə Həsənovaya verilməsi barədə qərar qəbul edilib. Həmçinin mülki iddianın qalan 5697 manat 50 qəpik hissədə rədd edilməsi müəyyən edilib.

Hökmündən narazı qalan mülki cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verib. Mülki cavabdeh hökmün mülki iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş edib.

“Azəriqaz”ın şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kamran Qasımov apelyasiya şikayətinin dəlilləri üzrə çıxış edib. O, bildirib ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır: “Bakı

şəhəri Xətai rayon İcra şöbəsinin 4 sentyabr 2015-ci il atrixli məktubuna əsasən Tovuz Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli icra sənədi icra edilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinə göndərilib. Lakin hökm 14 iyul 2015-ci il tarixdə elan olunmasına baxmayaraq hələ də “Azəriqaz” İstehsalat Birliyinə göndərilməyib. Bu istiqamətdə olan qanunvericiliyin tələbləri pozulub. Belə ki, iş üzrə mülki cavabdeh olduqlarından qüvvədə olan qanunvericiliyə əsasən hökm “Azəriqaz” İstehsalat Birliyinə göndərilməli olduğu halda göndərilməsi təmin edilməyib. İş üzrə aparılmış icraatda hüquqlarımız pozulub”.

Nümayəndə qeyd edib ki, iş üzrə istintaq aparmış Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq idarəsi tərəfindən 18 dekabr 2014-cü il tarixdə ekspertiza təyin olunması haqqında qərar qəbul edilib: “Qərar əsasında Azərbaycan Respubliaksı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə ekspertiza aparılıb, ekspert rəyləri tərtib olunaraq iş materiallarına əlavə edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2015-ci il tarixli, 3 mart 2015-ci il tarixli rəylərinə əsasən Tovuz rayonu Abulbəyli kənd sakini Qəribə Həsənovaya məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində əmlaka ümumilikdə 27005,00 manat dəymiş ziyan müəyyənləşdirilib. Lakin iş üzrə aparılmış ekspertiza zamanı qanunvericiliyin tələblərinə əməl olunmayıb. İş üzrə təyin edilmiş ekspertiza barədə proses iştiraçısı olaraq məlumatımız olmayıb və beləliklə, ekspertizada iştirakımız təmin edilməyib. Ona görə də, hadisə zamanı yararsız hala düşmüş və məhv olmuş müxtəlif adda maddi qiymətli inşaat materiallarının, məişət əşyalarının

həcminin, dəyərinin müəyyənləşdirilməsində, ekspertizanın gəldiyi nəticədə şübhəli məqamlar var. Odur ki, sözügedən ekspert rəylərinə əsasən 27005,00 manat məbləğində dəymiş ziyanın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tutulması əsassızdır”.

Kamran Qasımovun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin Tovuz qaz istismarı sahəsinin əməkdaşları tərəfindən hadisə nəticəsində əmlaka dəymiş ziyanın qarşılığı olaraq əmlak sahibinə 7000,00 manat məbləğində maddi köməklik göstərilib: “Məhkəmə iclasında ev sahibi Qəribə Həsənova ona Tovuz qaz istismarı sahəsinin əməkdaşları tərəfindən 7000,00 manat məbləğində köməklik göstərildiyini etiraf edib. Lakin bunun mənəvi dəstək olduğunu qeyd edib. Məhkəmə icraatı gedişində 7000,00 manat vəsaitin iddiaçıya maddi, yoxsa mənəvi köməklik kimi verildiyi sübuta yetirilməli olduğu halda, bu barədə heç bir icraat aparılmayıb. Beləcə hökm çıxarılarkən sözügedən vəsaitin, dəymiş ziyana köməklik, eləcə də, maddi köməklik kimi qeyd olunmaması iş üzrə aparılmış məhkəmə icraatının qeyri-obyektivliyindən xəbər verir. Odur ki, məhkəmə araşdırması zamanı qeyd olunanlara və eləcə də işinin faktiki hallarına düzgün qiymət verilməyib. Bununla da qüvvədə olan qanunvericiliyin tələbləri pozulub”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Keçmiş işçisi “Azəriqaz”ı məhkəməyə verib

    Keçmiş işçisi “Azəriqaz”ı məhkəməyə verib ...

    16-09-2014, 11:10

  • 
  • Bir neçə rayonda qaz olmayacaq

    Bir neçə rayonda qaz olmayacaq ...

    4-11-2015, 11:08

  • 
  • Azərbaycanın bir çox bölgələrində qaz təchizatı dayandırılı-“AZƏRİQAZ”DAN AÇIQLAMA

    Azərbaycanın bir çox bölgələrində qaz təchizatı ...

    30-07-2019, 15:23

  • 
  • Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb.

    Azəriqaz Qusar sakinə saxta qaz pulu borcu yazıb. ...

    6-08-2013, 09:32

  • 
  • “Azəriqaz”da yeni ixtisar dalğası başladı

    “Azəriqaz”da yeni ixtisar dalğası başladı ...

    26-02-2014, 13:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu