GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

“MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Tarix: 12-10-2016, 22:06 Bölmə :Siyasət Baxış: 693
 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Özünü MTN əməkdaşı kimi təqdim edib, hədə-qorxu gələrək vətəndaşdan pul almaq istəyən şəxs saxlanılıb. Elə onu həbs edənlər həqiqi MTN (artıq keçmiş) əməkdaşları olub.

Bu əməli törətməkdə Ramil Qədimova tanışı Fidan Hüseynova və xalası oğlu Vüqar Həsənov da kömək edib. Adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub.
Prosesə sədrlik edən hakim Eldar İsmayılov təqsirləndirilən Vüqar Həsənova ifadə verməyi təklif edirb. Lakin təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib. Bu səbəbdən də V.Həsənovun istintaqa verdiyi ifadə elan olunub.

2 uşaq atası V.Həsənovun ifadəsindən məlum olub ki, Rövşən Bayramov adlı xalası oğlu ona müraciət edərək tanışlarına torpaq sahəsinin sənədləşdirilməsinə kömək edə biləcək şəxslər tapmasını istəyib.

Torpaq sənədləşdirməsini üçün 6 min manat

 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Torpaq sahəsinin sahibi isə Yaşar Bayramov olub. Yaşar Bayramov 31 hektar torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması üçün bu işi qısa zaman ərzində görə biləcək adamlar axtarırmış.

Bir müddət sonra tərəflər arasında razılıq əldə olunub. Təqsirləndirilən Vüqar Həsənovun xalası oğlu bu işi görə biləcək adam tapdığını və bunun üçün 6 min manat pul lazm olduğunu deyib.

V.Həsənov istintaqa verdiyi ifadəsində deyib ki, Yaşar Bayramov qeyd edilən məbləği ödəmək üçün razılıq verib və iki gün sonra 6 min manatı gətirəcəyini vəd edib. Lakin bir neçə gün keçsə də Y.Bayramov pulu verməyib.

“İşi görənlər razılaşdırılmış məbləği istəyirdilər. Xalam oğlu pulu məndən, digər şəxslər isə pulu ondan istəyirdilər. Bizə tez-tez zəng edirdilər. Ancaq pulu ala bilmirdik”- deyə V.Həsənov ifadəsində qeyd edib. Bura qədər yaşananlarda adı çəkilməyən və hazırda müttəhimlər kürsüsündə əyləşən Ramil Qədimov isə prosesə sonradan qoşulub. Belə ki, Vüqar Həsənov digər xalası oğlu Ramil Qədimovla söhbət edərkən başlarına gələnləri danışıb və Yaşar Bayramovun onlara 6 min manat “atdığını” deyib.

Ramil Qədimov isə bu işi öz bildiyi kimi həll edəcəyini deyib. Lakin Vüqar Həsənov bununla razılaşmayıb.

İstintaqa ifadəsində xalası oğlu Ramilin bu işi həll etmək üçün ona bir neçə dəfə zəng etdiyini deyən V.Həsənov problemin xoşluqla həll edilməsini istədiyini söyləyib: “Problem olmasını istəmirdim. Düşünürdüm ki, işi özümüz həll edərik. Ancaq sonra başqa çıxış yolu olmadı”.

“MTN əməliyyatı” planlaşdırılıb

 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Bundan sonra Vüqar Həsənov işi öz qurduğu planla həll etmək qərarına gəlib. Bunun üçün də xalası oğlu Ramillə görüşüb.

V.Həsənov qurduğu planı istintaqa ifadəsində belə danışıb: “Bir müddət əvvəl Yaşar Bayramovun “banditzm”ə aparıldığını, dələduzluq əməli etdiyini bilirdim. Onun hüquq-mühafizə orqanlarından qorxduğunu yaxşı bildiyim üçün təklif etdim ki, Ramil özünü MTN əməkdaşı kimi təqdim etsin. Dedim ki, səliqəli şəkildə, kostyum geyinib Yaşarla görüşə getsin. Əgər ondan vəsiqə istəsə, desin ki, MTN əməkdaşı vəzifə başında vəsiqəsini təqdim etmir. Əgər israr eləsə, onu MTN-in binasına aparmaqla hədələsin. Yaşarın qorxaq olmasından istifadə etsin. Beləliklə də onun qorxub pulu verəcəyini düşünürdüm”.

“MTN əməkdaşı” “əməliyyata” sevgilisi ilə gedib

 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Elə V.Həsənovun ifadəsində dediyi kimi də olub. V.Həsənov ifadəsində xalası oğlunun görüşə tək yox Fidan adlı qızla getdiyini deyib. Və o, ifadəsinə əlavə edib ki, Fidan xalası oğlunun qeyri-rəsmi yaşadığı qız olub və onun yüngül əxlaqlı olduğunu düşünüb.
V.Həsənov ona Yaşar Bayramovda olan 6 min manatın lazım olduğunu, lakin özünü MTN əməkdaşı kimi təqdim edən xalası oğlunun zərərçəkmişdən nə qədər tələb etdiyindən xəbərinin olmadığını bildirib. İşin üstü açılandan sonra Vüqar xalası oğlunun Yaşar Babayevdən 10 min manat tələb etdiyini öyrənib.

Xala oğlanları MTN-in binasında görüşüblər

 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Hədə-qorxulardan sonra Yaşar Bayramov Ramil Qədimov barəsində gerçək MTN-ə şikayət edib. Bununla da bütün işlərin üstü açılıb. V.Həsənov ifadəsində deyib ki, xalası oğlu Y.Babayevlə görüşəndən sonra ona zəng edib və işi həll etdiyini söyləyib. Bir müddət sonra isə onu MTN əməkdaşları saxlayıb və nazirliyin binasına aparıblar.

V.Həsənov MTN-in binasında xalası oğlunu görəndə hər şeyi başa düşüb.

“Mən MTN-də olanda başa düşdüm ki, gördüyümüz işin üstü açılıb. Bütün ifadəmi səmimi şəkildə verdiyimi nəzərə almağınızı xahiş edirəm”- deyə V.Həsənov istintaqa ifadəsində qeyd edib.

Prosesdə dövlət ittihamçısının, hakimin və vəkillərin suallarını cavablandıran V.Həsənov ifadəsində qeyd edilən bəzi məqamları təsdiqləmədiyini deyib. Bunu belə izah edib: “İfadəyə imza ata bilərəm. Amma məni döyüblər. Nə də deyiblər yazmışam”.

O, əsasən də xalası oğlunun sevgilisi olan Fidan Hüseynova barəsində yazılanların doğru olmadığını və onu tanımadığı, görmədiyini deyib.

Məhkəmə prosesi şahidlərin ifadəsi ilə davam etdirilib.

 “MTN”çi sevgilisi ilə “əməliyyata” getdi - həqiqi MTN əməkdaşları tərəfindən tutuldu- təfərrüatlar

Əvvəlcə şahid qismində təqsirləndirilən Vüqar Həsənovun anası Məhbubə Həsənova prosesə çağırılıb. Lakin o, ifadə vermək istəmədiyini bildirib.

Digər şahid isə İrşad Süleymanov olub. Onun dedikləri isə hadisənin qaranlıq qalan digər tərəflərinə aydınlıq gətirib.

“Əvvəlcə 100 min istəyirdilər...”

İrşad Süleymanov zərərçəkmiş Yaşar Bayramovun iş yoldaşı olub. O, ifadəsində bildirib ki, Elnur adlı şəxs ona zəng edərək özünü MTN əməkdaşı kimi təqdim edib. Və Yaşar Bayramovu axtardığını söyləyib.

“Nömrəmi hardan aldığını soruşdum. Özünü Elnur kimi təqdim etdi. Və onlarda bütün məlumatların olduğunu söylədi. Səs tonu, dedikləri məni inandırdı. Dedi ki, Yaşar bir müddət əvvəl “səhv” edib. Yaşarın həmin işini isə o həll edib. İndi Yaşar aradan çıxıb və ona çatacaq məbləği ödəməyib. Özünü Elnur kimi təqdim edən şəxslə telefonda 15 dəfədən artıq danışdıq. Hər gün zəng edirdi. Mən də gedib Yaşarı axtardım. Nömrəsinə zəng çatmırdı. Evinə gedəndə gördüm ki, Yaşar halsız vəziyyətdədir. Elnur adlı şəxs mənə dedi ki, Yaşar buna görə 100 min verməlidir. Mən də Yaşarla danışırdım. Elnur deyirdi ki, “Yaşarın özü qorxursa, gəlməsin. Pulu çatdırsın”. Mən də bunları Yaşara deyirdim. Ancaq bilirdim ki, Yaşarla onun arasında bir dəfə görüş olub”- deyə şahid ifadəsində bildirib.

İ.Süleymanov onunla MTN əməkdaşı kimi danışan şəxsdən şübhələnsə də qorxudan heç nə edə bilməyib. O, bunu belə izah edib: “Əvvəlcə şübhələndim. Amma sonra məni izlədikləri ilə bağlı bəzi sözlər dedi. Nə vaxt hara getdiyimi, maşınla harda olduğumu dedi. Dedim bəlkə maşına cihaz qoyub məni izləyirlər. Həyətdə maşının altına, içinə baxdım. Sonra bu söhbətlər uzandı. Mən də məbləğin aşağı salınması üçün Elnur adlı şəxsdən xahişlər edirdim. 50 min, sonra 30 min oldu. Ən sonda 10 mində dayandı. Belə razılaşma oldu. Sonra Yaşar MTN-ə şikayət etdi”.

Şahid İrşad Süleymanov özünü MTN əməkdaşı kimi təqdim edən Elnur adlı şəxsin əslində Ramil Qədimov olmasını MTN-in binasında olarkən öyrənib. O, MTN-də Yaşar Bayramovun şikayəti üzrə ifadə verərkən Ramil Qədimov ona zəng edib. Bununla da Ramil Quliyev özünü ələ verib: “Yenə mənə zəng gəldi. Telefonu açıb həmişə danışdığım kimi danışdım. Telefonu mikrofona qoydum. MTN işçiləri də qulaq asdı. Səs yazısı aparıldı”- deyən İ.Süleymanov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Qeyd edək ki, bu cinayət işi üzrə təqsirləndirilənlərdən Fidan Hüseynova dəmir barmaqlılar arxasında deyil. Zamində olan F.Hüseynova məhkəmə proseslərində iştirak edir.

Təqsirləndirilən Vüqar Hüseynov və Ramil Qədimov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Növbəti məhkəmə prosesi oktyabrın 25-nə təyin olunub.

İlkin Muradov
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ilahiyyatçı özünü günahkar bilmir

    MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ...

    20-07-2016, 02:04

  • 
  • "MTN əməkdaşı" tutuldu

    "MTN əməkdaşı" tutuldu ...

    17-10-2015, 13:58

  • 
  • MTN əməkdaşı məhkəmə qarşısında

    MTN əməkdaşı məhkəmə qarşısında ...

    15-01-2014, 14:43

  • 
  • Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb edildi

    Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb ...

    12-10-2015, 13:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu