GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Tarix: 10-11-2016, 12:53 Bölmə :Siyasət Baxış: 505
Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Donald Tramp ABŞ-ın yeni, 45-ci prezidentidir. Prezident seçkilərinin rəsmən elan edilməsinə hələ çox var. Amma aydındır: Hillari Klinton hələ uzun müddət özünə gələ bilməyəcək.

Kütləvi informasiya vasitələrinin onu hədəfə alması, iri korporasiyalar və transmilli şirkətlərin rəqibi Hillari Klintonu dəstəkləməsi, mənsub olduğu Respublikaçılar Partiyası rəhbərliyinin aşkar laqeydliyi milyarder Donald Trampa ABŞ-ın 45-ci prezidenti seçilməyə mane olmadı. Çox yox, hələ yarım il əvvəl onu siyasi frik, yaxud da siyasətdə təsadüfi adam sayırdılar.

İndisə hər şey dəyişib. Dünyanın ən böyük iqtisadiyyatına, hərbi-siyasi baxımdan ən qüdrətli dövlətə indiyədək dövlət işində, Senatda və ya Konqresdə çalışmamış, Vaşinqton siyasətinin girdabına yuvarlanmamış, Wall Street-in maraqlarının aşkar təmsilçisi olmayan adam rəhbərlik edəcək.

Amerikalı politoloqların təbirincə desək, "Main Street", yəni sadə vətəndaşlar qalib gəldilər.

"Şok" sözünü əsla sevməsəm də, dünən Amerika şokda idi.

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Amma əsl şok Hillari Klintonun qələbəsini proqnozlaşdıran sorğu şirkətlərində, sosioloji mərkəzlərdə idi. Onlarla, yüzlərlə "məşhur və nüfuzlu" ekspertlər son aylarda fasiləsiz bildirirdilər ki, bəs Tramp seçilə bilməz, Tramp uğur qazana bilməz, Tramp vətəndaşların dəstəyini ala bilməz, çünki... Çünki bacarmaz, layiq deyil, siyasətçiyə bənzəmir, şoumendir və ilaxır.

Birmərtəbəli Amerika göydələnlərə qarşı

Seçicilərlə bilavasitə iş və internet 10 milyard dollarlıq varidat sahibi Trampın tərəddüd edən ştatlarda qələbəsini təmin etdi. Həmin ştatlar Florida, Kolorado, Ayova, Miçiqan, Nevada, Nyu-Hempşir, Şimali Karolina, Ohayo, Pensilvaniya, Virciniya və Viskonsindir.

Kolorado, Nevada və Virciniya istisna olmaqla, Tramp bu ştatların hamısında Hillari Klintonu üstələdi.

Hillari Klintonun seçki qərargahından fərqli olaraq Donald Trampın komandası əyalət telekanallarında və radiolarında reklamlara böyük məbləğlər xərcləmədiyindən siyasi analitiklər, politoloqlar və ekspertlər Respublikaçılar Partiyasının namizədinin mütləq uduzacağını deyirdilər.

Fəqət, seçkilər göstərdi ki, internet televiziyaya qalib gəlib.

ABŞ-da ümummilli və kabel telekanallarına inam azalıb. Trampın seçkiqabağı mitinqlərinə qatılanların sayı isə bütün gözləntilərdən üstün idi. On minlərlə, yüz minlərlə amerikalı kumirlərinə qulaq asmağa gedirdilər.

Halbuki, Donald Tramp çox sadə, primitiv şəkildə danışırdı. Lakin o, amerikalı siyasətçilərin deməyə cürət etmədiyi, çəkindikləri kəlmələri deyirdi.

Tramp orta statistik amerikalıları düşündürən, qorxudan məsələlərdən danışırdı. Narkoticarət və qanunsuz miqrant axınının əsas zərbəsini üzərinə götürən, Meksika ilə həmsərhəd olan ştatlarda tüğyan edən kriminal fəlakətdən Tramp çəkinmədən danışırdı.

Ohayo, Pensilvaniya, Qərbi Virciniya və xüsusilə də Miçiqan təki yoxsulluq, səfalət və infrastruktur deqradasiyasına yuvarlanan, "paslanmış kəmər" adlandırılan bölgələrdən bəhs edən Tramp bir zamanlar Birləşmiş Ştatların avtomobil sənayepsinin mərkəzi sayılan Detroytun viran qalmasından bəhs edirdi.

Böyük şəhərlərdə demokratların liberal elektroatı Hillari Klintona səs versələr də, əksəriyyət Trampı dəstəklədi.

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Qadınlar Trampı rədd etmədilər

Seçki kampaniyası zamanı ABŞ mediasında bir neçə qadının "Tramp mənə təcavüz etdi" açıqlamalırına əsaslanan informasiya zərbələri Trampa qarşı yönəlmişdi.

Üstəlik, Trampı müsəlmanlara nifrət edən, əslən Latın Amerikası ölkələrindən olan miqrantlara düşmən kəsilən adam kimi qələmə verirdilər.

Lakin "latinos"lar, müsəlmanlar və qadın seçicilər Trampı düşmən saymadılar.

Bəlli oldu ki, Trampla bağlı seks-qalmaqallar onu qadın seçicilərin səslərinin ümumi sayının vur-tut 6 faizindən məhrum edib.

Latın Amerikasından olan miqrantların Trampa verdikləri səslərin sayı isə 2012-ci ildə "Latinoslar mənim əzizlərimdir!" demiş respublikaçı Mitt Romnini dəstəkləyənlərin sayından da çox oldu.

Özü də "latinos" diasporasının güclü olduğu Nevada, Nyu-Meksiko və Şimali Karolinada səslərin əksəriyyətini Tramp qazandı.

Florida ştatında iri şəhərlər Klintona səs versələr də, əyalət Trampın tərəfini tutdu.

ABŞ bölünüb

ABŞ tarixində artıq neçənci dəfədir ki, vətəndaşların siyasi mövqeləri baxımından sərt bölündü.

İndi iki Amerika var. Bir tərəfdə multimilli, sahillərdəki meqapolislərdə yaşayan liberal seçicilər, digər tərəfdə əyalət sakinləri.

Şəhərlər Hillari Klintonu, əyalət isə Donald Trampı dəstəklədi.

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Siyasətdə şou, şouda siyasət

Ekssentrik Donald Tramp seçki kampaniyasını, sanki, şouya döndərmişdi. Doğrudur, ABŞ-dakı bütün seçkiqabağı kampaniyalarda şou elementləri olub. Lakin ciddi kampaniyada şou elementlərinin olması ilə təbliğat və təşviqatın, ümumiyyətlə, şoudan ibarət olması fərqli məsələlərdir.

Buna rəğmən Donald Tramp gələn ilin yanvarından etibarən prezidentliyə başlayanda, çətin ki, şoumenliyi davam etdirsin. Ağ Evin mühiti, siyasi elitaların və hərbi-sənaye kompleksinin tələbləri mütləq şəkildə Trampın davranışına təsir edəcək.

Seçki ili olduğundan, son aylarda ABŞ rəhbərliyi xarici siyasətdə mümkün qədər ehtiyatlı davranmağa çalışırdı və bununla da Vaşinqtonun onillər boyu formalaşdırdığı ənənəni pozmurdu.

Barak Obama da mənsub olduğu partiyanın namizədi Hillari Klintonun təbliğat prosesinə zərər vurmamağa çalışırdı.

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Əfsuslar olsun ki, bütün bunlar heç bir nəticə vermədi və Barak Obama ABŞ tarixində effektiv daxili və düşünülmüş xarici siyasət yürüdən dövlət başçısı kimi yox, ilk qaradərili prezident kimi qalacaq.

İndi nə olacaq?

Donald Tramp "siyasətdə uşaq" sayıla bilər və bu səbəbdən də yaxın ətrafından sürəkli məsləhətlər almağa meyllidir.

Məsələ də o ətrafın kimlərdən ibarət olmasıdır.

Donald Trampın qələbəsinin ABŞ-ın xarici siyasətində köklü, dərin və genişmiqyaslı dəyişikliklərə səbəb olacağını düşünmürəm. Söhbət Birləşmiş Ştatların xarici siyasətində ənənəvi mühafizəkar - "neo-con" yox - xarici siyasətə qayıdışdan, dünya ölkələri ilə ağıllı və məntiqli əlaqələrə üstünlük verlməsindən, Yaxın Şərqdəki vəziyyətin normal həll yollarının axtarışlarından gedə bilər.

Barak Obamadan fərqli olaraq Donald Tramp üçün qlobalizm yox, amerikanizm daha önəmlidir.

Onu da unutmayaq ki, 1980-ci illərdən sonra ilk dəfə Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında və Senatda mövqelərini möhkəmləndirdilər. Yəni ABŞ-da respublikaçı prezidentlə yanaşı, respublikaçı Konqres də olacaq.

ABŞ-ın xarici siyasətində qəfil dəyişikliklərə də ümid etməyə dəyməz, çünki bu ölkəni prezident yox, öz maraqları olan kollektiv siyasi elita idarə edir.

Donald Trampın qələbəsi özünü anlamaq istəyən amerikalıların uğurudur. Libertar azlığı təmsil edən Hillari Klinton seçkilərdə qalib gəlsəydi, deməli, Birləşmiş Ştatlarda 200 ildən bəri hakim olan "Biz Amerikayıq!" ideologiyası qlobalist təmayüllərin qurbanı olacaqdı.

Tramp deyir ki, Amerika öz iqtisadiyyatını, sənayesini dəstəkləyəcək və "zəhmətkeşlər"ə bel bağlayacaq.

Sırf populizmdir, çünki ABŞ-ın ümummilli borcu artıq 19 trilyon dolları keçib ki, həmin məbləğin 6,3 trilyon dolları xarici borcdur. Bu qədər xarici borcu olan ölkə heç bir halda qlobal siyasi problemlərdən kənarda qala bilməz. Könüllü təcridə doğru istənilən formada, ən cüzi meyllənmə ABŞ iqtisadiyyatı üçün fəlakətli nəticələr verə bilər

Bundan başqa, ABŞ artıq dünyanı qüvvəsinə və gücünə güvənərək idarə edə bilmir, öz dəyərlərini hamıya zorla qəbul etdirə bilmir. Birqütblü dünya düzəninə etiraz edən dövlətlərin sayı artır, Rusiya və Çinin ABŞ-a qarşı iddiaları çoxalır.

NATO-nun genişlənməsi, Çinlə iqtisadi mübahisələrin siyasi qarşıdurmaya çevrilməsi, Vaşinqtona boyun əyməyən rejimlərin devrilməsinə yönəlmiş "rəngli inqilab"lar adlı faciələr, Yaxın Şərqdə xaosun bərqərar olması təki problemlər Birləşmiş Ştatları zəiflədib.

ABŞ-da daxili problemlərin artması ölkənin xarici siyasətinə də təsir edib. Cəmiyyətin siyasi elitalara olan inamı azalıb, iqtisadi inkişaf templəri aşağı düşüb. Amerikada sistemin islahatlara və cəmiyyətlə anlaşmağa ehtiyacı var.

ABŞ mövqelərini itirib zəfiləmək istəmirsə, yeni qlobal düzənin formalaşma prosesini məhv etməyə çalışmamalı, dünya dövlətləri ilə münasibətlərdə yeni "yol xəritəsi"ni tətbiq etməlidir.

Təbii, keçid dövrü asan və qısa olmayacaq, amma tabuları və "olmaz"ları aşmağa lüzum var.

Ən başlıcası isə ABŞ "demokratiya ixracı" prosesinə son qoymalı, Vaşinqtonun göstərişlərinə və əmrlərinə əməl etməyib müstəqil siyasət yürütmək, suveren dövlət statusunu qorumaq istəyən dövlətlərə qarşı "kütləvi xalq narazılığı" adı ilə çevriliş ssenarilərini tətbiq etməkdən çəkinməlidir.

Başabəla "ərəb baharı" belə prosedurların nə ilə nəticələndiyini göstərdi: ABŞ-ın demokratiya bəxş etdiyini vurğuladığı ölkələr viran qalıb, həmin dövlətlərin ərazilərində terror təşkilatları, o cümlədən İŞİD özünü rahat hiss edir.

Postsovet ölkələri ilə qarşılıqlı münasibətlərə gəldikdə isə, Donald Trampın "siyasi məhbuslar" və "insan haqları" təki çeynənmiş klişelərdən yararlanaraq müstəqil ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən çəkinəcəyinə ümid edirik.

Əks təqdirdə ABŞ problemlərini özü artıracaq.

Elçin Alıoğlu
Milli.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"

    Tramp açıqladı: "İŞİD-i onlar yaradıb" ...

    20-09-2016, 14:00

  • 
  • Sanders Trampa qarşı Klintonla birgə mübarizə aparmağı planlaşdırır

    Sanders Trampa qarşı Klintonla birgə mübarizə ...

    10-06-2016, 00:38

  • 
  • Cənubi Karolinada Hillari Klinton qalib oldu

    Cənubi Karolinada Hillari Klinton qalib oldu ...

    28-02-2016, 06:38

  • 
  • HİLLARİ KLİNTON PUTİNİ PARODİYA ETDİ - VİDEO

    HİLLARİ KLİNTON PUTİNİ PARODİYA ETDİ - VİDEO ...

    23-01-2015, 12:22

  • 
  • Trampın tərəfdarları Hillari Klintonu "soyundurdular" - VİDEO

    Trampın tərəfdarları Hillari Klintonu ...

    19-10-2016, 17:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu