Müdafiə Nazirliyi isə məsələyə aydınlıq gətirməyə tələsmir
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlərə çatası məzuniyyət pulunun son iki ildir ki, ödənilməməsi ilə bağlı iddialar mətbuata daşınmqqdadır. Belə ki, bu günlərdə Ziya Bağırov adlı facebook istifadəçisi Nazirlər Kabinetinin 2015-ci ilin yanvarında verdiyi sərəncamın bu günə qədər də yerinə yetirilmədiyini iddia edib. Medianı məlum problemi görməzdən gəlməkdə qınayan vətəndaş, ehtiyatda olan zabitlər qrupundan da problemin həllinə dəstək verməyi xahiş edib: “Ehtiyyatda olan zabitlər qrupu: Sizlərdən cox xahiş edirəm ödənilməmiş məzuniyyət pullarına görə yaranmış problemi ictimailəşdirməyimizə Siz də dəstək olun… Haqqımız olanı niyə gədə-güdə yeməlidir axı??? Mənə catan məlumata görə bəzi zabitlərdən bu pulları ödəmək ücün rüşvət tələb edirlər. Bir neçə nəfər məcbur olub bu iyrənc variantla pulunun bir qismini ala bilib. Məcburiyyət, ehtiyac üzündən. Axı niyə belə olmalıdır??? Bir zamanlar bar-bar bağırırdılar ki, ordumuzun büdcəsi Ermənistanın büdcəsindən coxdur. İndi nə oldu??? Büdcə dağıldı??? Məncə büdcə var, sadəcə qərərgah sicovullarında vicdan yoxdur. 1 ay deyil, 1 il deyil ,3 il deyil, gör nə qədər vaxtdır ki, ələ salıblar bizləri. Kömək edin, dəstək olun”. “Gündəm Xəbər” bildirir ki, məlum məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmi mövqeyini öyrənməyə cəhd etsək də, nazirlik 24saat.org –un yolladığı (MN sorğunu 2016-11-28 12:53:11-də qəbul edib) sorğuya cavab vermədi. Məhz bu səbəbdən də məlum problemlə bağlı yaranmış narahatlığı Müdafiə Nazirliyinin mövqeyi olmadan işıqlandırmaq məcburiyyəti qarşısında qaldıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?