GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “680 MİN MANATI QAYTARMADILAR…” – Əhəd Abıyevin istintaqa ifadəsi

“680 MİN MANATI QAYTARMADILAR…” – Əhəd Abıyevin istintaqa ifadəsi

Tarix: 29-12-2016, 21:41 Bölmə :Siyasət Baxış: 644
“680 MİN MANATI QAYTARMADILAR…” – Əhəd Abıyevin istintaqa ifadəsi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir. “Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, bu qruplaşmanın cinayət əməllərinin sahibkarlıqdan dövlət strukturlarına qədər uzandığı bəlli olub.

Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”. Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər. Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib.

Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:

“Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi. Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib.

Sentyabrın 17-də ayrılan vəsait şirkətin hesabına köçürülüb. Şifahi razılığa gəldik ki, icra hakimiyyətinin memarı Elman Məmmədov inşaat materiallarının alınması üçün pulun bir hissəsini çıxarsın. Elmana tapşırdım ki, yük dolu maşınlar saat 16-ya kimi Dərnəgüldə onu gözləyəcəklər. Həmin vaxt pulu ödəsin və maşınları rayona yola salsın. Saat 4-də Elmana neçə dəfə zəng etdim, zəng çatmadı, narahat oldum. Evindən də, şirkətdən də bir xəbər öyrənə bilmədim. Yarım saat sonra şirkətdən bir nəfər zəng edib Elman Məmmədovun MTN tərəfindən tutulduğunu dedi. Dərhal Bakıya gəldim, saat 20 radələrində MTN-nin binasının qarşında idim. Özümü təqdim etdim, amma məni içəri buraxmadılar, yarım saat sonra dedilər ki, Elman burdadı. Məni içəri buraxmadıqları üçün əsəbləşib kobud danışdım, onu kimin tutduğunu soruşdum. Dedilər 4-cü İdarənin əməkdaşları tutub.

Öz tanışlarımdan idarə rəisi Sübahir Qurbanovun nömrəsini tapıb zəng etdim. Ondan Elmanı dərhal buraxmalarını tələb etdim, Sübahir Qurbanov isə hay-küy saldığıma görə narazılıq edib, sakit olmağımı tələb etdi. Dedim ki, Elman buraxılmayana qədər heç yerə getməyəcəyəm. Sonra nazir Eldar Mahmudovun məni qəbul etməsini istədim, ona da icazə vermədilər.

“AGbank”ın sahibi Çingiz Əsədullayevə zəng etdim, o da kömək edə bilməyəcəyini dedi. Gecə saat 24 radələrində Elman Məmmədvu buraxdılar, çıxanda gördüm ki, qollarında qandal izi var. Elman dedi ki, MTN-in icra hakimiyyəti tərəfindən görülən bütün işlərdən məlumatı var. O dedi ki, izahat verərkən pul vəsaitinin ələ keçirilməsində maliyyə naziri Samir Şərifovun və mənim iştirakımın olduğunu yazmasını tələb ediblər, lakin bundan imtina edib. Elmanı və onunla işləyən əməkdaşları həbs edəcəkləri ilə hədələyib 1 milyon manat pul tələb ediblər.

Eldar Mahmudov “Əhəd Abıyevlə işiniz olmasın” dedi
Elman Məmmədovu mənə təhvil verən MTN əməkdaşı dedi ki, sabah saat 10-da Eldar Mahmudov məni qəbul edəcək. Biz Elmanın üzərində olan və onların ələ keçirdiyi pulu tələb etdik, rədd cavabı verdilər. Səhərisi gün Eldar Mahmudovla görüşdüm, söhbət başlayan kimi o, mənim söyüş söyməyimdən narazı olduğumu dedi. Mən də “söyüş söymüşəm, çünki əməkdaşlarınız quldurluq edib pul ələ keçirirlər” dedim. Bundan sonra söhbətimiz sülh şəraitində davam etdi. Nazirə hər şeyi, bizdən 1 milyon pul tələb edildiyini dedim.

Bundan sonra Eldar Mahmudov daxili telefonla kiməsə zəng edərək “Əhəd Abıyevlə işiniz olmasın” dedi. Sonra məni yola saldı, amma Elmandan aldıqları 680 min manatı qaytarmadılar. Bizə yola sala əməkdaşdan pulları tələb etdim, o bizə “sizə hörmət edirik, ona görə də 1 milyon manatı almırıq. Elmandan alınan pulların geri qaytarılması isə mümkün deyil” dedi. Məcbur olub tikinti işlərini öz pulumuzla gördük”.

Qeyd edək ki, MTN-in bu dəstəsinin işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib. Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham olunur — Daşkəsən avtovağzalı 4 ay əvvəl açılsa da…

    Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham ...

    6-02-2015, 23:04

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu mərtəbədən yıxıldı və...

    Əhəd Abiyevin ailəsində faciə - oğlu 9-cu ...

    12-07-2014, 22:55

  • 
  • Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi

    Əhəd Abiyevin qohumlarına yüksək vəzifə verildi ...

    17-02-2013, 12:49

  • 
  • Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur?

    Əhəd Abıyev Almaniyada gözündən müalicə olunur? ...

    9-07-2013, 16:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu