Bir nüddər əvvəl redaksiyamıza daxil olan Qaradağ rayonundan olan bir qrup sahibkarın şikayət məktubunu təqdim etmişdik. “Gündəm Xəbər” bildirir ki, artıq sözügedən şikayət məktubunda iddia olunanlarla bağlı müəyyən yeniliklər var. Bu barədə az sonra... Hələliksə, həmin məktubu təkrar olaraq xatırladırıq:
"Sizə Qardağ rayonunda yerləşən karxana işi ilə məşğul olan onlarla sahibkar adından yazıram. Açığı bizim sizə müraciət etməkdən ayrı yolumuz qalmayıb. Ancaq məlum səbədən hələ ki, adlmızı açıqlaya bilmirik. Adımızı açıqlarsaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuz da bizim son nəfəsimizdir.
Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımızdan çıxarır. Neçə illərdir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə icra başçısının qardaşı deyil, həmçinin bir çox başqa idarələrdən gələn məmurlara da aylıq veririk. Hətta bəzi jurnalistlərə də ayıq verməyə məcburuq. Bu günə qədər hər şeyi birtəhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə hamının könlünü xoş tutmağa çalışırdıq. Ancaq indi vəziyyət dəyişib".
Daha sonra “Gündəm Xəbər” bildirir ki, dia.az-a göndərilən müraciətdə deyilirdi: "Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adlna aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz "uçastka"larımızı yenidən bizə satmağa qalxıb. Başçının qardaşı açıq şəkildə deyir ki, ya "uçastka"larımızı yenidın almalıyıq, ya da "uçastka"larımız əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onlarln əlində qanuni əsaslar da var. Yəni bizim "uçastka"larımızı bağlamaq onlar üçün su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman "uçastka"larımızı bağlamaq imkanlarına sahibdirlər.
Bunu əsaslandlrmaq üçün onların heç bir problemi yoxdur. Lakin məsələ orasındadlr ki, bütün karyerdə eyni qayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar. Yəni faktiki olaraq onlar da dolanır, biz də dolanırıq. İndi isə Bağır Süleymanov bizim öz "uçastkalarımızı" bizə satmaöa qalxlb. Məsələ orasındadır ki, buz bu "uçastka"ları hamımız pulla almışıq. Yəni zamanında birə 10 qiymətə aldığımız əraziləri indi yenidən bizə satmaq istəyirlər. Həm eə bu dəfə qiymıti iki dəfə daha artırıblar. Bağır Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, buzim "uçastka"larımız bağlanacaq, sonra da başqasına satacaqlar.
Hörmətli dia.az Sizdən xahiş edirik ki, bizim səsimizi ölkə prezidenti möhtərəm İlham Əliyevə, və birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya çatdlrasınız. Biz inanırıq ki, Süleyman və Bağır Mikayılovları ancaq ölkə rəhbıəliyimiz durdura bilər. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş vurmaq istərdik, amma şikatətlərimizin yenidən Süleyman Mikayılovun üstünə qayıdacağını bilirik. Əvvıəlcədən sizə öz minnətdarlığımızı bildirirk".
***
Bununla bağıı daxil olan son informasiyalardan aydın olur ki, artıq Süleyman Mikayılovun qardaşının əməlləri müvafiq dövlət qurumlarının da diqqətini cəlb edib. Hətta konkret olaraq dövlətin sahibkarlara dəstəyi siyasətinin əsas icraçılarından olan İqtisadiyyat Nazirliyinin bununla bağlı araşdırma apardığı da söylənilir.
Məlumatı redaksiyamıza verən mənbə iddia edir ki, ölkə prezidentinin sahibkarlığın inkişafı üçün böyük zəhmət sərf etdiyi bir məqamda kimlərinsə bu siyasətə qarşı öz cılız maraqlarını yürütməsi... təbii ki, nəhayətdə gərəkən reaksiyalara səbəb olmalı idi.
Mənbənin söylədikləri: "Konkret olaraq icra başçısının qardaşının məsuliyyətə cəlb olunması belə mümkündür. Bunu gedişat göstərəcək. Hazırda isə araşdırmalar aparılır". “Gündəm Xəbər” olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?