GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “40 min dollar hara ödənilməliydi?”

“40 min dollar hara ödənilməliydi?”

Tarix: 14-05-2017, 19:51 Bölmə :Siyasət Baxış: 375
“40 min dollar hara ödənilməliydi?”


“GÜRCÜ FIRILDAQÇI ASLANDAN DAHA ÇOXBİLMİŞ ÇIXIB, YOXSA?…”

Xəbər verdiyimiz kimi, türk iş adamı Hızır Ekşi vəkil Aslan İsmayılovu saxtakarlıq və fırıldaqşılıqda ittiham edib. O, açıqlamasında bildirib ki, təxminən 2 il əvvəl Aslan İsmayılov Gürcüstanda onun qardaşı ilə bağlı yaranmış problemi həll etmək üçün oğlu Vaqifin vasitəsilə ondan 40 min ABŞ dolları alıb, lakin nə işini düzəldib, nə də pulu geri qaytarır. Son 2 ayda davamlı olaraq KİV-lər və sosial şəbəkələrdə Aslan İsmayılovun hücumlarına məruz qalan iş adamı, “Xəmsə” holdinqin sahibi Mürvət Həsənli bu məsələyə münasibət bildirib. Onun “Facebook”da paylaşdığı yazısını təqdim edirik:

“Su səhəngi su yolunda sınar!”

“40 min dollar hara ödənilməliydi?”


“Ömür Oralla aramızdakı hüquqi mübahisədə qarşı tərəfin vəkili kimi çıxış edən və barəmdə əsassız ittihamlar irəli sürən Aslan İsmayılovun özünün fırıldaqçı olduğu, türkiyəli bir iş adamını aldadıb 40 min dollarını mənimsədiyi ortaya çıxıb. Bu barədə Azpolitika.info saytı məlumat yayıb. Sayta açıqlama verən türkiyəli iş adamı Hızır Ekşinin iddialarını, maraqlıdır ki, Aslan İsmayılov da təsdiqləyib.
O, dünən facebook səhifəsində yenə özünəməxsus təhqiramiz ifadələrlə mənə və halal pulunu istəyən türkiyəli iş adamına hücum etdikdən sonra, 40 min dollar məsələsinə bu cür aydınlıq gətirib:
“Paata mənə zəng edib problemin nə olduğunu bildiyini, cinayət işinin şişirdilmiş olduğu və həll edəcəyini bildirdi. Bildirdi ki, bunun üçün axtarış ləğv olunmalı və Halil Tbilisiyə gəlib ifadə verməlidir. Əlavə olaraq dedi ki, qanuna görə Gürcüstanda məhkəmə hesabına 40 min dollar (bu qədər edəcək gürcü valyutası – lari) yatırılması vacibdir. Hızır bir nəfəri həmin məbləğlə Tbilisiyə göndərdi və həmin türk pulu əlbəəl Paataya verdi”.
Aslan İsmayılovun bu “səmimi” etirafında şəxsən məni və yəqin ki, onu izləyən hər kəsi şübhəyə salan bir sıra mətləblər var. Əvvəla, özündən başqa hər kəsi şərəfsiz, dələduz, böhtançı, özünü isə kişi adlandıran bu adam zəhmət çəkib aydınlıq gətirsin ki, görək, məhkəməyə ödəmək adıyla Hızır Ekşidən alınan 40 min dollar hara və nə üçün yatırılmalıydı? Əgər söhbət məhkəməyə ödənəcək dövlət rüsumundan gedirsə, doğrudanmı, Aslan İsmayılov Azərbaycan xalqının 40 min dolların bu ödəniş üçün astronomik miqdar olduğunu anlamayacaq qədər cahil sayır? Axı dünyanın istənilən ölkəsində məhkəmə rüsumları simvolik miqdarda olur və uzağı, 40-50 dollar arasında dəyişir. Gürcüstan kimi kasıb bir ölkənin məhkəməsinin bu məbləğin min mislini rüsum kimi tələb etməsi nə dərəcədə inandırıcıdır?
Digər tərəfdən adətən, dövlət rüsumlarının ödənəcəyi hesablar olur və özünü vəkil adlandıran bu adam da yəqin, bundan bixəbər deyil. Elədirsə, Aslan İsmayılov nə əcəb müvəkkilinə bu qədər külli vəsaiti həmin rəsmi hesaba ödənilməsini yox, özünün Paata adlı gürcü dostuna əlbəəl verilməsini təklif edib? Bu məsələdə onun marağı nə olub?
Şəxsən mənim fikrimcə, bu müəmmaların yalnız bir səbəbi ola bilər: öz gürcü dostuyla cinayət əlaqəsinə girib, Türkiyə vətəndaşını aldadaraq 40 min dollarını mənimsəmək. Görünür, Paata adlı gürcü fırıldaqçı ondan daha çoxbilmiş çıxıb və təkcə türkə deyil, həm də Aslan İsmayılova atıb. Birgə “ovlamağa” çalışdıqları türkiyəli iş adamının pulunu ələ keçirəndən sonra Aslan İsmayılovla bütün əlaqələri kəsib. Bir növ, bütün fırıldaqçıların ana fəlsəfəsinə çevrilən “oğrudan oğruya halaldır” məntiqiylə çıxış edərək, özünün azərbaycanlı həmkarının yaxasını Hızır Ekşinin əlində buraxaraq aradan çıxıb.
Gürcü fırıldaqçıyla cinayət əlaqəsinə girib bir türkü aldadan Aslan İsmayılovun ən naqis tərəfi müqəddəs don geyindirməyə çalışdığı əməllərini ictimai müzakirəyə çıxarması, məsələləri hüquq müstəvisində deyil, Azərbaycan xalqının mənəvi duyğularını istismar edərək, həll etməyə çalışmasıdır. Bu, əslində gözlənilməz də deyildi, çünki bütün oğrular da məhz bu metoddan istifadə edir, “qara məni basınca, mən qaranı basım” düşüncəsinə sığınır. Atalar demişkən, “oğru elə bağırır ki, doğrunun bağrı yarılır”.
Azərbaycan xalqının genişürəkliyindən, acıma duyğusundan istifadə edərək, fırıldaqlarına haqq qazandırmağa çalışan Aslan İsmayılov, heç olmasa unutmasın ki, bir gürcüylə birləşib aldatmaq istədiyi iş adamı mərhəmətinə sığındığı, timsah kimi göz yaşı tökərək, çörəyini yediyi bu xalqın doğma qardaşı olan türkdür. Tarixi, mədəni, mənəvi ortaq dəyərlərimiz bizi eyni ailənin müxtəlif fərdlərinə çevirib və Aslan İsmayılovun gürcü həmkarıyla birləşib bir türkə fırıldaq gəlməsi öz qardaşını özgəyə satmaqla eyni mənaya gəlir.
Tarix həmişə qardaşı yada satan insanları ağır cəzalandırır. Əksər hallarda isə ona cəzanı elə öz ortaqlarının, satıldığı şəxslərin əliylə verir. Gah erməniylə əlbir olub azərbaycanlı iş adamının işgüzar nüfuzuna zərbə vurmağa, haqqında təhqiramiz fikirlər səsləndirməyə, gah da gürcü fırıldaqçıyla bərabər türk iş adamına atmağa çalışan və öz çikin əməllərinə aludə olub, milli şüurunu itirən Aslan İsmayılova tarixdən bir misal gətirərək, yatmış vicdanını oyatmaq istəyirəm. Baxmayaraq ki, bu qəflət yuxusu o qədər dərindir ki, hər hansı ibrətamiz fikir və rəvayətlərlə onu oyandırmaq çətindir, mən yenə öz yolgöstərici missiyamı həyata keçirmək niyyətindəyəm.
Tarixin bizə öyrətdiyinə görə, monqollar Rusiyaya hücum edərkən bir rus knyazı onların tərəfinə keçir. Monqollar həmin knyazın vasitəsilə daha 5 knyazlığın qala divarlarının açarlarını əldə edirlər. Bütün knyazlıqlar alındıqdan sonra monqol hökmdarı ondan 6-cı açarı istəyir. Knyaz cavab verir:
- Artıq Rusiyada alınacaq heç bir yer qalmadı.
Monqol hökmdarı cəlladlarından rus knyazının boynunun vurulmasını tələb edir. Knyaz təəccüb və yalvarış dolu baxışlarıyla xaqana baxır və deyir:
- Qibleyi-aləm, axı mən sizə heç kimin etmədiyi yaxşılıqları etdim. Mənim xidmətlərim olmasaydı, siz bir knyazlığı belə, ala bilməzdiniz. Bəs, indi məni mükafatlandırmaq əvəzinə, niyə edam etdirirsiniz?
Xaqan cavab verir:
- Sən öz xalqına xəyanət etdin. Vətənini yadellilərə satdın. Öz doğmalarına qarşı bu xəyanəti edən birisi, əlinə fürsət keçərsə, mənim kimi yada nə cür zərəbə vura bilər; bunu təsəvvürdə canlandırmaq belə, mümkün deyil. Sənin kimi əclafın dirisindənsə ölüsü yaxşıdır.
Aslan İsmayılovun gürcü fırıldaqçı həmkarı tərəfindən aldadılması da (əgər həqiqətən də aldadılıbsa və 40 min dolları bərabər bölməyiblərsə), mahiyyət etibarilə monqol xaqanının satqın rus knyazını edam etdirməsindən başqa bir şey deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR

    Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR ...

    17-05-2013, 18:31

  • 
  • Aslan İsmayılovun vəkillik statusu ləğv edildi

    Aslan İsmayılovun vəkillik statusu ləğv edildi ...

    10-09-2013, 14:37

  • 
  • Aslan İsmayılov məhkəmədən qovuldu

    Aslan İsmayılov məhkəmədən qovuldu ...

    21-11-2013, 17:51

  • 
  • Aslan İsmayılov MTN-ə müraciət etdi

    Aslan İsmayılov MTN-ə müraciət etdi ...

    13-08-2013, 21:46

  • 
  • Aslan İsmayılovu “bandotdel”də döyüblər

    Aslan İsmayılovu “bandotdel”də döyüblər ...

    30-05-2013, 22:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu