GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa

Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa

Tarix: 30-08-2017, 10:00 Bölmə :Siyasət Baxış: 539
Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa


Rusiya da həm qorxur, həm də qorxudur – yeni gəlişmə; “Rus NATO-su”nun erməni baş katibi Ermənistana 3 günlüyə niyə gəlib, abxaz “xarici işlər naziri” Kremlin izni olmadan Xankəndində peyda ola bilərdimi; politoloq: “Ermənilər narahat olmağa başlayıblar ki...”

Avqustun 28-də işğalçı Ermənistanın rəsmən Rusiyanın vassalına, daha doğrusu, girovuna çevrilməsinin 20 ili tamam oldu. Söhbət tərəflər arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqavilədən gedir.

Qeyd edək ki, həmin müqavilənin müddəti az sonra 50 ilədək - 2047-ci ilə qədər uzadılıb. Bu da o anlama gəlir ki, 2047-ci ilədək Ermənistanın faktiki surətdə həm daxili, həm də və ən önəmlisi, xarici siyasətinin əsas prioritetləri məhz Moskvada müəyyən ediləcək və edilir.

İndinin özündə işğalçı ölkənin olan-qalan iqtisadi, energetik sferası, hava məkanı bütünlüklə Rusiyanın nəzarətindədir, Ermənistanda (Gümrü və Erebuni) iki Rusiya hərbi bazası yerləşir, təcavüzkar ölkənin Türkiyə və İranla sərhədlərini isə rus hərbçiləri (FTB) qoruyur.

*****

Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana iki dövlət arasında məlum razılaşmanın 20 illiyi münasibəti ilə təbrik məktubu göndərib. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Putin məktubda Rusiya-Ermənistan münasibətlərini yüksək dəyərləndirib. Öz növbəsində Serj Sərkisyan V.Putinə cavab məktubu yollayıb, Rusiya amilinin Ermənistanın təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını qeyd edib.

Hələ bir xüsusi önəm daşımasın da. Söz düşmüşkən, adıçəkilən müqaviləyə əsasən, tərəflərdən birinə hücum olarsa, onlar həmin qüvvəyə qarşı birgə mübarizə aparacaqlar. Bundan əlavə, Ermənistan Rusiyanın dominantlığı ilə yaradılan və “Rus NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür - hansı təşkilatın ki, baş katibliyinə isə, bəlli olduğu kimi, bir neçə ay qabaq erməni general Yuri Xaçaturov gətirilib. Təbii ki, Kremlin rüsxəti ilə.

Maraqlıdır ki, məhz 20 illik ildönüm ərəfəsində Yuri Xaçaturov Moskvadan İrəvana gəlib. Daha doğrusu, Putin tərəfindən Serj Sərkisyanla görüşə göndərilib. Bu, Xaçaturovun yeni postda Ermənistana ilk səfəridir. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi xəbərə görə, iki erməni - Xaçaturov və Sərkisyan “Cənubi Qafqazda KTMT-nin səlahiyyətləri çərçivəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi və digər məsələləri” müzakirə ediblər.

*****

Bəs Xaçaturovun 20 illiyə təsadüf edən və 3 gün çəkəcək (!) ilk İrəvan səfərində konkret hansı hədəf güdülür?

Image result for kreml

“Rusiya ABŞ-ın Cənubi Qafqazdakı gedişlərindən narahatdır”. Bunu Y. Xaçaturovun Ermənistana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az). O, erməni generalın İrəvana gödərilməsində birinci səbəb kimi Qarabağ məsələsini gördüyünü qeyd edib.

“Görünür, Rusiya ABŞ-ın Qarabağ məsələsində artan rolundan narahatdır və ona görə də fəallıq göstərməyə başlayıb. Ancaq sirr deyil ki, Moskva problemin həllinə dair görüşlərini açıqlamazdan öncə bütün məqam və nüansları Ermənistanla razılaşdıracaq. Əslində Rusiya ABŞ-ın Qarabağla bağlı 6 maddəlik planından sonra fərqlənmək üçün Ermənistanın görüşlərinə əks platforma da nümayiş etdirə bilər”, - deyə politoloq qeyd edib.

Siyasi ekspert bundan başqa, erməni generalın İrəvana qəfil səfərini Kirovokandan tutmuş, Dərələyəzə, Alagöz dağlarına qədər olan hissədə keçirilən Rusiya-Ermənistan birləşmiş qoşunlarının təlimləri ilə əlaqələndirib: “Təlimlər bugünlərdə sona çatmalıdır. İstisna deyil ki, Xaçaturov Rusiya rəhbərliyinin təlimatlarını Sərkisyana çatdıracaq”.

Image result for Qabil hüseynli

Q.Hüseynli bütövlükdə regionda mürəkkəb proseslərin getdiyi qənaətindədir: “Son dövrlərdə ermənilər narahat olmağa başlayıblar ki, guya Azərbaycan Naxçıvanda ordunun sayını artırır və bu, gələcəkdə Ermənistan üçün böyük təhlükəyə çevrilə bilər. Zənnimcə, Sərkisyan bununla bağlı harayını da Xaçaturyan vasitəsilə Moskvaya çatdıracaq. Moskvanın Xaçaturyanı görəvləndirməsinin bu məsələ ilə bağlılığı istisna deyil. Ümumiyyətlə, bu səfərə hansı tərəfdən baxsaq, bölgənin sabitliyinə xidmət etmir və daha çox İrəvanın maraqlarını əks etdirir. Hər halda, Cənubi Qafqazdakı problemlərin həlli istiqamətində gərgin mübarizənin getdiyi dəqiqdir. ABŞ Gürcüstanın yanındadır və üstəlik, bir müddət öncə Azərbaycana mühüm mesajlarını göndərib. Rusiya da məhz bunu kompensasiya etmək üçün siyasi manevrlərə əl atır”.

*****

Bu arada, yəni Yuri Xaçaturovun İrəvan səfəri ilə təxminən eyni gündə, Soçidəki Putin-Sərkisyan görüşündən isə bir neçə gün sonra tanınmamış Abxaziya respublikasının “xarici işlər naziri” Daur Kove böyük bir nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində, Xankəndində olub. Erməni mənbələrinin bildirdiyinə görə, Xankəndində iki separatçı rejimin “xarici işlər nazirliyi” arasında “qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb.

Şübhəsiz ki, bu iki səfər arasında bağlılıq yox deyil və bu bağlılıq da Moskvadan qaynaqlanır. Məsələ ondadır ki, Rusiyanın birtərəfli qaydada müstəqilliyini tanıdığı Abxaziya da Ermənistan kimi Kremlin marionetidir və abxaz “nazir” Moskvanın izni olmadan qəfildən, qanunsuz şəkildə Xankəndində peyda ola, Azərbaycan qarşı belə qələtdə buluna bilməzdi. Yeri gəlmişkən, az öncə Putinin özü Abxaziyada olmuşdu.

Görünür, Putin erməni generalını İrəvana, abxaz naziri isə Xankəndinə yollamaqla bir daha Ermənistana, separatçı bölgəyə ürək-dirək, Bakıya isə xəbərdarlıq mesajı yollayır ki, Rusiya bölgədə - sizin lap yaxınınızdadır və Qarabağ məsələsində əsas faktor Rusiya amili olaraq qalır. Görünən budur Güney Qafqaz uğrunda ABŞ-la rəqabətin sərtləşdiyi dönəmdə Rusiyanın özü də narahatdır... /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Ermənistanda üç günlük hərbi hava təlimlərinə başlayıb (FOTOLAR)

    Rusiya Ermənistanda üç günlük hərbi hava ...

    3-04-2015, 13:30

  • 
  • Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

    Ermənistan ordusu rusun nəzarətinə keçir – ...

    17-11-2016, 00:59

  • 
  • İrəvanın Bakı kimi balanslı siyasətə keçid cəhdi - düşmən hiyləsi, yoxsa xülya...

    İrəvanın Bakı kimi balanslı siyasətə keçid cəhdi ...

    10-08-2017, 11:13

  • 
  • Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana ...

    18-06-2016, 17:24

  • 
  • Azərbaycana görə Rusiya ordusunu Ermənistana yığılır

    Azərbaycana görə Rusiya ordusunu Ermənistana ...

    23-11-2013, 11:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu