GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

Tarix: 17-11-2016, 00:59 Bölmə :Dünya Baxış: 634
 Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

Moskvanın İrəvanla ortaq ordu ideyasının ilginc detalları üzə çıxır; rusiyalı tanınmış analitikə görə, Ermənistanın heç bir söz sahibliyi qalmayacaq, Bakı Qarabağa görə yalnız Moskva ilə anlaşacaq...
Qarabağ münaqişəsi mövzusunda son günlər müzakirə olunan məsələlərdən biri də Rusiya ilə Ermənistan arasında ortaq hərbi qruplaşmanın yaradılması ideyasıdır. Artıq məlumdur ki, Rusiya prezidenti Vladimir Putin belə qruplaşmanın yaradılması yönündə Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə işləmək barədə müvafiq göstəriş verib.

Maraqlıdır ki, işğalçı Ermənistanda bu ideya heç də isti qarşılanmayıb. Xüsusilə də müstəqil ekspert dairələrində “ortaq ordu”dan gözləntilər pozitiv qiymətləndirilmir və bunun daha çox Rusiyaya gərək olduğu vurğulanır. Məsələn, tanınmış erməni siyasi təhlilçilərindən olan İqor Muradyan qeyd etmişdi ki, artıq erməni ordusu dağılır, Ermənistan isə bütünlüklə Rusiyanın tabeçiliyinə keçir. Öz növbəsində rusiyalı təhlilçilər vəziyyətin daha ciddi olduğunu və Kremlin yeni ideya kontekstində Qarabağ məsələsini da göz önünə aldığını bildirirlər.

***
Məsələn, mövzunu şərh edən rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsov hesab edir ki, əslində bununla birləşmiş qruplaşmadakı erməni zabitlər sırf əmr yerinə yetirənlər rolunda olacaqlar, bütün qərarları isə rusiyalı hərbçilər qəbul edəcəklər. Bu barədə analitikin rusdilli vesti.az-da dərc olunan müəllif məqaləsində deyilir.
“Faktiki surətdə söhbət Ermənistan silahlı qüvvələrinin bütün yüksək texnologiyalı hissələrinin Rusiyaya tabe etdirilməsindən gedir. Bu isə Ermənistanın başqa hərbi hissələrinin müstəqil hərəkətlərini iflic edəcək və ya onların istifadəsini 2-ci Dünya müharibəsi dövründəki strategiya və taktika səviyyəsinə endirəcək”, - deyə ekspert qeyd edir.

 Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

Rusiyalı analitik daha sonra yazır: “Bununla əlaqədar Ermənistan üçün hansı nəticələrin ortaya çıxması və Dağlıq Qarabağ konfliktinin nizamlanmasına hansı təsirlərin olmasından dolayı hərbi-siyasi xarakterli sual ortaya çıxır. Sualın iki hissəsini ayrı-ayrılıqda nəzərdən keçirmək istərdim. Şübhəsiz ki, Rusiya və Ermənistanın birləşmiş qruplaşması xarici təcavüz olacağı təqdirdə Ermənistanın müdafiə qabiliyyətini artıracaq (Təbii ki, Azərbaycan və Türkiyə Ermənistana hücum etməyə hazırlaşmır - S.S.) Çünki o halda bu ölkənin silahlı qüvvələri Rusiya tərəfinin resurslarına çıxış əldə edəcək. Ancaq bu çıxış təkcə mövcud texniki reqlamentlərlə deyil, həm də qruplaşmanın Rusiya Müdafiə Nazirliyindən olan komandanlığından və ya Kremldən alınan əmr və direktivlərlə şərtlənəcək”.

Ekspert düşünmür ki, bu əmr və direktivlər birtərəfli qaydada Ermənistanın maraqlarını ciddiyə alacaq - əgər həmin maraqlar Rusiyanın, daha doğrusu, onun siyasi rəhbərliyinin maraqları ilə ziddiyyət təşkil edəcəksə: “Mahiyyət etibarilə Ermənistan silahlı qüvvələrinin bölmələri Rusiya komandanlığına tabe etdiriləcək. Bunun ardınca Ermənistanın müdafiə nazirinin bilavasitə öhdəsində yalnız səhra qoşunları - piyada qüvvələri, tanklar, artilleriya, cəbhə aviasiyası qalacaq. Bundan artıq heç nə.

Özü də bu qruplaşma və hissələrə texniki idarəçilik rusiyalı hərbçilərinin öhdəsinə keçəcək. Başqa sözlə, ən yaxın zamanda Ermənistan ordusu Kremlin istədiyi şəkildə idarə olunacaq və döyüşəcək. Praktikada bu, o deməkdir ki, Serj Sərkisyanın siyasi rejimi özündə hakimiyyət illüziyasını saxlamaq, reallıqda isə öz fiziki mövcudluğu naminə ölkəsini qəti olaraq Rusiyanın satelliti vəziyyətinə keçirir".

“Rusiyanın mövqeyi yaxşı məlumdur: konfliktin mərhələli həlli - hətta bu, Ermənistanın dövlət suverenliyinin itirilməsi hesabına olsa belə...”


Bütün bunların Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyinə toxunan Oleq Kuznetsov daha sonra qeyd edir ki, Rusiya ilə Ermənistan arasında birləşmiş ordu birləşməsinin yaradılmasından sonra İrəvan sülh danışıqlarının yalnız nominal və ya formal iştirakçısına çevriləcək və onun iradəsindən heç nə asılı olmayacaq: “ATƏT-in Minsk Qrupunun beynəlxalq vasitəçiliyi də özünün qeyri-effektliliyi və səylərinin perspektivsizliyi səbəbindən əhəmiyyətini itirəcək. Mahiyyət etibarilə Dağlıq Qarabağ konflikti postsovet məkanının daxili konfliktinə çevriləcək, onun şəriksiz moderatoru qismində isə faktiki, Kreml çıxış edəcək. Dağlıq Qarabağın taleyi də məhz Moskvanın mövqeyindən asılı olacaq, İrəvanın yox. Rusiyanın mövqeyi isə yaxşı məlumdur: konfliktin mərhələli şəkildə həlli - hətta gördüyümüz kimi, bu, Ermənistanın dövlət suverenliyinin itirilməsi hesabına olsa belə”

Yada salaq ki, vahid ordu ideyasından öncə Rusiya Ermənistanın hava məkanını da öz nəzarətinə götürüb. İşğalçı ölkənin xarici sərhədləri isə çoxdan rus hərbçiləri tərəfindən qorunur. Getdikcə güclənən tendensiyadan da göründüyü kimi, söhbət əslində Moskvanın yeni Qarabağ planından gedir.

Bu plana əsasən, Dağlıq Qarabağ məsələsində əsas söz sahibi nə Qərb (ABŞ, Fransa) olacaq, nə də getdikcə daha güclü şəkildə Moskvanın asılılığına düşən təcavüzkar Ermənistan. Söz sahibliyi yalnız Kremlə məxsus olacaq. Demək, Bakı doğrudan da öncə Kremllə anlaşmalı olacaq.

Siyasət şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27

  • 
  • Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır

    Kremlin şok planı: Qarabağ Azərbaycana hansı ...

    7-09-2015, 14:14

  • 
  • Qarabağa dair Putin planı: Nalbəndyan deputatları qapalı görüşə çağırıb deyib ki...

    Qarabağa dair Putin planı: Nalbəndyan deputatları ...

    30-06-2016, 15:26

  • 
  • Putin Qarabağa qoşun yeridə bilər...

    Putin Qarabağa qoşun yeridə bilər... ...

    5-04-2016, 14:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu