GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sərkisyanın məkrli 2018 hədəfi – Bakı üçün Qarabağ fürsəti

Sərkisyanın məkrli 2018 hədəfi – Bakı üçün Qarabağ fürsəti

Tarix: 31-08-2017, 11:14 Bölmə :Siyasət Baxış: 461
Sərkisyanın məkrli 2018 hədəfi – Bakı üçün Qarabağ fürsəti


İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün unikal şans yarana bilər

Qarabağ danışıqlarında real irəliləyişə nail olmağa əsas maneələrdən birinin məhz Ermənistan hakimiyyətindəki “müharibə partiyası”nın olduğu artıq sirr deyil. Söhbət 19 il öncə Levon Ter-Petrosyanı devirib, çevriliş nəticəsində prezident hakimiyyətini zəbt eləmiş Köçəryan-Sərkisyan tandemindən - kriminal “Qarabağ klanı”nından gedir. Bu klan, konkret olaraq, Serj Sərkisyan hakimiyyətdə qalmaq üçün 2003-cü ilin martında hətta öz vətəndaşlarını qətliam eləməkdən belə çəkinməyib (O vaxt 8 nümayişçi öldürülmüşdü).

Təsadüfi deyil ki, faktiki, hərbi canilər olan və Azərbaycan həbsxanalarının çoxdan darıxdığı Köçəryan və Sərkisyanın prezidentliyi dönəmində Dağlıq Qarabağ məsələsində Ermənistan ən radikal mövqe tutub və indi də bu mövqe davam etməkdədir.

*****

Əslində təəccüblü deyil. Çünki Azərbaycana qarşı separatizmin başında durmuş bu iki şəxs erməni xalqına verdiyi və heç vaxt reallaşması mümkün olmayan vədlərdən geri çəkilməkdən qorxurlar. Ən azı ona görə ki, o halda erməni xalqı haqlı sual edəcək: absurd “miatsum” ideyasına görə bu qədər qurban verməyə, ölkənin miskin kökə düşməsinə və boşalmasına dəyərdimi?


İndiki prezident S.Sərkisyan bunu gözəl bildiyi, eyni zamanda nə vaxtsa hakimiyyətə əli günahsız azərbaycanlıların qanına batmayan birisinin gələcəyi təqdirdə onu yaxşı aqibətin gözləmədiyini fərq etdiyindən, hakimiyyətdən ikiəlli yapışmağa başlayıb.


Ələlxüsus da indi - Ermənistanın prezidentli üsul-idarədən parlamentli idarəçiliyə keçid ərəfəsində olduğu vaxtda Sərkisyan aydındır ki, Qarabağ məsələsində hər hansı kiçik güzəşti belə yaxına buraxmayacaq. Gələn ilin aprelində isə onun prezident kimi səlahiyyətləri bitir və ondan sonra ölkədə əsas söz sahibi parlamentin seçəcəyi baş nazir olacaq.
Serji ən çox qayğılandıran indi budur. Çünki baş nazirliyə Qarabağ məsələsində daha loyal mövqe sərgiləyə biləcək hazırkı hökumət başçısı Karen Karapetyan də gələ bilər - təbii ki, Moskvanın rüsxəti ilə. Yeri gəlmişkən, Karapetyan Moskvaya yaxın şəxs sayılır.

Lakin Kremlin “xeyir-duası”nın kimə veriləcəyi hələlik dəqiq bilinmir. Sərkisyan 2018-in aprelinədək xarici siyasətdə özünü yandırmasa, Rusiya ona da stavka edə bilər. Lakin məntiqlə Moskva Qarabağ məsələsində hansısa müsbət dönüşün marağında olsa, o zaman Karapetyanın yolunu açacaq. Əks halda, Sərkisyan bu dəfə baş nazir kimi destruktiv siyasəti davam etdirəcək. Demək, böyük müharibə riski də xeyli artacaq.

*****

Hələliksə iki əsas rəqib - Sərkisyanla Karapetyan arasında 2018 hədəfinə hesablanmış gizli-açıq mübarizə davam edir və getdikcə güclənməkdədir.

“Hazırda Ermənistanın siyasi həyatında çox ciddi ziddiyyətlər yaşanır”.

Bu sözləri axar.az-a Ermənistanın hakim dairələrində baş verən son dəyişiklikləri və istefaları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu ziddiyyətlərin yaranmasına əsas səbəb Sərkisyanın öz siyasi həyatına xitam vermək, siyasətdən uzaqlaşmaq niyyətində olmamasıdır.


“Buna görə də o, hələ də Ermənistanın siyasi həyatında aparıcı rol oynamaq, hakim dairələri öz əlində saxlamaq üçün bir sıra addımlar atır. Ziddiyyətlər əsasən Dağlıq Qarabağdan gələn, Sərkisyana yaxın olan kadrlarla yerli ermənilər arasındadır. Bu, Sərkisyana daha yaxın olan kadrların həm siyasətdə, həm də iqtisadiyyatda hakim mövqelərdə təmsil olunmaları ilə bağlıdır. Yerli ermənilər Ermənistanda hakimiyyətin ”Qarabağ klanı" tərəfindən tamamilə ələ keçirildiyini düşünür. İstər sadə insanlar, istərsə də siyasi elitanın yuxarı dairələrində yerli ermənilər arasında psixoloji uyuşmazlıq açıq formada da olmasa, özünü göstərməkdədir", - deyə politoloq qeyd edib.


Ekspert son dövrlərdəki ziddiyyətli hərəkətliliyin bir qisminin ölkənin parlamentar idarə sisteminə keçməsi ilə əlaqədar olduğunu qeyd edib: “Sərkisyan yaxşı başa düşür ki, parlamentar sistemdə prezidentin hakimiyyəti simvolik xarakter daşıyır. Artıq bütün səlahiyyətlər baş nazirin idarəsinə keçir. Hazırda Sərkisyanın apardığı siyasətdə əsas niyyət Ermənistanın baş naziri Karen Karapetyanı və ona yaxın adamları vəzifədən uzaqlaşdırmaq və onların yerinə özünə yaxın olan ”Qarabağ klanı"ndan olanları gətirməkdir. Sərkisyanın əsas hədəfi gələcəkdə prezidentlikdən istefa verib, baş nazir kimi fəaliyyətini davam etdirməkdir. Ancaq buna həm Karapetyan, həm də ona yaxın olan şəxslər səviyyəsində açıq müqavimət var. Çünki Karapetyan Moskvanın adamıdır, onun bütün fəaliyyəti Moskva ilə əlaqəlidir. Buna görə də Moskva gələcək “yatırımı” Karapetyana etmək niyyətindədir. Karapetyanın Dağlıq Qarabağa gəlməsi, burada istirahət etməsi, nar bağları salmaq fikrinə düşməsi isə onun Sərkisyana qarşı reytinq savaşına çıxdığını göstərir. Karapetyanın bu savaşda qalib gəlməsi də gözləniləndir".

Q.Hüseynli onu da vurğulayıb ki, Sərkisyan və Karapetyan arasında vəzifə və səlahiyyət bölgüsü uğrunda gedən konfliktlər artıq açıq müstəviyə keçib: “Bu gün (dünən-red.) Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edildi. Ancaq bundan bir neçə saat sonra baş nazir Karen Karapetyanın qərarı ilə Ara Nazaryan fövqəladə hallar nazirinin müavini vəzifəsinə gətirildi. Bu, ciddi qarşıdurmanın mövcudluğundan xəbər verir” .

*****

Heç şübhəsiz, 2018-in apreli yaxınlaşdıqca bu rəqabət daha da şiddətlənəcək. Odur ki, Azərbaycan işğalçı ölkədə hakimiyyət uğrunda gedən mübarizəni diqqətlə izləməli, torpaqlarımızın daha bir hissəsinin azad olunması üçün yaranacaq unikal fürsəti qaçırmamalıdır. Ordumuzun növbəti hərbi uğuru, üstəlik, S.Sərkisyanın timsalında kriminal “Qarabağ” klanının hakimiyyətdən həmişəlik uzaqlaşdırılmasını tezləşdirə bilər./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Şərkisyan Şuşada muzey açılışına qatılıb

    Şərkisyan Şuşada muzey açılışına qatılıb ...

    2-09-2014, 10:59

  • 
  • Əliyev-Sərkisyan görüşü ya Sürixdə, ya da Vyanada olacaq

    Əliyev-Sərkisyan görüşü ya Sürixdə, ya da Vyanada ...

    13-11-2013, 15:08

  • 
  • Sərkisyanın Putinə qarşı növbəti demarşı: Səbəblər…

    Sərkisyanın Putinə qarşı növbəti demarşı: ...

    30-08-2017, 14:07

  • 
  • Sərkisyanın qulağını kəsməklə hədələyən generala töhmət verildi

    Sərkisyanın qulağını kəsməklə hədələyən generala ...

    13-12-2014, 23:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu