GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ

Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ

Tarix: 15-09-2017, 11:23 Bölmə :Siyasət Baxış: 341
Azərbaycan uğrunda döyüş YENİ MƏRHƏLƏDƏ - Bakının əlini gücləndirən əhəmiyyətli İKİ GEDİŞ


Azərbaycanın regionda əhəmiyyəti artır; Gözü açıq yatan canavarlar kimi üz-üzə dayanmış ABŞ və Rusiya toqquşmasında Bakı manevr çevrəsini genişləndirir; O cümlədən, Bakı uğrunda hər iki cəbhə bütün kartlarını sona qədər oynamaq qərarına gəlib, hərçənd, bu, gərginlik atmosferi vəd etsə də, bu oyunda Azərbaycan maraqlarının təmin edilməsi perspektivləri aydın görünür.


Dünən iki hadisə siyasi gündəmin əsas mövzusu idi: Bakıda “Əsrin müqaviləsi”nin yenilənməsi ilə bağlı mərasim keçirildi; Moskvada isə “Prezident” hotelində “Moskva-Bakı oxu” adlı konfrans baş tutdu.

Bu iki hadisənin mərkəzində Azərbaycan dayanır, lakin burada həm də Qərblə Rusiyanın gizli mübarizəsinin təzahürləri də görünür. Azərbaycan hər iki halda qazanclı çıxır.

“Əsrin müqaviləsi”: 1994-cü ildə dünyanın enerji xəritəsini dəyişən bu müqavilənin XXI əsrdə yenilənməsi Azərbaycan üçün iqtisadi və siyasi dividendlər vəd edir.

İqtisadi dividendlər

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda mövcud neftin istehsalı üçün yenilənən sazişdə SOCAR-ın iştirak payı 25 faiz müəyyən edilib. Bununla yanaşı, beynəlxalq tərəfdaş şirkətlər SOCAR-a 3,6 milyard dollar bonus ödəyəcək. Sazişə əsasən, qarşıdakı 32 il ərzində AÇG-yə 40 milyard dollar sərmayə qoyulacaq. Bu, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra indiyə qədər Azərbaycana qoyulan 33 milyard sərmayədən 7 milyard çoxdur. İndiyə qədər ölkəmizə qoyulan 33 milyard sərmayə Azərbaycanın iqtisadi inkişafında əsas rol oynayıb, bundan sonra isə Azərbaycan iqtisadiyyatı ən azı 30 il də inkişaf xəttini davam etdirəcək və təbii ki, neftdən əldə ediləcək pullar iqtisadiyyatın digər sahələrinə transfer ediləcək. Yəni Azərbaycan növbəti 30 il üçün iqtisadi inkişafını indidən qarantlaşdırdı. Və qarşıdakı dövrdə hər bir vətəndaş bu sazişin gətirdiyi dividendləri öz həyatında hiss edəcək.

Siyasi dividendlər

Təbii ki, iqtisadi əməkdaşlıq avtomatik olaraq siyasi münasibətlərə də təsir edir. Bu baxımdan, saziş Azərbaycanın Qərblə siyasi əməkdaşlığını gücləndirəcək:

- Beynəlxalq müstəvidə Azərbaycanın imici daha da möhkəmlənəcək.
- Azərbaycanın maraqlarının təmin olunması, xüsusilə Dağlıq Qarabağ münaqişəsində ədalətli həllin tapılması imkanları genişlənəcək.
- Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanın üzərinə hücum edən erməni lobbisinin qarşısında da mövqelərimizin güclənəcəyini deyə bilərik.

***

Bu, əhəmiyyətli hadisə fonunda Moskvada “Prezident” hotelində Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasəti” adlı konfransın keçirilməsi diqqətdən yayınmadı. Azərbaycan Rusiya ilə bərabərhüquqlu tərəfdaşdır, lakin Moskvanın Bakıda “Əsrin müqviləsi”nin yeniləndiyi gündə belə bir təşəbbüsü heç də təsadüfi deyil.

Burada ilk növbədə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Bakıda Rusiya və Amerikanın məcazi mənada desək, apardığı “müharibə” yada düşür.

ABŞ siyasətinin xaç atalarından hesab olunan Zbiqnev Bjeziniski “İkinci şans” kitabında bu haqda belə yazır: “Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.

Məşhur siyasətçinin bu sözləri diplomatik müharibənin səviyyəsini təsəvvür etməyə imkan verir. Bu, həm də dahi siyasətçi Heydər Əliyevin onilliklər sonrasını ustalıqla görə bilməsini, o cümlədən, bu gün İlham Əliyev eyni ağıllı manevrləri davam etdirdiyini sübut edir.

Rusiyanın geosiyasi maraqları uğrunda manevrləri isə ortadadır. Bütün bunların fonunda dünən “Prezident” hotelindəki toplantı təsadüfi deyildi. Təbii ki, Bakıda yeni sazişin imzalanması Moskva-Bakı oxunda hansısa çatların yaranması deyil, sadəcə olaraq, Rusiya öz imkanları çərçivəsində Azərbaycanın dostluğunu qüvvədə saxlayır.

Bu prosesdə iki faktor önə çıxar:

1. Rusiyanın hədəfi Qərblə müharibədə Azərbaycanı yanına çəkmək, yaxud ən azından, Bakının neytrallığını təmin etməkdir. “Prezident” hotelində Rusiya və Azərbaycan xalqının dostluğu haqda danışılanlar, o cümlədən, Kremlin ideoloqu hesab olunan Aleksandr Duqinin Ermənistana “5 rayonu Azərbaycana qaytar” mesajı verməsi buna hesablanmışdı. Kremlin manevri deməyə əsas verir ki, dünən Rusiya və Qərbin Bakı uğrunda döyüşü yeni mərhələyə qədəm qoydu.

2. Lakin Rusiyanın bu addımı Azərbaycanı çətin vəziyyətdə qoymayacaq, əksinə, Bakı yaranmış vəziyyəti öz xeyrinə çevirməyə çalışır. Azərbaycan siyasətçilərinin Moskvadakı konfransda iştirakı da buna hesablanmışdı. Bakıda Qərblə saziş imzalayan Azərbaycan rəhbərliyi eyi vaxtda Moskvaya nümayəndə heyəti göndərərək, balans mövqeyini nümayiş etdirdi.

Ümumi mənzərə: Azərbaycan böyük miqyasda iqtisadi dividend qazandı; Qərblə əməkdaşlıqda yeni mərhələyə başlandı, o cümlədən, Rusiya küsdürülmədi, əksinə, Moskva-Bakı oxunda münasibətlər gücləndi; Qərblə Rusiya arasında balans siyasətini yenilədi; Hər iki cəbhədə Azərbaycan maraqlarının müdafiəsi, o cümlədən, Dağlıq Qarabağ məsələsində əlavə manevrlər əldə etdi.

Hesab etmək olar ki, Bakının dünən həyata keçirdiyi iki proses Qərbdə erməni lobbisinin qarşısına sədd çəkəcək, Rusiya isə Azərbaycanla münasibətləri nəzərə alaraq, Ermənistana münasibətdə ən azı iki dəfə düşünməli olacaq. Təbii ki, böyük siyasətdə hər şey birdən yox, tədricən əldə edilir.../publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətin böyük güclərlə seçki anlaşması

    Hakimiyyətin böyük güclərlə seçki anlaşması ...

    3-07-2013, 18:51

  • 
  • Prezident İlham Əliyev: "Rəcəb Tayyib Ərdoğanla bütün birgə planlarımız həqiqətə çevrildi"

    Prezident İlham Əliyev: "Rəcəb Tayyib ...

    10-07-2017, 15:30

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • “Vladimir Putin  İlham Əliyevə dəstək olacaq”

    “Vladimir Putin İlham Əliyevə dəstək olacaq” ...

    18-07-2013, 17:10

  • 
  • İki paytaxtın Azərbaycan davası - Tiflisdən məxsusi mesaj

    İki paytaxtın Azərbaycan davası - Tiflisdən ...

    11-08-2017, 09:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu