GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda

Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda

Tarix: 22-09-2017, 10:51 Bölmə :Siyasət Baxış: 351
Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda


General Zakir Həsənovun İsrail səfərində ilginc hədəf; Ermənistanın və Rusiyanın Azərbaycana qarşı əsas şantaj aləti əldən çıxır; “Dəmir günbəz” “İsgəndər”ə, işğalçı ölkə isə Qərb maraqlarına qarşı Kremlin məkrli oyununda – neft-qaz müharibəsində sensasion gəlişmə...

Səfərdə əsas hədəf heç şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında xüsusən də hərbi-texniki sahədə əlaqələri daha mükəmməl səviyyəyə qaldırmaq, İsrail ordusunun döyüş təcrübəsini öyrənmək idi. O sırada nazir Zakir Həsənovun İsrail səfəri çərçivəsində “Dəmir günbəz” müasir raketdən müdafiə sistemlərinin alınması məsələsi də diqqətdə olub.

Bəllidir ki, bu sistemlər Ermənistanın tez-tez öyündüyü “İsgəndər” zenit-raket komplekslərinə qarşı kontur-sistem kimi qiymətləndirilir - hərçənd Rusiyanın özünün razılığı olmadan İrəvanın “İsgəndər”i tətbiq eləməsinə ixtiyarı yoxdur. Bununla belə, ələlxüsus “İsgəndər”lər peyda olandan sonra erməni tərəfi Azərbaycanı daha tez-tez şantaj eləməyə başlayıb. Hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, bu sistemlər vasitəsilə bölgədən keçən strateji neft-qaz kəmərlərinin, Mingəçevir SES-in hədəf alınma biləcəyi barədə vaxtaşırı hədələr biçilib ünvanımıza.
Təbii ki, Azərbaycan bu qəbildən təhdidləri ciddiyə alır və adekvat tədbirlər görür. Ermənistanın belə ağılsız addıma gedəcəyi halda Naxçıvandan cəmi 50 km məsafədə olan Metsamor AES-in partladıla biləcəyi barədə Azərbaycanın xəbərdarlıqları da bu qəbildəndir...

*****

Bu arada məlumat yayılıb ki, Azərbaycan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasından məhz Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin mühafizəsini təşkil eləməyə hazırlaşır. Musavat.com-un məlumatına görə, Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti belə yazıb (virtualaz.org). Qəzet bildirir ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə birbaşa əlaqəlidir.

“Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa, başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan ”Dəmir günbəz" yerləşdiriləcək" - qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır.

*****

Qeyd edək ki, Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılıb. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar.

“Dəmir günbəz” raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub. Lakin daha sonra bu sistemləri istehsal edən “Rafael Advansed Systems” şirkəti Pentaqonun sifarişi ilə “Dəmir günbəz”lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub.

Azərbaycan İsraildən “Dəmir günbəz”lərin məhz bu versiyasını sifariş edib. Yeri gəlmişkən, ABŞ-ın özü də bu sistemlərə maraq göstərir və artıq onun alınması yönündə İsraillə müzakirələrə başlayıb. Beynəlxalq hərbi ekspertlərə görə isə “Dəmir günbəz” sistemi həqiqətən “İsgəndər” raketlərinin hücumlarını dəf edə bilər və bu, raketlərə qarşı yaxşı müdafiədir", - deyə Gürcüstan nəşri vurğulayıb.

İşğalçı ölkənin Azərbaycana ünvanlı son təhdidləri də əsasən Rusiyadan alınmış “İsgəndər” komplekslərinin “Azərbaycanın istənilən nöqtəsini, o cümlədən strateji neft-qaz xətlərini vurmaq” hədəsi ilə bağlı idi. İndi belə görünür ki, Ermənistanın əlindən Azərbaycan qarşı əsas şantaj vasitəsi çıxmış olacaq. Hərçənd regiondan keçən və Avropa enerji bazarlarına çıxan həmin kəmərlər təkcə Azərbaycana məxsus deyil, eyni zamanda Qərbin ortaq mülkiyyətidir. Demək, Ermənistanla belə təxribatçı və son dərəcə təhlükəli hərəkətlərlə ilk növbədə özünə pislik edəcək, özünü Qərbə qarşı qoymuş olacaq.

*****

Məsələ barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya isə qəzetə açıqlamasında BTC-yə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Kreml istəsə, neft kəmərini bombalaya bilər: “Rusiya bunu dəfələrlə edib, 2008-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına bomba atıb, kəmərin işi bir müddət dayanıb. Ona görə də bununla mütləq barışmaq lazımdır”.

Ekspertin dediyinə görə, Azərbaycanın müdafiə sistemlərini səfərbər etməsi Rusiyanın “İsgəndər” raketlərinin daha uzaqmənzilli versiyasını sınaqdan keçirməsinə səbəb olub. “Rusiya bu yaxınlarda ”İsgəndər" raketlərinin 700 km radiuslu versiyasını sınaqdan keçirib" - Maisaya deyib. Ekspert əlavə edib ki, üstəlik, ruslar Cənubi Osetiyada digər ixrac neft kəməri Bakı-Supsanın 2 kilometrlik hissəsinə nəzarəti ələ keçiriblər. Və istənilən vaxt kəmərin operator-şirkətinə, habelə Gürcüstana və Azərbaycana ultimatum verə bilər.

*****

“Beləliklə, Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan ”Dəmir günbəz"ləri alıb. Hansı ki, onlar güclü ballistik raketlərdən effektiv istifadə etməklə Bakı-Tiflis-Ceyhan kəmərini qoruya biləcək", - deyə gürcü analitik bildirir. Onun sözlərinə görə, Azərbaycan kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda da düşünmək lazımdır: “Ruslar Qori-Tiflis avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil”.

Qəzet daha sonra qeyd edir ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. “Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, heç də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik” - Vaxtanq Maisaya gileylənib.

Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. “Məlum olduğu kimi, 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbəttə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa, energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm” - general deyib.
Salukvadze onu da qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə, daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq.

*****

Məslə də elə ondadır ki, İrəvan belə təhlükəli avantüraya Rusiyanın izni olmadan getməz. Rusiya isə Avropa enerji bazarında dominantlığını saxlamağa çalışır, çünki bu, ona Qərbə, Avropaya qarşı mühüm təzyiq və şantaj rıçaqı kimi lazımdır. Azərbaycan isə qaz bazarında Rusiyaya sövq-təbii rəqibdir və Qərbin Rusiya qazından asıllığını azalda bilər. Bu üzdən Moskvanın “ilanı” “Seyidəhməd”, yəni Ermənistanın əli ilə tutmaq istəyi tam məntiqlidir.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

    “İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – ...

    28-02-2017, 23:58

  • 
  • Bakı müharibə hazırlıqları içində – hərbi nazirimizin səfərində iki hədəf

    Bakı müharibə hazırlıqları içində – hərbi ...

    14-09-2017, 11:00

  • 
  • Belarus Rusiyadan "İsgəndər" raket-zenit kompleksləri ala bilər

    Belarus Rusiyadan "İsgəndər" ...

    26-06-2017, 14:03

  • 
  • ABŞ-a zərbə: Ən yaxın müttəfiqi ruslardan “İsgəndər” alır

    ABŞ-a zərbə: Ən yaxın müttəfiqi ruslardan ...

    7-05-2017, 21:13

  • 
  • Ermənistanın “İsgəndər” raketləri aprel döyüşlərində hazır imiş...

    Ermənistanın “İsgəndər” raketləri aprel ...

    6-10-2016, 21:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu